Previous Next
Bağla

Azərbaycanda İKT-nin inkişafı ilə bağlı birgə layihə reallaşdırılır

08-11-2016 13:46
Azərbaycanda İKT-nin inkişafı ilə bağlı birgə layihə reallaşdırılır

Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) Azərbaycan Nümayəndəliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Azərbaycan Respublikasında İKT infrastrukturu və xidmətlərinin modernləşdirilməsi” layihəsinin növbəti mərhələsinin birgə icrası barədə razılıq əldə edib.

Xeberler.az-ın məlumatına görə, layihənin məqsədi İKT-nin tətbiqi dairəsini genişləndirmək, sosial-iqtisadi təsirlərini artırmaq, regional səviyyədə “rəqəmli fərq”i aradan qaldırmaq üçün çoxtərəfli dialoq yaratmaqdır.

Layihə çərçivəsində beynəlxalq təşkilatlarlarla (BMT İqtisadi və Sosial məsələlər üzrə Departamenti (UNDESA), BMT Avropa üçün İqtisadi Komissiyası (UNECE), BMT Dövlət Administrasiya Şəbəkəsi (UNPAN), BMT Asiya və Sakit Okean Regionu üzrə Komissiyası (UNESCAP) və.s), eləcə də, Azərbaycanda yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, biznes dairələri ilə əməkdaşlıq ediləcək.

Eyni zamanda, e-iştirak üzrə milli bacarıqların artırılması, açıq hökumət məlumatları  üzrə maarifləndirmə, Trans-Avrasiya Super İnformasiya Magistralı  layihəsi istiqamətində  fəaliyyətin həyata keçirilməsi, biliklərə əsaslanan və innovativ iqtisadiyyatın inkişafı üçün milli konsepsiyanın işlənilməsi, eləcə də elektron hökumət infrasturkturunun inkişafı və e-xidmətlərin təşviqi üzrə birgə işlər görülməsi nəzərdə tutulub.

Regional İnternet İdarəçilik Forumunun təşkili üzrə də birgə əməkdaşlıq da layihədə planlaşdırılıb.

BMTİP Azərbaycan Hökumətinin İKT sahəsində əməkdaşlıq üzrə uzunmüddətli tərəfdaşı kimi tanınır. Bu illər ərzində müxtəlif dövlət qurumları ilə çoxsaylı layihələr həyata keçirilib və bu gün də davam etdirilir.

BMTİP indiyədək Milli İKT Strategiyasının hazırlanması, AzDataCom şəbəkəsinin qurulması, Data  Mərkəzin yaradılması, həmçinin Dövlət Sosial Müdafiə Fondu, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər dövlət qurumlarında işgüzar proseslərin avtomatlaşdırılması  sahəsində layihələrinin həyata keçirilməsində əməkdaşlıq edib.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan BMT ilə İKT layihələri həyata keçirəcək

22-10-2015

Azərbaycan BMT komissiyasının sessiyasına sədrlik edib

28-08-2019

Azərbaycan nümayəndəsi UNESCAP-ın İdarəetmə Komitəsinin iclasında iştirak edib

14-08-2020

İKT sahəsində əməkdaşlıq müzakirə olunub

14-03-2019

Bakıda II Regional İnternet İdarəçilik Forumu keçirilir

02-12-2014

“ASAN xidmət”in nümayəndəsi BMT-nin sessiyasında iştirak edib

06-09-2022

Bakıda Regional İnternet İdarəçilik Forumu keçirilib

07-12-2017

Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

24-07-2019

Bakıda innovasiya və texnologiya üzrə regional seminar keçirilir

05-07-2018

Azərbaycan BMT ilə İKT sahəsində əməkdaşlıq edə bilər

19-04-2023

“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində olub

22-04-2026

“Qərb-Şərq yüksəksürətli informasiya magistrali” layihəsi BMT-nin baş məclisinin sessiyasında müzakirə olunacaq

07-01-2009

Fransada Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

15-11-2018

“İnkişaf üçün İKT” konfransı başa çatdı

28-10-2015

“ASAN xidmət” modeli beynəlxalq tədbirdə diqqət mərkəzində olub

18-06-2025

Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

22-01-2026

Bakutel 2015 çərçivəsində hansı tədbirlər təşkil ediləcək?

10-11-2015

TASİM layihəsi beynəlxalq tədbirdə müzakirə olunacaq

24-08-2015

Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

24-06-2019

BMT-nin nümayəndəsi: Azərbaycan İKT sahəsində öz sözünü deyir

03-12-2015

BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

01-06-2023

Bakıda VI Regional İnternet İdarəçilik Forumu keçirilir

13-03-2019

Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

19-12-2025

Açıq hökumət üzrə milli potensialın inkişafı müzakirə edilib

06-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə