Twitter-ə daxil olmaq mümkün deyil- Yenilənib

19-01-2016 / 13:03

Dünyada məşhur platformalardan Twitter-də ciddi problem yaşanır.

Xeberler.az-ın məlumatına görə,  Twitter.com ünvanından və mobil platformalardan  Twitter-ə daxil olmaq mümkün deyil.

Belə ki, dünyanın fərqli ölkələrindən problemlə bağlı məlumatlar yayımlanır.

Qeyd edilir ki, səhər saatlarından platformaya daxil olmaq mümkün deyil.

Xeberler.az-ın məlumatına görə, ölkəmizdə də Twitter-ə daxil olmaq mümkün deyil.

 

Twitter.com səhifəsinə  daxil olanda  texniki səhv mesajı ilə birlikdə qrupun problem üzərində çalışdığı qeyd edilir.

15:18

Twitter-ə daxil olmaq mümkün olsa da, server tam düzəlməyib. Çünki mesajlar kimi fərqli funksiyalar hələ tam işləmir.

17:10

Hazırda Twitter yenidən çöküb. Bir az əvvəl  problem az da olsa həll edilsə də, hazırda platformaya  daxil olmaq mümkün deyil. 

Çox güman ki, serverdə texniki işlər görüldüyü üçün tez-tez sistemə daxilolmada qırılmalar olur.

Twitter hələ  problemlə bağlı rəsmi açıqlama verməyib.

Axşam saatlarında Twitter-də  yaşanan texniki problem aradan qaldırılıb. Artıq həm mobildən, həm də veb servislərdən platformaya daxil olmaq mümkündür.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə