Previous Next
Bağla

Proqramlaşdırmanı öyrənmək istəyənlər üçün ən sadə dil- Python

27-11-2015 12:54
Proqramlaşdırmanı öyrənmək istəyənlər üçün ən sadə dil- Python

İstər karyera üçün, istərsə də maraq üçün bir proqlaşdırma dili öyrənmək arzusuna düşən insanın ilk sualı bu olur ki, hansı dildən başlayım? Doğrudan da, hansı proqramlaşdırma dilinin daha yaxşı olduğunu demək olduqca çətindir. 

Lakin mütəxəssislər bildiri ki bu gün proqramlaşdırmaya təzə başlayanlar üçün ideal seçim Python dilidir.

Xeberler.az olaraq proqramlaşdırma dilini öyrənmək istəyənlər üçün Python dili barədə ətarflı məlumat verəcəyik.

Python  proqramlaşdırma dili artıq 24 ildir mövcud olsa da, son dövrlərdə olduqca populyarlıq qazanıb. Məsələn, Python Google-da istifadə olunan rəsmi proqramlaşdırma dillərindən biridir, YouTube saytında Python-dan olduqca geniş istifadə edilir. MIT(Massaçusets Texnologiya İnstitutu) və NASA-da belə Python-dan istifadə edilir. Hazırda dünyanın ən yaxşı 5-ci proqramlaşdırma dili hesab edilir.

Python-dan bu cür istifadə edilməsinin başlıca səbəblərindən biri digər proqramlaşdırma dillərinə nisbətən daha sadə olmasıdır.

Belə ki,  bu dil digər mürəkkəb dillərdən daha sadə quruluşa  sahibdir ki, bu da proqramlaşdırmanı yeni öyrənməyə başlayan insanın hansısa ifadələri əzbərlməyə yox, proqramlaşdırmanın məntiqi əsasını anlamağa vaxt ayırmasına kömək edir.

Burada istədiyiniz proqramı daha az sətir istifadə etməklə yaza bilərsiniz. Bu cür sadə və rahat oxunula bilinən olması onun başlanğıc üçün  ən yaxşı  seçimlərdən biri edir.

Python bir sıra ölkələrdə, həmçinin Azərbaycanda  orta məktəblərdə tədris edilir.

Python-dan bütün əməliyyat sistemlərində istifadə etmək mümkündür. Ondan digər proqramlaşdırma dilləri ilə qarşılıq əlaqadə, hətta veb-kodlaşdırmada da  istifadə etmək olar.  Həmçinin  elmi tədqiqatlar, statistik hesablamalar, “web-crawling”(veb-saytdakı məlumatların avtomatik yüklənməsi) və s. məqsədlər üçün rahatlıqla istifadə etmək olar.

Python-la bağlı digər müsbət məqam internetdə böyük Python icmalarının olmasıdır. Buralarda geniş, pulsuz tədris materialları tapmaq, dili yeni öyrənən və təcrübəli proqramçılarla fikir mübadiləsi etmək mümkündür.

Əgər proqramlaşdırma dili öyrənmək arzusundasınızsa, Python öyrənəcəyiniz ilk proqramlaşdırma dili ola bilər.

Murad Məmmədzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

8-ci siniflərdə Python proqramlaşdırma dili istifadəyə verildi

30-07-2015

“Bu kitabla proqramlaşdırmanı daha asan öyrənə bilərsiniz”

27-05-2016

Python dili üzrə təlim keçirilib

01-06-2017

Google-dən yeni Go proqramlaşdırma dili

16-11-2009

Python 2.0 proqramı təqdim ediləcək

18-12-2009

Ən populyar proqramlaşdırma dili hansıdır?

13-03-2017

Google özünün proqramlaşdırma dilini təqdim edib

11-11-2009

C Sharp dili niyə sevilmir?

02-09-2016

“Proqramlaşdırma texnologiyaları” adlı dərs vəsaiti hazırlanıb

10-03-2026

“Python” - proqramın məntiqi və işləmə prinsipləri” kitabı təqdim edilib

17-01-2025

Yeni proqramlaşdırma dili yaradılıb

12-08-2016

Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır

20-05-2026

Məktəblilər üçün pulsuz proqramlaşdırma dərsləri keçiriləcək

17-07-2018

Qarabağ Universitetinin tələbələri proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıblar

24-10-2024

BDU tələbələri üçün süni intellekt təlimi keçiriləcək

01-10-2025

Dünyanın ən populyar proqramlaşdırma dili

15-07-2015

Apple gələcək 20 ilin proqramlaşdırma dilini inkişaf etdirir

04-12-2015

Dünyanın ən populyar proqramlaşdırma dilləri

18-11-2015

Azercell məktəblilərə pulsuz proqramlaşdırma dərsləri keçirib

31-08-2018

“AI Lab” süni zəka sahəsi üzrə ödənişsiz təlim elan edir

04-04-2022

Müəllimlər arasında proqramlaşdırma üzə yarışlar keçiriləcək

28-10-2016

Olimpiada qalibləri gələn həftə mükafatlandırılacaq

05-05-2015

PHP 14 yaşını qeyd edir

11-06-2009

Alıcı MAKERphone smartfonunu özü yığacaq

12-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə