Cari ildə 320 minə yaxın “ASAN İmza” sertifikatı verilib

09-09-2025 / 11:41

Cari ilin yanvar-avqust ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 387 min 575 şəxs qəbul edilib, onlara 617 min 427 sayda xidmət göstərilib.

Xeberler.az bildirir ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bunun 215,7 mindən çoxu şifahi xidmət (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 140,8 mindən çoxu elektron xidmət (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.

Aşağıda qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 89,4 faizini təşkil edib:

• Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

• Vergiödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);

• Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

• Asan İmza sertifikatlarının verilməsi;

• Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

• Vergiödəyicisinə arayışların verilməsi;

• Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

• Fiziki şəxsin uçotdan çıxarılması;

• Vergiödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).

Hesabat dövründə vergiödəyicilərindən daxil olmuş 22,7 mindən çox yazılı müraciət cavablandırılıb, 18,2 milyondan artıq məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində 2530 vergiödəyicisinin iştirakı ilə 257 görüş keçirilib, 3321 vergiödəyicisinə ünvanlı xidmət göstərilib.

Vergiödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 944 mindən artıq SMS göndərilib. Dövr ərzində ümumilikdə 210 min 112 müraciət üzrə 319 min 995 “ASAN İmza” sertifikatı verilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə