Previous Next
Bağla

Caspian Business Award 2018-in təqdimat mərasimi keçirilib

21-12-2018 10:27
Caspian Business Award 2018-in təqdimat mərasimi keçirilib

2018-ci il dekabrın 20-də Yeni il ziyafəti və “Caspian Business Award 2018” beynəlxalq mükafatının təqdimetmə mərasimi təşkil olunub.

Xeberler.az  bildirir ki, tədbirdə çıxış edən “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev qeyd edib ki, ilin yekunu üzrə mükafatlar Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin ərazisinə istehsalat və sosial sahələrdə fəal iştirak edən şirkət və top-menecerlərə təqdim olunur. Mükafatlar iqtisadiyyatın neft, qaz, daşınma, telekommunikasiya və IT texnologiya, maliyyə-kredit sistemi, KİV və sair kimi bir çox sahələrini əhatə edir.

“Nominantlar dünyanın 50-dən çox ölkəsində yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilmiş sorğu əsasında müəyyən edilib”, - deyə T.Əliyev söyləyib.

Qəbulda dövlət qurumlarının, nazirliklərin rəhbərləri, Milli Məclisin üzvləri, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların, “Caspian European Club”un üzv şirkətlərinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, “Caspian Business Award 2018” tədbirinin sponsorları “SOCAR Azneft” İB, “SOCAR Petroleum” QSC, “Meqa Sığorta” ASC və “AzInTelekom” MMC-dir.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb.

“Caspian Business Award 2018” mükafatının nominasiyalar üzrə “SOCAR Azneft” İB “İlin neft-qazçıxarma birliyi”, “SOCAR Petroleum” QSC “Elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən ilin şirkəti”, “Meqa Sığorta” ASC “Keyfiyyətli xidmət və dayanıqlı inkişaf üzrə ilin sığorta şirkəti”, “Smart Systems Technology” MMC “Telekommunikasiya və TV yayımı sahəsində innovasiyaların tətbiqi üzrə ilin şirkəti”, “Worleyparsons Europe Ltd” (Azərbaycan üzrə filial) “BP şirkətinin Azərbaycanda, Gürcüstanda və Türkiyədə əməliyyatları üçün planlaşdırma, maddi və texniki təchizat, tikintinin idarə edilməsı sahəsində göstərdiyi xidmətlərə görə ilin şirkəti”, “AzeriCard” MMC “Qabaqcıl texnologiyaların və beynəlxalq təcrübənin elektron ödəniş mühitində tətbiqinin genişləndirilməsi üzrə ilin şirkəti”, “Ziraat Bank Azərbaycan” “İlin bankı”, “Qala Həyat” sığorta şirkəti “Sığortaçılığın inkişafına verdiyi töhfəyə görə”, “Alliance Assist Group” MMC “Tibbi assistanlıq və tibbi turizm sahəsində ilin şirkəti”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və “SİNAM” MMC “İlin layihəsi – ASAN viza”, “ASE Express & OCS, DSV” şirkəti “İlin logistika şirkəti”, “Azlegal Consultancy International Services” (ALCIS) “Beynəlxalq standartlarına uyğun xidmət keyfiyyəti və müştəri məmnuniyyəti üzrə ilin şirkəti” adına layiq görülüb.

Həmçinin qaliblər sırasında “Bon Accord Engineering Supplies (Caspian) Ltd” “Regionda boru məhsullarının təchizatı üzrə aparıcı lider”, “Ləzzət Qida Sənaye” MMC “2018-ci ildə Azərbaycanın ən çox investisiya qoyulan bölgəsi Naxçıvan Muxtar Respublikasında müasir texnologiyaların qida sənayesində tətbiqinə görə ilin şirkəti”, “AzInTelekom” MMC “İlin ən proqressiv IT şirkəti”, “Aztelekom” İB” “Keyfiyyətli telekommunikasiya xidmətləri göstərən ilin şirkəti”, “Baktelecom” MMC “Telekommunikasiya xidmətləri sahəsində ilin brendi”, “R.I.S.K” şirkəti “İnnovativ proqram təminati istehsalı və ixraci üzrə ilin şirkəti”, “Lenovo” şirkəti “Azərbaycanda ilin ən sürətlə inkişaf edən IT Vendoru”, “Times Consulting” “İlin reklam agentliyi”, “Debet Uniform” şirkəti “Keyfiyyətli məhsul və müştəri məmnuniyyəti üzrə ilin şirkəti”, “Yagmur-2” MMC “Kənd Təsərrüfatı sahəsində Müasir Suvarma Sistemlərinin tətbiqinə görə ilin şirkəti”, “Prosys” MMC “Hazırladığı proqram təminatı məhsullarına və dövlət orqanlarında tətbiq etdiyi İKT layihələri üzrə ilin şirkəti”, “AsProf” şirkətlər qrupu “İlin dinamik inkişaf edən müasir şirkəti”, “Iteca Caspian” LLC “İlin sərgi təşkilatçisi şirkəti” adını qazanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzəriKard beynəlxalq mükafata layiq görülüb

25-12-2018

NRYTN Caspian Energy Forum Baku– 2018-ə rəsmi dəstək göstərir

08-08-2018

Caspian Energy Forum Baku 2019-un partnyoru AzerTelecom olacaq

05-08-2019

AzerTelecom Caspian Energy Forum Baku-2019-un tərəfdaşıdır

11-09-2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin iştirakı ilə biznes forum keçiriləcək

05-02-2019

Elmir Vəlizadə "Caspian Business Award 2020" mükafatına layiq görülüb

24-12-2020

“Azercell” “İlin telekommunikasiya Şirkəti” oldu

21-12-2009

Caspian European Club-ın üzvləri İnnovasiyalar Mərkəzində olub

20-11-2019

ASAN Viza beynəlxalq mükafata layiq görülüb

20-12-2018

Azercell “İlin Mobil Operatoru” seçildi

18-12-2015

Telman Əliyev 25 il sonra Caspian Energy International Media Group-un sədri vəzifəsinə təyin edilib

13-06-2024

Azercell-in uğurlu fəaliyyəti diqqət mərkəzində

11-01-2019

Azercell dünya işgüzar aləmində ən nüfuzlu mükafatlardan birinə layiq görülüb

25-08-2023

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

24-09-2019

Azercell nüfuzlu Oracle Innovation Award ilə təltif edildi

13-02-2019

Ötən il Iteca Caspian və Сaspian Event Organisers Azərbaycanda 22 sərgi keçirib

24-01-2019

Azerfon “İlin Mobil Operatoru” və “Texnoloji Lider” mükafatına layiq görülüb

08-04-2010

Bakcell-in rəhbəri də nüfuz sahibi oldu

07-12-2010

“Bakcell müştərilərinə yüksək keyfiyyətli xidmət təqdim edir”

16-05-2016

Caspian European Club-un biznes forumunun vaxtı dəyişdirilib

13-02-2019

Azercell beynəlxalq səviyyədə “İlin şirkəti” seçildi

15-09-2020

Azercell daha bir uğura imza atdı

26-03-2019

“Nar” “İlin mobil operatoru” adına layiq görülüb

18-12-2021

Azercell İlin Telekommunikasiya Şirkəti seçilib

26-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə