• ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  • AZNET
    • SOSİAL MEDIA
    • E-TİCARƏT
    • MİLLİ NET
    • STARTAP AZƏRBAYCAN
    • YENİ MEDİA
    • İNTERNET
  • E - HÖKUMƏT
  • TEXNOLOGİYA
    • SÜNİ İNTELLEKT VƏ DATA
    • AVADANLIQ
    • TƏHLÜKƏSİZLİK
    • OYUNLAR
    • PROQRAMLAR
    • KRİPTOVALYUTA
    • İNVESTİSİYA
    • TENDER
    • MƏSLƏHƏTXANA
  • TƏNZİMLƏMƏ
    • QANUNVERİCİLİK
    • TƏHLİL
    • İSTEHLAKÇI HÜQUQLARI
  • TELEKOM VƏ NƏQLİYYAT
    • MOBİL RABİTƏ
    • TV VƏ RADİO
    • KOSMOS
    • TELEKOMMUNİKASİYA
    • NƏQLİYYAT
    • RADİOTEZLİKLƏR
  • RUBRİKA
    • COP29
    • İT GÜNDƏM
    • İT VAKANSİYA
    • İKT VETERAN
    • İKT QADINLAR
    • İT TƏLƏBƏ
    • İKT TƏHSİL
    • İKT REGİON
    • İNTERNET BANKÇILIQ
    • İKT UŞAQLAR
    • İKT KADRLAR
    • İKT VƏ SEÇKİ
    • İT TANINMIŞLAR
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏ

MÜSAHİBƏ

  1. Ana səhifə
  2. MÜSAHİBƏ

Azərbaycanda ilk -Proqramlaşdırma birinci sinifdən tədris ediləcək

04-07-2016 / 14:01

Azərbaycanda proqramlaşdırmanı kiçik yaşlardan tədris etmək üçün yeni layihəyə başlanıb.

Belə ki, ölkədə ilk dəfə olaraq orta məktəblərdə, həmçinin məktəbə qədər  hazırlıq mərhələsində  kiçik yaşlı  uşaqlara  yeni üsulla proqramlaşdırma tədris ediləcək.

“Birinci sinifdən proqramlaşdırmanın tədrisi” layihəsinin  ideya müəllifi və hazırda layihəni həyata keçirən isə uzun illərdir informatika sahəsində çalışan, çoxlarımızın yaxından tanıdığı İT üzrə mütəxəssis Abdulla Qəhrəmanovdur.

Qeyd edək ki, Abdulla Qəhrəmanov hazırda 23 saylı orta məktəbdə İnformatika fənnini tədris edir.

Layihənin fəaliyyət  istiqaməti barədə daha ətraflı  söhbət etmək üçün   23 saylı məktəbdə  olduq . Abdulla Qəhrəmanov layihə barədə ətraflı məlumat  verib.

Layihə rəhbəri ilk növbədə bu təşəbbüsün nədən qaynaqlandığını bölüşüb:

 

 “Uşağın gördüyü iş oyuna bənzəsə də,  bu, onun zehni və yaradıcı inkişafına təkan verir və sonda onda proqramlaşdırma vərdişlərinin formalaşmasına gətirib çıxarır”.

““Birinci sinifdən proqramlaşdırılmanın öyrədilməsi” layihəsi orta ümumtəhsil məktəblərində qeyri-formal tədrisin təşkilinə əsaslanır.  Məlum olduğu kimi, getdikcə daha çox ölkə innovasiya sahəsindəki nailiyyətlərdən, qabaqcıl texniki standartlardan və idarəetmədə yeni metodlardan yararlanmağa başlayır. Artıq ölkəmizin aqro regionlarında müasir sənaye kompleksləri yaradılmağa başlanıb. Kosmik ölkələrin sırasına daxil olan Azərbaycanın yaxın gələcəkdə İKT ilə bağlı, xüsusilə yüksək intellektual səviyyə tələb edən statistik analiz aparan mütəxəssislərə, proqramçılara ehtiyacı artacaq. Müasir texnologiya mühitində doğulmuş uşaqların erkən yaşlardan proqramlaşdırma ilə tanışlığı günün aktual tələbləri sırasındadır. Orta məktəbdən sonra proqramlaşdırmanı öyrənmək çətin prosesdir. Dövrümüzün bütün məşhur proqramçılarının demək olar ki, əksəriyyəti proqramlaşdırma ilə məktəb yaşlarından məşğul olmağa başlayıblar.  Gələcəkdə praktiki olaraq bütün insanların fəaliyyəti proqramlar vasitəsilə kompüterlərlə idarə edilən sənaye və digər sahələrlə bağlı olacaq”.

Abdulla Qəhramnov deyir ki,  artıq dünyada kiçik yaşlı uşaqlar üçün yeni proqramlaşdırma dilləri yaradılmağa başlanıb.  Bu da çox kiçik yaşlardan proqramlaşdırmanı mənimsəməyə imkan yaradır:

“ Bu proqramlaşdırma dillərinin əsas xüsusiyyəti onda oyun elementlərinin olmasıdır. Əsasən də bu dillərin piktoqram tipli əmrlərdən təşkil olunmasıdır. İstifadəçi (bizim halda azyaşlı uşaq) bu piktoqram əmrlərdən istifadə etməklə müəyyən əmrlər ardıcıllığı qurur və həmin əmrlər ardıcıllığının yerinə yetirilməsi nəticəsində ekranda alınan görüntüləri (hərəkətləri) seyr edir. Bu əmrlər ardıcıllığı faktiki onun yazdığı ilk proqramdır. İlk proqramın işinin nəticəsindən alınan sevinc və fərəh hisləri onu yeni işlər görməyə sövq edir. Uşağın gördüyü iş oyuna bənzəsə də bu onun zehni və yaradıcı inkişafına təkan verir və sonda onda proqramlaşdırma vərdişlərinin formalaşmasına gətirib çıxarır”.

Öyrənirik ki, uşaqların proqramlaşdırma dilini öyrənməsi üçün  2007-ci ildə Massaçusets Texnologiya İnstitutunun (MIT-Massachusetts Institute of Technology) Media Lab qrupu tərəfindən Scratch proqramlaşdırma dili (müəllif Mitchel Resnick) yaradılıb və 30 iyun 2009-cu ildə bu proqramın daha işlək Scratch 1.4 versiyası işıq üzü görüb. Qısa müddətdə bu proqram dünya səviyyəsində sevilib  və geniş tətbiq edilməyə başlayıb.

Qeyd : 30  iyun 2009-cu ildə bu proqramın daha işlək Scratch 1.4 versiyası işıq üzü görüb. Daha sonra 2012-ci ildə bu qrup ScratchJr layihəsini təqdim edib. ScratchJr layihəsi 5-8 yaş arası uşaqlar üçün nəzərdə tutulub. ScratchJr dilinin əsas fərqli və üstün xüsusiyyəti isə onda sözlərdən istifadə edilməməsidir. 9 may 2013-cü il tarixdə dilin Scratch 2.0 versiyası yaradılıb.  Əvvəlcə bu versiya yalnız scratch.mit.edu veb-saytında online rejimdə işləyirdi. 2015-ci ildən Scratch 2.0 versiyasının offlayn  variantı da işıq üzü görüb.  Scratch proqramlaşdırma dili 7-8 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. Scratch proqramlaşdırma dili ilə məşğul olmağa həvəsi olan uşaq məntiqi düşünmə bacarığına yiyələnir. Scratch proqramlaşdırma dilinin konstruksiyasında çoxlu sayda məntiqi bloklar mövcuddur. Bu bloklar uşağa məntiq qanunlarını mənimsəməyə kömək edir. Bununla da onlar riyazi bacarıqlar, byük miqdarda informasiyanı qəbul edib beynində yadda saxlamaq, öz fəaliyyətini planlaşdırmaq bacarmaq və qrafik redaktorda sərbəst şəkil çəkmək  kimi müxtəlif imkanlara sahib olur. Bununla yanaşı,  bu yeni proqram ilə kiçik yaşlı uşaqlar yaradıcı düşünmə, fantaziya, layihələşdirmə bacarığı, analitik bacarıqlar və sistem təhlili, başqasının layihəsini başa düşmək qabiliyyəti, effektiv qarşılıqlı fəaliyyət, konkret mövzuda ünsiyyət qurmaq, texnologiyalardan əla istifadə etmək, daim öyrənmək kimi bacarıqlara yiyələnə bilir.

 “ Bu ildən birinci sinifdən Scratch  proqramın tədrisinə başlayacağıq”

Abdulla Qəhrəmanov da bu təcrübəyə əsaslanaraq ölkəmizdə də bu proqramlaşdırma dilinin tədrisini aşağı siniflərdən təşkil etmək qərarına gəlir:

“Ümumiyyətlə, son  3-4  ildir ki, kiçik yaşlardan uşaqların proqramlaşdırma ilə məşğul olması ilə maraqlanıram. Elə oldu ki, 2013-cü ildə  Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən sərgi təşkil edildi. Həmin sərgidə orta məktəb uşaqları öz fantaziyalarınə, yenilikləri bölüşürdü,  öz bacarıqlarını nümayiş etdirirdi. Bu, mənim diqqətimi çəkdi. Həmin sərgidən sonra 5-6-cı sinif şagirdləri həftədə bir dəfə proqramlaşdırma ilə məşğul olmağa başladıq. Daha sonra müsbət nəticəni gördükdən sonra birinci siniflərlə də Scratch proqramı ilə məşğul olmaq qərarına gəldim. Mənə ən  çox 1-ci siniflər maraqlı idi. Bir növ birincilərlə bu proqramın tədrisini sınaqdan keçirmək üçün başladım ki, görüm necə qavrayırlar. Yarım il onlarla həftədə bir dəfə  məşğul oldum və nəticə gözlədiyimdən də yüksək oldu. Dünyada hər il may ayının 17-də Scratch Günü keçirilir. Biz də 2013 və 2014-cü illərdə təşkil etdik. Uşaqlar orada öz bacarıqlarını göstərdilər. Maraqlısı o idi ki, onlar  öz fantaziyalarını, fikirlərini, işlərini kor-koranə yox, məntiqlə izah edib, başa salırdılar.  Alimlər qeyd edir ki, bu yaşda uşaqlarda yaradıcılıq qabilyyəti  çox yüksək olur.  Sonra baxdım ki, uşaqlar da, valideyn də bundan razıdır, ona görə də 2015-ci ildən 5-6 -7-ci siniflərdə  ApLogo proqramının əvəzinə Scratch proqramını tədris etməyə başladım.  Bu ildən isə Scratch-i 2-ci sinifdən  tədrisə tətbiq  etdik və nəticə çox yaxşı oldu. 2016-cı ilin sentyabr ayından isə birinci siniflərdə bu proqramın tədrisinə başlayacağıq”.

İT üzrə mütəxəssis deyir ki, layihəni “Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyi ilə bərabər Təhsil Nazirliyinə təqdim ediblər və hazırda layihəyə nazirlikdə baxılır. Buna baxmayaraq onlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə layihənin icrasına başlayıblar.

“Hazırda layihə TN-də baxılma mərhələsindədir. Nazirlik layihəni təsdiqləməyib.  Ola bilər ki,  nazirlik gec cavab versin. Ona görə də  biz Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə layihəyə başlamaq qərarına gəldik.  BTİ də  bu işdə bizə dəstək oldu, fəaliyyətimizi təsdiqlədi.  Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi  Bakıda 5 məktəbdə  layihəninin həyata keçirilməsinə razılıq verib.  Bunlar 32, 19, 245, 156 və 189-190 nömrəli məktəblərdir. Birbaşa TN-in tabeliyində olan 23  nömrəli məktəb də layihəni həyata keçirmək istədiklərini bildirib.  Hətta məktəblərdən bəziləri nazirliyə müraciət edib ki,  məktəblərdə birinci sinifdən informatika fənninin yerinə elə birbaşa proqramlaşdırma  tədris edilsin. Bu qərar da qəbul olunsa, biz əlimzdən gələni etməyə hazırıq”.

Abdulla Qəhrəmanov deyir ki, bu məktəbləri seçimində rəhbərlərin informatika sahəsi ilə məşğul olması və ya bu sahəni dəstəkləməsi əsas götürülüb:

“Bu məktəbləri ona görə seçmişik ki, onların əksəriyyitinin direktorları İnformatika müəllimi olub və bu sahədən başları çıxan insanlardır. Ona görə də layihənin mahiyyətini və imkanlarını başa düşüb, tez qəbul etdilər. Hazırda bu məktəblər və bizim 23 saylı da daxil olmaqla təlimlərdə təxminən 20 müəllim iştirak edir. Mərkəz olaraq 23 saylı məktəbi  seçilib. Buranın texniki imkanları və rəhbərliyinin səriştəsi buna imkan yaradır”.

Öyrənirik ki, təlimləri hazırda yalnız Abdulla Qəhrəmanov  keçir. Təlimlər həftədə 5 dəfə 23 saylı orta məktəbdə ödənişsiz təşkil edilir.

Layihə rəhbəri nazilikdən layihəni təşkilati işləri ilə bağlı maddi dəstək gözlədiyini deyib. Çünki hazırda təlimlər də ödənişsiz keçirilir və gələcəkdə məktəblərdə bu proqramı tədris edəcək müəllimlərin də gəlirlərinin necə olacağı sual altındadır. Hazırda layihə komandası  könüllü çalışır.

 Layihə rəhbəri deyir ki, bu gün orta məktəblərimizdə əsas proqramlaşdırma fənnini kimi Aplogo tədris edilsə də,  indiki dövr üçün bu proqramın tədrisi faydalı deyil:

“ İndi hamı deyir ki, əsas  alət ApLogo-dur. Amma onun konsepsiyası 1980- 1990 –ci illərin tələblərinə uyğundur və  müasir dövrün tələblərini ödəyə bilmir. Ona görə də son 3 ildir ki, qeyri-formal olaraq məktəbdə Scratch proqramını tədris edirik. Bununla yanaşı, orta  məktəblərdə 7-8-ci sinifdən tədris edilməyə başlayan Pyhton dilini ölkədə ilk dəfə olaraq 5-ci sinifdən tədris etməyi planlaşdırırıq”.

 “Məqsədimiz proqramlaşdırmanı hamı üçün əlçatan etməklə insanların proqramlaşdırma haqqında təsəvvürlərini dəyişdirməkdir”

Layihə komandasından öyərənirik ki, layihənin məqsədi proqramlaşdırmanı hamı üçün əlçatan etməklə insanların proqramlaşdırma haqqında təsəvvürlərini dəyişdirməkdir. Belə ki, burada məqsəd proqramçı ştamplamaq yox, proqramçı təfəkkürlü şəxsiyyətlər yetişdirməkdir.

Qeyd edilir ki,  bu düşüncə tərzi özündə üç elementi saxlayır: riyazi, mühəndis və təbiət elmləri düşüncə tərzi. Riyaziyyatçı proqramçı formal dillərdən istifadə edərək öz ideyalarını (konkret olaraq alqoritmləri) ifadə edirlər. Mühəndis kimi onlar alternativləri tutuşduraraq, kompromisləri taparaq yeni məhsullar (proqramlar) yaradırlar. Elmi işçi kimi onlar çətin sistemlərin özlərini necə aparmalarını müşahidə edir, hipotezlərformalaşdırırlar və edilmiş fərziyyələri yoxlayırlar. Proqramçı üçün ən vacib bacarıq məsələni həll etmək bacarığıdır. Yəni, məsələni (problemi) formallaşdırmaq, məsələnin həlləri haqqında yaradıcı düşünmək və məsələnin həllini aydın və dəqiq ifadə etmək başa düşülür. Beləliklə, proqramlaşdırma öyrənmə prosesi – problem həll etmək bacarıqlarının inkişafı üçün böyük imkanlar verir.

Bu məqsədə nail olmaq üçün aşağıdakı ümumi vəzifələr müəyyən olunub:

-Zəruri proqram təminatının seçilməsi

-Layihə icrası üçün pilot məktəblərin müəyyənləşdirilməsi

-Layihədə iştirak edəcək təlimçilərin seçilməsi və kadr hazırlığının aparılması

-Pilot tədris müəssisələrində kompüterlərin proqram təminatının təşkili

Abdulla Qəhrəmanov deyir ki, təlimlərdən sonra  2016-cı ilin iyun-iyul ayında məktəblərdə təlim aparacaq kadrlar seçiləcək. Bu kadrların sayı 15-20 nəfər arasında olacaq.

Seçim zamanı aşağıdakı meyarlar əsas kimi götürüləcək:

-Yaşı 22-40 arasında olmalıdır.

-Alqoritmləşdirmə və proqramlaşdırma üzrə müəyyən səviyyədə hazırlığı olmalıdır.

-İmkan daxilində fənni Azərbaycan dilindən başqa rus dilində də tədris etməyi bacarmalıdır.

-Eyni səviyyəli namizədlər içindən seçilmiş məktəblərdən olan müəllimlərə müəyyən qədər üstünlük veriləcək.

2016-cı ilin iyul-avqust aylarında isə  layihə üzrə məktəblərdə təlim aparacaq namizəd kimi seçilmiş kadrların hazırlığı olacaq.

Təlimin sonunda monitorinq keçiriləcək. Təlimi uğurla bitirən şəxslərdən layihədə iştirak edəcək məktəblərin sayı qədər və bir nəfər rezerv olmaqla məktəblərdə dərs deyəsi müəllimlər seçiləcək. Bu müəllimlərlə üçtərəfli (Tərəflər: müəllim, GEAD təşkilatı və məktəb) rəsmi müqavilə bağlanacaq. 

 “Layihə bir neçə yaş qrupu üzrə aparılacaq”

Layihə rəhbəri deyir ki, layihənin icrası bir neçə istiqamətdə (yaş qrupu üzrə) həyata keçiriləcək.  Belə ki, 5-7 yaşında uşaqlar üçün  (Uşaq bağçası və birinci sinif) –ScratchJr proqramlaşdırma dili,  7-10 yaş (II-IV siniflər) – Scratch 2.0 proqramlaşdırma dili, 10 yaş və daha çox (V-XI siniflər) – Python proqramlaşdırma dilinin tədrisi nəzərdə tutulur.

 “Scratch proqramının interfeysinin Azərbaycan dilli versiyası hazırlanır”

Abdulla Qəhrəmanov onu da bildirib ki,  əgər sinifdə uşaq çox olsa, sinif  2 qrupa bölünəcək:

“Təlimlər bitdikdən sonra seçilmiş məktəblərdə bu proqramın tədrisinə başlanacaq. Böyük kütlə ilə işləmək çətindir. Proqramlaşdırma zehni əmək tələb edir. Ona görə də az adamla işləmək daha uyğundur. Əgər sinifdə  çox uşaq olsa, biz sinfi iki qrupa böləcəyik ki, uşaqlar bu fənni rahat qavraya bilsin”.

Layihə rəhbərinin sözlərinə  görə, həmçinin hazırda komanda ilə Scrartch 2.0-ın Azərbaycan dili versiyası üzərində işləyirlər:

“Bəzi insanlar ola bilər ki,  digər dillərdə proqramı başa  düşməy bilər Biz gələcəkdə bu layihəni rayon məktəblərində də tədris etməyi planlaşdırırıq. Ona görə də komandamız proqramı interfeysini Azərbaycan dilinə çevirir”.

 

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR


Proqramlaşdırmanı 1-ci sinifdən tədris edən layihə təqdim ediləcək

24-10-2016

1-ci siniflər yeni proqramlaşdırma dili öyrənib-Foto

02-06-2017

Məktəblərdə proqramlaşdırma ilə bağlı yeni layihə təqdim edilib-Foto

31-10-2016

Proqramlaşdırmanı öyrənmək istəyənlər üçün ən sadə dil- Python

27-11-2015

8-ci siniflərdə Python proqramlaşdırma dili istifadəyə verildi

30-07-2015

“Bu kitabla proqramlaşdırmanı daha asan öyrənə bilərsiniz”

27-05-2016

Olimpiada qalibləri gələn həftə mükafatlandırılacaq

05-05-2015

Rəqəmsal bacarıqlar pilot layihəsi uğurla davam etdirilir

04-10-2018

Olimpiada qalibləri mükafatlandırıldı - Fotolar

16-05-2015

Yeni proqramlaşdırma dili yaradılıb

12-08-2016

İnformatika müəllimləri üçün təlimlər keçirilib

14-07-2021

İKT üzrə yay düşərgəsinə ilkin seçimlər başa çatdı

04-09-2018

“Rəqəmsal bacarıqlar” layihəsi 510 min şagirdi əhatə edir

29-10-2024

“İnformatikanın imtahana salınmaması nəhayətdə bu fənnin başında çatladı”

09-07-2015

“Rəqəmsal bacarıqlar” layihəsi 500 min şagirdi əhatə edir

25-09-2024



  • Son Xəbər
  • populyar
  • Yazarlar
  • AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

    08-05-2025
  • AzTU “Huawei Technologies Azerbaijan” ilə əməkdaşlıq edəcək

    08-05-2025
  • Google süni intellekt məlumatlarını məhdudlaşdırır

    08-05-2025
  • ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

    08-05-2025
  • XRİTDX beynəlxalq tədbirdə iştirak edib

    08-05-2025
  • Agentlik: 10 min şagird kompüter əsaslı monitorinqə cəlb olunacaq

    08-05-2025
  • Daha 4 KOB subyektinə startup şəhadətnaməsi verilib

    08-05-2025
  • “Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb

    08-05-2025
  • “Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib

    08-05-2025
  • EcomX E-ticarət Proqramının birinci mərhələsi başa çatıb

    08-05-2025
  • Nəqliyyat vasitələrində gedişhaqqı bank kartları ilə ödənilə bilər

    08-05-2025
  • "Azercell"in tərəfdaşlığı ilə “Baku Flames” festivalı keçirilib

    08-05-2025
  • “digital.login” iki faktorlu autentifikasiya ilə gücləndirilib

    08-05-2025
  • Ötən gün bank kartlarından 30 min manatdan çox vəsait oğurlanıb

    08-05-2025
  • “Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb

    08-05-2025
  • mygov platformasına yeni funksionallıq əlavə edilib

    08-05-2025
  • Tramp TikTok qadağasını yenidən təxirə salıb

    08-05-2025
  • Azərbaycan və Çin əməkdaşlığı müzakirə edilib

    07-05-2025
  • Azercell tarif paketləri ilə bağlı açıqlama yayıb

    07-05-2025
  • Veb texnologiyaları üzrə milli yarışa qeydiyyat davam edir

    07-05-2025
  • Bütün xəbərlər
  • "DEFAGE Bootcamp" intensiv inkişaf proqramına start verilir

    12-04-2025
  • Osman Gündüz: Milli Korpus və Az-LLM nə zaman yaradılacaq?

    10-04-2025
  • Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

    14-04-2025
  • İnformatika fənni üzrə kurikulum tam yenilənib - Osman Gündüz

    21-04-2025
  • "AMEA"da süni intellekt məsələlərinə böyük diqqət ayrılır

    12-04-2025
  • Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verilib

    20-04-2025
  • Nigeriya “Meta”nın cəriməsini təsdiqləyib

    26-04-2025
  • Rəqəmsal iqtisadiyyat və texnologiyada yeni dövr başlayır - Osman Gündüz

    25-04-2025
  • “Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

    19-04-2025
  • "Aztelekom" yenidən təşkil edilir

    25-04-2025
  • Osman Gündüz

    Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?

  • Məltəm Talıbzadə

    Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh

  • Ağasəf Haqverdiyev

    Windows 10-u necə sürətləndirmək olar?

  • Fərrux İlhamoğlu

    Bizi idarə edən güc: Netokratiya

  • Sevil Rəsulzadə

    Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

  • İsmayıl Rafiqoğlu

    Facebook müəmması

  • Günel Azadə

    4G mobil texnologiyası niyə ləngiyir?

  • Kamran Ədalətoğlu

    Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

  • Azər Həsrət

    “Asan imzanı belə gördüm”- Azər Həsrət

  • Eyvaz Qocayev

    Satışa çıxarılmış Azərbaycan adları

  • Bütün yazarlar



sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə



NƏTİCƏLƏR

Bütün sorğular

  • ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  •  
  •  
  •  
  •  
© 2008 -2025 Xəbərlər.az
Bütün hüquqlar qorunur.