Previous Next
Bağla

Mərkəzi Bankın sədri texnoloji ekspertlərlə ilk dəfə görüşüb

24-11-2026 16:07
Mərkəzi Bankın sədri texnoloji ekspertlərlə ilk dəfə görüşüb

Mərkəzi Bankın sədri Taleh Kazımov texnoloji ekspertlərlə ilk görüşünü keçirib. Görüşdə qurumun və maliyyə-bank sektorunun rəqəmsal transformasiyası istiqamətində gözlənilən konseptual layihələr, görülən işlər və qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

Xeberler.az bildirir ki, T.Kazımov ekspertlərlə belə əməkdaşlıq formatının yaradılmasının və davamlı fəaliyyət göstərməsinin sektorda rəqəmsal transformasiya proseslərinin daha uğurla həyata keçirilməsinə töhfə verəcəyini bildirib.

Görüşdə qanunvericilik, rəqəmsal və açıq bankçılıq, fintex və bank sektorunda innovasiyaların inkişafı, bank kartları ilə bağlı dələduzluq hallarının qarşısının alınması, xaricə ödəniş və xaricdən ödənişlə bağlı məsələlər, PayPal və digər qlobal ödəniş sistemlərinin Azərbaycanda fəaliyyəti, fərdi məlumatlar və süni intellektin tətbiqində təhlükəsizlik məsələləri müzakirə olunub.

Eyni zamanda, maliyyə-bank sektorunun startaplara münasibətdə mühafizəkar yanaşmasının yumşaldılması, həssas məlumatlara çıxışı olan sahələrdə xarici vətəndaşların çalışması, yeni normativ sənədlərin hazırlanmasında ekspertlərin iştirakı, rəqəmsal manat və stablecoin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Mərkəzi Bankın sədri virtual aktivlər haqqında qanun layihəsinin Milli Məclisə təqdim olunduğunu bildirib. Onun sözlərinə görə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna dəyişikliklərin, həmçinin kraudfandinq və vençur maliyyələşməsi ilə bağlı bir sıra qaydaların hazırlanması davam edir.

Bank sektorunda kibercinayətkarlığın qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla, PayPal-ın Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı isə beynəlxalq tərəfdaşlarla birgə işlərin aparıldığı diqqətə çatdırılıb.

T.Kazımov ekspertlərin qaldırdığı məsələlərə münasibət bildirib, görüşdə iştirak edən MB rəsmilərinə müvafiq tapşırıqlar verib. Sektorun rəqəmsal transformasiyasına yönələn təşəbbüslərin dəstəklənəcəyi vurğulanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Mərkəzi Bankın sədri ekspertlərlə görüş keçirib

Mərkəzi Bankın sədri ekspertlərlə görüş keçirib

23-10-2025
Ekspert: “Virtual aktivlər haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq

Ekspert: “Virtual aktivlər haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq

30-10-2026
Mərkəzi Bankın sədri Taleh Kazımov ötən gün Fintex Assosiasiyasının nümayəndələri ilə növbəti görüş keçirib

Mərkəzi Bankın sədri Taleh Kazımov ötən gün Fintex Assosiasiyasının nümayəndələri ilə növbəti görüş keçirib

04-11-2023
"Bank of New York Mellon"la maliyyə bazarında süni intellektin tətbiqi müzakirə edib

"Bank of New York Mellon"la maliyyə bazarında süni intellektin tətbiqi müzakirə edib

02-09-2025
Süni intellektin maliyyə sektorunda tətbiqi ilə bağlı müzakirələr aparılıb

Süni intellektin maliyyə sektorunda tətbiqi ilə bağlı müzakirələr aparılıb

31-07-2026
Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

24-11-2022
"Kriptoaktivlər bazarı haqqında" qanun layihəsi hazırlanıb

"Kriptoaktivlər bazarı haqqında" qanun layihəsi hazırlanıb

26-02-2026
Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

16-06-2022
Azərbaycan Özbəkistanla rəqəmsal maliyyə ekosisteminin inkişafını müzakirə edib

Azərbaycan Özbəkistanla rəqəmsal maliyyə ekosisteminin inkişafını müzakirə edib

03-11-2026
Beş ölkənin texnoloji şirkət rəhbərləri ABB-nin innovativ  təcrübəsini öyrənib

Beş ölkənin texnoloji şirkət rəhbərləri ABB-nin innovativ təcrübəsini öyrənib

20-10-2026
AMB-də media nümayəndələri üçün təlim keçirilib

AMB-də media nümayəndələri üçün təlim keçirilib

13-07-2026
Taleh Kazımov: Bu il 9 ay ərzində mobil bankçılıqda əməliyyatların həcmi 2.4 dəfə artaraq 18.5 milyard manat olub

Taleh Kazımov: Bu il 9 ay ərzində mobil bankçılıqda əməliyyatların həcmi 2.4 dəfə artaraq 18.5 milyard manat olub

26-10-2023
Vençur fondları və kraudfandinq üçün hüquqi baza yaradılacaq

Vençur fondları və kraudfandinq üçün hüquqi baza yaradılacaq

09-06-2026
Taleh Kazımov: "Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb"

Taleh Kazımov: "Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb"

24-11-2022
Mərkəzi Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə üzv olub

Mərkəzi Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə üzv olub

05-02-2025
AMB banklara informasiya təhlükəsizliyini təkmilləşdirilməsi ilə bağlı vaxt verib

AMB banklara informasiya təhlükəsizliyini təkmilləşdirilməsi ilə bağlı vaxt verib

17-06-2022
AMB: İlin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq

AMB: İlin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq

09-06-2026
Mərkəzi Bank: Ölkədə nağdsız ödənişlərin təhlükəsizliyilə bağlı ciddi problem yoxdur

Mərkəzi Bank: Ölkədə nağdsız ödənişlərin təhlükəsizliyilə bağlı ciddi problem yoxdur

14-06-2023
Azərbaycanda elektron pul və ödəniş təşkilatları “SWIFT” şəbəkəsinə qoşulmağa başlayıb

Azərbaycanda elektron pul və ödəniş təşkilatları “SWIFT” şəbəkəsinə qoşulmağa başlayıb

19-02-2025
“Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi” keçirilir

“Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi” keçirilir

24-06-2025
Mayda Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb

Mayda Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb

09-06-2026
Paşa Bank “Oracle FLEXCUBE” platformasını tətbiq edir

Paşa Bank “Oracle FLEXCUBE” platformasını tətbiq edir

22-10-2015
Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

23-08-2022
Zakir Nuriyev: Məsafədən bank hesablarının açılması təkmilləşdirilməlidir

Zakir Nuriyev: Məsafədən bank hesablarının açılması təkmilləşdirilməlidir

03-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə