Amerikanın prosessor istehsalçıları “AMD” və “Intel” Rusiyaya tədarükü müvəqqəti olaraq dayandırıblar.
Xeberler.az bildirir ki, bu, Rusiyada kompüterlərin, monoblokların və digər elektron avadanlıqların çatışmazlığına səbəb ola bilər.
Şirkətlər rəsmi açıqlama verməsələr də, onların nümayəndələri Rusiyaya tədarükün dayandırılması barədə şifahi məlumat veriblər. Məlumat Rusiya Elektronika Tərtibatçıları və İstehsalçıları Assosiasiyasının nümayəndəsi təsdiqləyib.
Fevralın 25-ində “BIS” Rusiya sənayesi üçün yeni texnologiya ixracı qaydalarının təfərrüatlarını dərc edib. Onlar martın 3-dən qüvvəyə minəcək. Yeni məhdudiyyətlər “istehlakçı rabitə vasitələrinə” – fərdi kompüterlərə və fiziki şəxslərin istifadə etdiyi mobil telefonlara təsir etməyəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri