BlackBerry Leap nümayiş olundu

15-05-2015 / 13:20

BlackBerry Leap Barcelonada təşkil edilən Mobil Dünya Konqresi MWC 2015-də tanıdılıb. Bir çox yeni mobil texnologiyaya ev sahibliyi edən konqresdə bir yenilik də BlackBerry-dən gəlib.

Xəbərlər-in xarici sayta istinadən verdiyi məlumata görə, yeni ağıllı telefon 2 nüvəli bir prosessora sahibdir və BlackBerry OS 10.3.1 əməliyyat sistemi ilə işləyir.

2 GB Ram və 16 GB daxili yaddaşı olan ağıllı telefonun xarici yaddaş tutumu microSD kart istifadə edildiyi zaman 128 GB-a qədər artırıla bilir. Telefonun ön kamerası 8 Mega Pixel, arxa kamerası (əsas kamera) isə 2 Mega Pixeldir. Model 5.0 düymlük ekrana malikdir.

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə