Previous Next
Bağla

STP Rusiyanın ən iri şirkətləri ilə əməkdaşlıq edəcək

05-04-2019 18:58
STP Rusiyanın ən iri şirkətləri ilə əməkdaşlıq edəcək

4 aprel 2019-cu il tarixində Sumqayıt Texnologiyalar Parkı ilə Rusiyanın “Rostselmash” və "Transmashholding" şirkətləri arasında əməkdaşlığa dair saziş imzalanıb.

Xeberler.az  bildirir ki, sənəd mürəkkəb mexanizm detallarının hazırlanması, istehsalı və təchizatı sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafını və müasir texnoloji həllərin tətbiqini nəzərdə tutur. “Rostselmash” Rusiyanın 4 şəhərində yerləşən 13 ayrı müəssisədən ibarət şirkətlər qrupudur və kənd təsərrüfatı sahəsində traktor, kombayn, əkin, səpin kimi 24 növ avadanlıq və alətlərin istehsalı ilə məşğuldur. Nəqliyyat istehsalı sahəsində Rusiyanın ən böyük şirkəti olan
“Transmashholding” isə eyni zamanda dəmiryolu nəqliyyat vasitələrinin istehsalı üzrə Dünya lideridir. STP zavodlar kompleksinin imkanlarını nəzərə alsaq Rusiya şirkətləri ilə əməkdaşlığın artacağı gözləniləndir. Belə ki, hazırda müəssisə daha geniş çeşiddə və böyük həcmlərlə istehsalat həyata keçirməyi planlaşdırır.

Xatırladaq ki, Rusiya şirkətləri ilə əməkdaşlıq STP üçün yeni hadisə deyil. Hazırda STP Ulyanovsk Avtomobil Zavodu və Murom Maşınqayırma Zavodu kimi qabaqcıl Rusiya müəssisələri ilə əməkdaşlıq etməkdədir. Sumqayıt Texnologiyalar Parkı regionda texnoparkların yaradılmasında öncül olmaqla yanaşı müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 22 dekabr 2009-cu ildə dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda STP-də mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Sənaye kompleksi olan STP neft-qaz, enerji və tikinti sənayesi ilə yanaşı kənd təsərrüfatı sahəsinə də müxtəlif məhsullar təqdim edir. Belə ki, yaxın keçmişdə Texnopark kənd təsərrüfatı sahəsində bir sıra pilot layihələri, xüsusilə də pivot suvarma sistemləri və istixana obyektlərinin istehsalını müvəffəqiyyətlə həyata keçirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Sumqayıt Texnologiyalar Parkı 148 yaşlı qlobal şirkətlə anlaşdı

Sumqayıt Texnologiyalar Parkı 148 yaşlı qlobal şirkətlə anlaşdı

26-02-2019
 STP beynəlxalq sertifikatlar əldə edib

STP beynəlxalq sertifikatlar əldə edib

20-04-2018
Sumqayıt Texnologiyalar Parkı daha bir ilkə imza atdı

Sumqayıt Texnologiyalar Parkı daha bir ilkə imza atdı

08-10-2018
Azərbaycan xarici bazara yeni məhsul ixrac etməyə başladı

Azərbaycan xarici bazara yeni məhsul ixrac etməyə başladı

10-08-2018
Azərbaycanda ilk dəfə gəmi istehsalında yerli kabellərdən istifadə ediləcək

Azərbaycanda ilk dəfə gəmi istehsalında yerli kabellərdən istifadə ediləcək

08-05-2023
STP-nin son 2 il ərzində əldə etdiyi nailiyyətlər uğurlu kadr siyasətinin nəticəsidir

STP-nin son 2 il ərzində əldə etdiyi nailiyyətlər uğurlu kadr siyasətinin nəticəsidir

07-02-2019
Tacikistan nümayəndə heyəti STP-in fəaliyyəti ilə tanış olub

Tacikistan nümayəndə heyəti STP-in fəaliyyəti ilə tanış olub

17-07-2017
Azərbaycanda Macarıstanın “İkarus” avtobusları istehsal ediləcək

Azərbaycanda Macarıstanın “İkarus” avtobusları istehsal ediləcək

26-04-2023
 STP-nin Kabel Zavodu daha bir ilkə imza atıb

STP-nin Kabel Zavodu daha bir ilkə imza atıb

30-06-2016
Tacikistan Azərbaycanla sənayenin rəqəmsallaşdırılmasını təklif edib

Tacikistan Azərbaycanla sənayenin rəqəmsallaşdırılmasını təklif edib

22-05-2026
Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlıq genişlənir

Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlıq genişlənir

16-05-2024
Azərbaycan Vyetnamla İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edəcək

Azərbaycan Vyetnamla İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edəcək

08-05-2015
Azərbaycan şirkətləri Çində 821 miln. dollarlıq müqavilə imzalayıblar

Azərbaycan şirkətləri Çində 821 miln. dollarlıq müqavilə imzalayıblar

24-04-2019
Nazirlik yeni elektron xidmət yaradır

Nazirlik yeni elektron xidmət yaradır

05-01-2018
Azərbaycanda sənaye istehsalı 2 faiz azalıb

Azərbaycanda sənaye istehsalı 2 faiz azalıb

12-07-2023
Xarici texnopark Azərbaycanla əməkdaşlıq edəcək

Xarici texnopark Azərbaycanla əməkdaşlıq edəcək

04-08-2017
Rusatom və Milli Nüvə Tədqiqatları Mərkəzi arasında protokol imzalanıb

Rusatom və Milli Nüvə Tədqiqatları Mərkəzi arasında protokol imzalanıb

16-04-2019
Azərbaycan-Belarus sənədləri imzalanıb

Azərbaycan-Belarus sənədləri imzalanıb

19-11-2018
İtaliya səfiri: "Azərbaycana aqrar texnologiyaların gətirilməsinə töhfə verə bilərik"

İtaliya səfiri: "Azərbaycana aqrar texnologiyaların gətirilməsinə töhfə verə bilərik"

16-10-2023
Yüksək Texnologiyalar Parkı “Protechservice” MMC ilə əməkdaşlıq edəcək

Yüksək Texnologiyalar Parkı “Protechservice” MMC ilə əməkdaşlıq edəcək

08-08-2022
Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

04-11-2024
Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər

Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər

13-02-2023
Veb səhifəsi olan müəssisələrin sayı açıqlanıb

Veb səhifəsi olan müəssisələrin sayı açıqlanıb

08-09-2025
Özbəkistan Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşdırılması təcrübəsini öyrənir

Özbəkistan Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşdırılması təcrübəsini öyrənir

05-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə