Çinin “Zhuque-2E Y4” raketdaşıyıcısı 10 peyki təyin olunmuş orbitə uğurla çıxarıb.
Xeberler.az məlumat verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Bildirilib ki, buraxılış Qansu əyalətində yerləşən Dunfın (Dongfeng) Kommersiya Kosmik Buraxılış İnnovativ Eksperimental Zonasından həyata keçirilib.
Orbitə göndərilən peyklərdən 8-i "Adaspace Technology" kommersiya aerokosmik şirkətinə məxsus "Xinshidai" seriyasıdır. Bu peyklər yüksək performanslı hesablama modulları, sürətli lazer rabitə avadanlıqları və gecə görüntüləmə kameraları ilə təchiz olunub. Layihənin məqsədi 2800 süni intellekt peykindən ibarət qlobal orbital hesablama şəbəkəsi yaratmaqdır. Bu sistem Yer səthindəki obyektləri və hadisələri izləyib təhlil edərək nəticələri birbaşa yerüstü stansiyalara ötürəcək.
Missiya çərçivəsində kosmosa buraxılan digər iki peyk – "Guangchuan-03" və "Guangchuan-04" isə peyklərarası lazer rabitəsi vasitəsilə qlobal peyk interneti şəbəkəsinin qurulması üçün nəzərdə tutulub.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları