Previous Next
Bağla

BMT-nin Baş katibinin müavini ASAN xidmətdə olub

18-11-2024 19:01
BMT-nin Baş katibinin müavini ASAN xidmətdə olub
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Armida Salsiah Aliscahbana "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
 
Xeberler.az məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
 
Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.
 
Qonaq "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində “ASAN xidmət” tərəfindən Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunun uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
 
Görüş çərçivəsində ölkəmizin BMT-nin Asiya və Sakit Okean İqtisadi və Sosial Komissiyasının Rəqəmsal texnologiyalar və tətbiqlər İşçi qrupuna rəhbərliyi kimi uğurlu fəaliyyətindən söz açılıb.
 
BMT Baş katibinin müavini "ASAN xidmət"in və burada tətbiq olunan innovativ yeniliklərin dövlət xidmətlərinin çatdırılması istiqamətində nümunəvi və qabaqcıl təcrübə olduğunu diqqətə çatdırıb.
 
Rəsmilər birgə layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
 
Görüş çərçivəsində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmətin, ABAD publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanışlıq olub.
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Barbadoslu nazir "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

19-11-2024

"ASAN xidmət" təcrübəsinin Tacikistanla paylaşılması müzakirə edilib

21-05-2026

Macarıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

12-02-2026

Qvineya-Bisaunun naziri “ASAN xidmət”də olub

03-12-2024

Baham Adalarının xarici işlər naziri “ASAN xidmət”də olub

09-11-2024

Qlobal Cənub QHT Platformasının nümayəndə heyəti "ASAN xidmət”də

18-05-2026

Xarici miqrasiya qurumlarının rəhbərləri “ASAN xidmət”də olublar

23-05-2025

Beynəlxalq forumun iştirakçıları "ASAN xidmət"də olublar

30-04-2026

Türkiyənin və Slovakiyanın nümayəndə heyətləri “ASAN xidmət”də olublar

05-02-2025

İtaliyalı parlamentarilər “ASAN xidmət” barədə məlumatlandırılıb

30-04-2025

Qırğız nümayəndə heyəti “ASAN xidmət”də olublar

05-09-2025

QDİƏT-in Baş katibi “ASAN xidmət”də olub

15-11-2024

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

07-04-2026

Nepalın baş prokuroru “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

01-10-2024

BMT baş katibinin müavini "ASAN xidmət"də olub

22-05-2026

“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb

04-10-2024

Braziliyanın nümayəndə heyəti “ASAN xidmət”də olub

13-11-2024

Yaponiya nümayəndə heyəti ASAN xidmətdə

26-07-2019

BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin direktoru ASAN Xidmətdə olub

15-11-2024

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026

“ASAN xidmət”in nümayəndəsi BMT-nin sessiyasında iştirak edib

06-09-2022

Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

24-06-2019

Keniyalı nazir "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub

13-11-2024

Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub

27-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə