BBM Android Wear-ə gəlir

09-01-2015 / 09:30

BlackBerry-nin böyük maraq görən tətbiqi BlackBerry Messanger çox yaxında Android Wear əməliyyat sisteminə gəlir.

Whatsapp kimi rekordlar qıran yazışma servisləri arasında öz başına ayaqda durmağı başqa adlarda var. Bunlardan biridə çox çətin illər keçirən amma ən son CEO John Chen tərəfindən böhrandan çıxan BlackBerry-dir. Kanadalı şirkətin BlackBerry Messanger adlı yazışma tətbiqi müxtəlif platformalarda diqqət çəkməyi bacardı. 

CES 2015 tədbirindən gələn böyük kiçik xəbərlərdən biridə BlackBerry Messanger xəbəri oldu. BlackBerry-nin elədiyi duyuruya görə BBM tətbiqi çox yaxında Android Wear ilə işlək hala gələcək.

Ağıllı saatlarda  BBM

BBM Android Wear əməliyyat sistemli saatlarda məsələn Motorola Moto 360-da problemsiz işləyəcək. Tətbiq sayəsinda dostlarınızdan aldığınız dəvətləri cavablaya biləcək, səslə idarəetmə sayəsində dediyiniz sözləri mətn halına çevirə biləcəksiniz. 

BlackBerry-dən Jeff Gadway-in dediyinə görə BlackBerry Messanger, Android Wear-li saatlarla bu ilin əvvəllərində görüşəcək.

Elxan Bayramlı

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.