Brüssel “X” ilə bağlı araşdırmanı uzadır

17-07-2025 / 14:16

Avropa İttifaqı ABŞ-la aparılan ticarət danışıqları fonunda İlon Maskın sahibi olduğu “X” sosial şəbəkəsinə qarşı araşdırmanı dayandırıb.

Xeberler.az bildirir ki, “Financial Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Brüssel araşdırmanın nəticələrini yayda açıqlamalı idi, lakin bu müddət çox güman ki, uzanacaq. Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, qərar Vaşinqton və Brüssel arasında aparılan ticarət danışıqlarının gedişindən asılıdır, çünki heç kim ABŞ Prezidenti Donald Trampı qıcıqlandırmaq və transatlantik ticarət münaqişələrini dərinləşdirmək istəmir.

Qeyd edək ki, Brüssel “X” sosial şəbəkəsinə qarşı araşdırmanı 2023-cü ilin dekabrında başlayıb. Avropa Komissiyası şirkəti rəqəmsal xidmətlər haqqında qanunu pozmaqda şübhəli bilir. Qanuna əsasən, internet platformaları Avropa İttifaqında qadağan olunmuş məzmunu məhkəmə qərarı olmadan silməlidir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə