Previous Next
Bağla

Dünya İqtisadi Forumunda ASAN xidmət-in fəaliyyəti barədə məlumat verilib

25-01-2019 17:30
Dünya İqtisadi Forumunda ASAN xidmət-in fəaliyyəti barədə məlumat verilib

Yanvarın 21-dən 25-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrə Konfederasiyasının Davos şəhərində səfərdə olub.

Xeberler.az  bildirir ki, səfər Davos Dünya İqtisadi Forumu çərçivəsində innovasiyalar və müasir texnologiyalar sahəsində ixtisaslaşmış qabaqcıl şirkətlərlə görüşlərin keçirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə əlaqədar təşkil edilib.

Səfər çərçivəsində Forumun iştirakçısı olan İsveçrənin “SICPA” şirkətinin rəhbəri Filip Amon, “Ledgerstate” şirkətinin direktoru Jandricek Damir, Almaniyanın “SAP SE” şirkətinin vitse-prezidenti Peter Selfridge, Avstraliyanın “Blockchain Technology” şirkətinin rəhbəri Sam Lee, ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru, Rəqəmsal iqtisadiyyat proqramının həmtəsisçisi Endrü Makafi ilə görüşlər keçirilib. Bundan başqa “Yeni dünya: Qlobal vətəndaşlıq və rəqəmsal hökumət” mövzusunda təşkil edilmiş sessiyada iştirak edilib və bir sıra dövlət və şirkət nümayəndələrinə “ASAN xidmət”in fəaliyyəti barədə məlumat verilib.

Görüşlər zamanı müvafiq sahələr üzrə ölkəmizdə həyata keçirilən islahatlar barədə ətraflı məlumat təqdim edilib, tərəflər arasında müasir texnologiyaların tətbiqi, innovasiyalar və startaplara dəstək sahəsində təcrübə mübadiləsi, investisiyaların cəlb edilməsi, həmçinin region səviyyəsində birgə fəaliyyətin təşkili ilə bağlı qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub

24-01-2020

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019

ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

22-06-2018

“Alibaba Qrup”un nümayəndə heyəti “ASAN xidmət”də

28-02-2024

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023

“ASAN xidmət”in nümayəndə heyəti Dünya Hökumətlər Sammitində iştirak edib

13-02-2025

Dövlət Agentliyinin nümayəndəsi Fransada və Mərakeşdə səfərdə olub

26-10-2019

Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

10-04-2019

Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

28-02-2020

ASAN xidmətin innovasiyaları Qırğızıstanda təqdim olunub

30-08-2019

"ASAN xidmət"in Rumıniyada tətbiqi ilə bağlı müzakirələr aparılıb

12-12-2025

“ASAN xidmət” brendi beynəlxalq arenada təqdim olundu

05-02-2024

Agentliyin nümayəndə heyəti "Dövlət Sektorunda İnnovasiya Forumu"nda iştirak edib

11-12-2025

ASAN xidmət beynəlxalq konfransda təqdim olundu

30-10-2015

Dövlət Agentliyinin nümayəndə heyəti Uqanda Respublikasına səfər edib

28-03-2022

Azərbaycanın “ASAN xidmət” modeli Daşkənddə təqdim olunub

02-06-2025

İndoneziya ASAN xidmət modelini seçib-Foto

26-07-2017

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018

Dövlət Agentliyinin nümayəndə heyəti Avstriyaya səfər edib

30-01-2019

BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

30-09-2025

“ASAN xidmət”in nümayəndələri beynəlxalq təcrübə mübadiləsi proqramında iştirak edib

13-10-2025

“ASAN xidmət”in nümayəndə heyəti Madridə səfər edib

15-05-2025

“ASAN xidmət” Berlində təqdim edildi -Fotolar

05-05-2015

“ASAN xidmət” təcrübəsi beynəlxalq festivalda təqdim olunub

22-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə