Previous Next
Bağla

Çin Yerin orbitində 192 peykdən ibarət qrup yaradacaq

01-07-2019 13:19
Çin Yerin orbitində 192 peykdən ibarət qrup yaradacaq

Çin Yerin sətini müşahidə etmək üçün planetimizin orbitində süni intellektli 192 peykdən ibarət qrup yaradacaq. Xeberler.az bildirir ki, bu məlumatı Çin Dövlət Televiziyası yayıb.

Xəbərdə bildirilir ki, peyklərdən ibarət qrup Şir bürcünün şərəfinə Leo adlandırılıb. Kosmik aparatlarda quraşdırılmış bloklar insan beyninin fəaliyyətini imitasiya edəcək. Belə ki, süni intellekt Yerin səthindən çəkilən fotoşəkilləri sərbəst olaraq təhlil edəcək, kadrlardakı yüksək temperatur, yaxud digər səbəblərdən baş vermiş qüsur və ya təhrifləri düzəldəcək. Beləliklə, sistem keyfiyyətsiz şəkilləri kənara atacaq və Yerə sifarişçilər üçün daha yararlı olan kadrları göndərəcək.

Bundan başqa, Leo sistemi ekoloji monitorinq məqsədilə də istifadə ediləcək və Yerin səthini müşahidə edərək təbii fəlakətlər, həmçinin nəqliyyatın hərəkəti barədə operativ məlumatlar ötürəcək. Telekanalın xəbərində bildirilir ki, sistemə “Yaoqan” seriyasından olan peyklər daxil ediləcək. Eyni zamanda, peyk qrupu avtomatika rejimində kosmik aparatların hərəkətini tənzimləyəcək və lazım gəldiyində onları istiqamətləndirəcək. Ən əsas yenilik isə ondan ibarətdir ki, indiyədək Yerdən idarə olunan peyklər bundan sonra avtopilot rejimində işləyəcək.

Peyklərin kosmosa göndərilməsi kommersiya buraxılışı üçün nəzərdə tutulan “Tszelun-1” raketdaşıyıcısı vasitəsilə həyata keçiriləcək. Bu raket orbitə 600 kilometr yüksəklikdə çəkisi 150 kiloqramadək bir və ya bir neçə peyk daşımaq qabiliyyətinə malikdir. Onu cəmi 24 saat ərzində uçuşa hazırlamaq olar, raketin yığılma müddəti isə 6 aydır. Raketdaşıyıcının apardığı peyk maksimum 1,5 metr hündürlükdə və 1,1 metr diametrdədir. “Tszelun-1”in hər bir buraxılışı 3,63 milyon dollara başa gəlir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

24 "Starlink" internet peykindən ibarət qrup orbitə çıxarılıb

15-02-2026

Çin peyk interneti üçün peyklər qrupunu orbitə çıxarıb

28-07-2025

"SpaceX"in raketi "Starlink"in bir qrupu ilə orbitə çıxıb

05-12-2025

Çin Yer səthinin müşahidəsi üçün yeni peyk buraxıb

10-11-2015

İran kosmosa iki peyk buraxıb

05-11-2024

"SpaceX" 29 ədəd "Starlink" mini peykini orbitə çıxarıb

19-01-2026

NASA Uran planetinin yeni təbii peykini aşkarlayıb

20-08-2025

“Kuiper” internet peyklərinin ilk partiyasının buraxılışı uğursuz olub

11-04-2025

Çin yeni peykini orbitə çıxarıb

04-11-2015

Peykləri Yerdən İnternetlə idarə etmək mümkün olacaq

30-05-2015

Çin orbitə iki yeni peyk buraxıb

05-11-2008

Çin Yerin müşahidə texnologiyalarının sınağı üçün orbitə peyk çıxarıb

29-09-2025

Çin Yerin süni peykini orbitə buraxıb

22-10-2024

Çin növbəti kosmik missiyasını orbitə göndərir

24-04-2025

Çin orbitə yeni peyklər buraxıb

23-03-2026

“SpaceX” 22 “Starlink” peykini orbitə çıxardı

16-09-2023

Azersky peykinin fəaliyyəti dayandı-RƏSMİ

20-04-2023

"Yeni peykin orbitə çıxarılması üçün beynəlxalq nüfuzlu şirkətlərlə danışıqlar aparılır"

26-04-2023

İran kosmik fəzaya üç peyk buraxacaq

22-12-2025

Ariane raketdaşıyıcısı orbitə iki telekommunikasiya peyki çıxarıb

11-11-2015

Azərbaycan dördüncü peyki buraxmağa hazırlaşır

08-06-2015

Yaxın 10 ilə 1800 yeni peyk buraxılacaq

02-03-2015

Çində yeni daşıyıcı raket istifadə edilib

17-08-2019

Misirin süni peyki kosmosda itkin düşdü!

29-10-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə