Previous Next
Bağla

Çinin texnologiya şirkətinin nümayəndələri ÇİRES-ə səfər edib

11-11-2024 12:41
Çinin texnologiya şirkətinin nümayəndələri ÇİRES-ə səfər edib

Çin Xalq Respublikasının “FiberHome International Technologies Co. Ltd.” şirkətinin vitse-prezidenti Jun Zhounun rəhbərlik etdiyi nümayəndə heyəti “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) səfər edib.

Xeberler.az məlumat verir ki, Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə “FiberHome Telecommunication Technologies Co., Ltd.” şirkəti arasında əməkdaşlıq üzrə imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Holdinqin idarəetməsinə verilən şirkətlərdə rəqəmsal həllər və müasir texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi, istehsalatda mövcud texniki imkanların qiymətləndirilməsi məqsədilə təşkil edilən səfərdə qonaqlar “Çovdar” qızıl mədəni, ÇİRES-də infrastruktur obyektləri, o cümlədən yeni istifadəyə verilmiş Çəndə Qələviləşdirmə Zavodu ilə tanış olub, istehsal prosesinin bütün mərhələlərini izləmək imkanı əldə ediblər.

Qonaqlara “AzerGold” QSC-nin mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında həyata keçirdiyi hasilat və istehsalat fəaliyyəti zamanı ətraf mühitin mühafizəsi, işçilərin sağlamlığı və təhlükəsiz əmək şəraitinin təmin olunması sahəsində gördüyü işlər barədə məlumat verilib. Həmçinin müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilmiş tədbirlərdən danışılıb. Məlumat verilib ki, ÇİRES-də yeni istifadəyə verilən Çəndə Qələviləşdirmə Zavodu ən müasir texnologiyalarla təmin edilib, müəssisədə işçilərin sağlamlığı və əməyin təhlükəsizliyi üçün müasir idarəetmə sistemi qurulub.

Mədən və istehsalat sahəsi ilə tanışlıqdan sonra tərəflər arasında təşkil edilən görüşdə istehsalat sahəsində 5G şəbəkənin formalaşdırılması, avadanlıq, qurğu və sistemlərə IoT – “internet of things” (əşyaların interneti) həllərinin quraşdırılması, SƏTƏM üzrə Smart nəzarət və icra sistemlərinin təkmilləşdirilməsi, əməliyyat-nəzarət bloku və qeydiyyat cihazlarının inteqrasiyası imkanları müzakirə olunub, müəssisədə texniki qulluq üçün mövcud planlama, öncədən xəbərdarlıq sistemləri dəyərləndirilib. Görüşün yekunu olaraq Çin şirkəti tərəfindən Səhmdar Cəmiyyətinin texniki tələbləri və texnoloji ehtiyaclarına uyğun təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsinə, daha sonra konkret əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə qərar verilib.

Xatırladaq ki, 1999-cu ildən fəaliyyət göstərən “FiberHome Telecommunication Technologies Co., Ltd.” şirkəti Çinin nəhəng telekommunikasiya texnologiyaları şirkətlərindən, habelə dünyanın ən böyük fiber-optik kabel istehsalçılarından biridir. Şirkət optik ötürmə sistemləri, IP şəbəkələri, məlumat mərkəzləri və müasir şəbəkə infrastrukturu həlləri kimi sahələrin daxil olduğu geniş məhsul portfelinə sahibdir və dünyanın 90-dan çox ölkəsində məhsul və xidmətlərin satışını həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Çinin telekommunikasiya texnologiyaları şirkəti ilə Anlaşma Memorandumu imzalanıb

Çinin telekommunikasiya texnologiyaları şirkəti ilə Anlaşma Memorandumu imzalanıb

15-10-2024
İlk innovasiya auditi keçirilib

İlk innovasiya auditi keçirilib

02-02-2020
BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

30-09-2025
Azərbaycanın İT şirkəti beynəlxalq biznes mükafatının qalibi olub

Azərbaycanın İT şirkəti beynəlxalq biznes mükafatının qalibi olub

21-07-2015
Azərbaycanda ilk sənaye partlayıcıları zavodu inşa edilir

Azərbaycanda ilk sənaye partlayıcıları zavodu inşa edilir

15-02-2023
Dünya İqtisadi Forumunda ASAN xidmət-in fəaliyyəti barədə məlumat verilib

Dünya İqtisadi Forumunda ASAN xidmət-in fəaliyyəti barədə məlumat verilib

25-01-2019
AMEA YTP-da 45 adda innovativ məhsul istehsal olunur

AMEA YTP-da 45 adda innovativ məhsul istehsal olunur

09-02-2017
Azərbaycan və Estoniya əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan və Estoniya əməkdaşlıq məsələlərini müzakirə edib

03-12-2025
İlham Əliyev “Dell Technologies” şirkətinin prezidenti ilə görüşüb

İlham Əliyev “Dell Technologies” şirkətinin prezidenti ilə görüşüb

21-01-2026
 Dəmir Yolları Siemens şirkəti ilə əlaqələri möhkəmləndirir

Dəmir Yolları Siemens şirkəti ilə əlaqələri möhkəmləndirir

21-07-2016
Caspian Business Award 2018-in təqdimat mərasimi keçirilib

Caspian Business Award 2018-in təqdimat mərasimi keçirilib

21-12-2018
AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq müzakirə olunub

AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq müzakirə olunub

26-12-2019
Çin şirkəti «BakuTel-2014» sərgisinə qoşulacaq

Çin şirkəti «BakuTel-2014» sərgisinə qoşulacaq

03-12-2014
“Azərkosmos” və Macarıstan əməkdaşlıq məsələlərini müzakirə edib

“Azərkosmos” və Macarıstan əməkdaşlıq məsələlərini müzakirə edib

03-06-2025
Nazir Cisco şirkəti ilə memorandum imzaladı

Nazir Cisco şirkəti ilə memorandum imzaladı

15-03-2018
Azərbaycan Rumıniya ilə 8 istiqamət üzrə birgə tədqiqatlar aparacaq

Azərbaycan Rumıniya ilə 8 istiqamət üzrə birgə tədqiqatlar aparacaq

26-04-2023
Azərbaycan İT şirkəti beynəlxalq tenderin qalibi olub

Azərbaycan İT şirkəti beynəlxalq tenderin qalibi olub

30-06-2017
Dəmir yolu boyunca yeni fiber-optik kabel çəkilir

Dəmir yolu boyunca yeni fiber-optik kabel çəkilir

21-01-2019
Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

09-04-2025
Çin ilə münasibətlər yeni mərhələyə qədəm qoyur

Çin ilə münasibətlər yeni mərhələyə qədəm qoyur

01-04-2024
Ukraynalı mütəxəssislərlə e-hökumət sahəsində əməkdaşlıq müzakirə olunub

Ukraynalı mütəxəssislərlə e-hökumət sahəsində əməkdaşlıq müzakirə olunub

11-11-2016
STP Rusiyanın ən iri şirkətləri ilə əməkdaşlıq edəcək

STP Rusiyanın ən iri şirkətləri ilə əməkdaşlıq edəcək

05-04-2019
Bakı Aeroportunda yeni texnologiyalar tətbiq ediləcək

Bakı Aeroportunda yeni texnologiyalar tətbiq ediləcək

12-03-2019
AzInTelecom Microsoft-la əməkdaşlığa başladı

AzInTelecom Microsoft-la əməkdaşlığa başladı

07-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə