“Build Twitter with Groovy and Grails in 90 minutes” seminarı keçiriləcək

27-10-2015 / 13:08

Noyabrın 14-də  saat 11:00 da Qafqaz Universitetində Grails Azerbaijan User qrupunun “Build Twitter with Groovy and Grails in 90 minutes”  adlı növbəti təbdiri keçiriləcək.

Bu barədə Xeberler.az –a Grails Azerbaijan User Qrupunun qurucusu və rəhbəri Ziya Əsgərov məlumat verib.

Qeyd edək ki, seminar 90 dəqiqə davam edəcək. Bu vaxt ərzində sıfırdan Twitter Web Application yazılacaq. İştirakçılara verilənlər bazasının yaradılması, kodlaşdırma və s. prossesler mərhələ-mərhələ təqdim ediləcək. Program Twitter-in dizayni üzərində yazılacaq. Yazılacaq proqram real serverə yüklənəcək. Nəticədə iştirakçılar www.twitterdemo.com ünvanından linkə daxil olaraq Twitter hesabı aça biləcək.

Qeyd edək ki, proqram təminatı hazırlananrkən aşağdakı texnologiyalardan istifadə ediləcək:


Groovy Programming Language
Grails Framework
JAVA Programming Language
JAVA Enterprise Edition
Spring Framework
Apache Tomcat Application Server
Hibernate
GORM (Grails Object Relational Mapping)
JVM
MySQL
Sitemesh


Tədbirdə iştirak etmək istəyənlər buradan qeydiyyatdan keçə bilər.

Tədbirin sonunda təqdim olunacaq hədiyyələrdən yalnız qeydiyyatdan keçən istifadəçilər faydalana bilər.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə