Çin “Loongson” prosessorlarının Rusiyaya ixracına qadağa qoyub

13-12-2022 / 11:47

Çin hökuməti texnologiyanın strateji əhəmiyyət kəsb etdiyinə görə öz istehsalı olan “Loongson” prosessorlarının Rusiya və digər ölkələrə tədarükünə qadağa qoyub, Xeberler.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Nəşr vurğulayır ki, Rusiya elektronika istehsalçıları artıq bu çipləri sınaqdan keçiriblər, lakin indi bu prosessorları almaq mümkün olmayacaq.

“Loongson” korporasiyası 2002-ci ildə yaradılıb, onun məqsədi digər şeylər arasında Amerikanın “Intel” və “AMD”yə alternativ prosessorlar yaratmaq olub. Keçən il şirkət Intel və AMD üçün yazılmış proqramlarla işləyə bilən öz LoongArch arxitekturasını təqdim edib.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə