Microsoft Bing üzərində sosial şəbəkələrin axtarılması sahəsində əhəmiyyətli addım atıb.
Xeberler.az bildirir ki, bundan sonra Bing üzərindən Twitter və Facebook axtarışları reallaşdırıla biləcək. Hətta Bing, Twitter axtarışları üçün test nəşrə başlayıb.
Bing.com/twitter ünvanı üzərindən başlayan test hələki yalnız ABŞ-dakı istifadəçilər tərəfindən sınanıla bilər. Bu addım iki firma arasında olan razılaşmaya əsasən atılıb. Microsoft-un digər əhəmiyyətli razılaşması isə Facebook-la olub. Artıq Facebook-da iştirak edən ictimai mesajlar da Bing üzərindən axtarılacaq. Xatırladaq ki, Microsoft 2007-ci ildə məşhur ictimai şəbəkə saytının 1,6 faizlik hissəsi üçün 240 milyon dollar ödəmişdir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri