Previous Next
Bağla

İlk innovasiya auditi keçirilib

02-02-2020 15:53
İlk innovasiya auditi keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi müəssisənin texnoloji innovasiya imkanlarının müəyyən edilməsi məqsədi ilə ölkə üzrə ilk innovasiya auditini “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) keçirib.

Xeberler.az bildirir ki, 2019-cu ilin dekabrın 9-da QSC və Agentlik arasında imzalanmış müqaviləyə əsasən audit heyəti ilk olaraq Cəmiyyətin istehsal və idarəetmə prosesləri, biznes modeli və məhsulları ilə tanış olub. Daha sonra aidiyyəti struktur bölmələrinin rəhbərləri və məsul əməkdaşları ilə cəmiyyətin innovasiya imkanları ilə bağlı şifahi və yazılı sorğular keçirilib.

Növbəti mərhələdə audit heyəti şirkətin Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı Sahəsinə işgüzar səfər həyata keçirib. Səfər çərçivəsində Cəmiyyətin mütəxəssisləri tərəfindən audit heyətinə mədən-istehsal prosesi əyani şəkildə izah edilib. Sahədə istehsalın bütün mərhələləri izlənilib və proseslərin innovativliyi, kommunikasiyaların səmərəliliyi, daxili nəzarət və texnoloji proseslərin ardıcıllığının izlənməsi, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit və insan resurlarına dair növbəti sorğular yerinə yetirilib.

27 yanvar 2020-ci il tarixində Cəmiyyətin inzibati binasında innovasiya auditinin yekunlarına dair iclas keçirilib. İnnovasiyalar Agentliyi tərəfindən təqdim olunan hesabatda şirkətin fəaliyyəti müsbət qiymətləndirilib, istehsalatın daha da optimallaşdırılması üçün müxtəlif innovativ həllərin tətbiqi ilə bağlı təkliflər öz əksini tapıb.  Qeyd edək ki, innovasiya auditi Elmi və Texnoloji Fəaliyyətin Ölçülməsi üzrə Beynəlxalq Standartlara uyğun olaraq aparılır. Ölkədə ilk dəfə olaraq məhz “AzerGold” QSC-də həyata keçirilən innovasiya auditi Cəmiyyətin bu sahədə gördüyü işləri stimullaşdırmaqla yanaşı, Azərbaycanın müvafiq indekslər üzrə Qlobal İnnovasiya Reytinqinin yaxşılaşmasına da öz təsirini göstərəcək. 

Qeyd edək ki, fəaliyyət istiqamətləri üzrə innovativ həlləri tətbiq edən və daim təkmiləşdirən “AzerGold” QSC dağ-mədən sahəsində ən müasir texnologiyaları tətbiqini həyata keçirir və mütəmadi qaydada maddi-texniki bazasını tələblərə uyğun olaraq yeniləyir. İstehsal prosesinin səmərəliliyini artırılmaqla bərabər işçilərin sağlamlığının qorunması, əməyin təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin mühafizəsi məsələləri Cəmiyyətin əsas prioritetlərini təşkil edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Çinin texnologiya şirkətinin nümayəndələri ÇİRES-ə səfər edib

Çinin texnologiya şirkətinin nümayəndələri ÇİRES-ə səfər edib

11-11-2024
Azərbaycanda ilk sənaye partlayıcıları zavodu inşa edilir

Azərbaycanda ilk sənaye partlayıcıları zavodu inşa edilir

15-02-2023
AzerGold QSC fəaliyyətini elektronlaşdırır

AzerGold QSC fəaliyyətini elektronlaşdırır

17-07-2018
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi auditor seçib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi auditor seçib

24-04-2026
INNOLAND və AzerGold startapları bir araya gətirəcək

INNOLAND və AzerGold startapları bir araya gətirəcək

24-07-2019
"ASAN xidmət" innovasiya idarəetməsində beynəlxalq standartların tətbiqini davam etdirir

"ASAN xidmət" innovasiya idarəetməsində beynəlxalq standartların tətbiqini davam etdirir

04-02-2026
Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

25-11-2024
INNOLAND AzerGold QSC ilə birgə Akselerasiya Proqramına başlayır

INNOLAND AzerGold QSC ilə birgə Akselerasiya Proqramına başlayır

07-09-2019
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri işdən çıxıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri işdən çıxıb

23-06-2023
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilib

12-10-2021
İnnovasiyalar Agentliyinin Nizamnaməsi təsdiqlənib

İnnovasiyalar Agentliyinin Nizamnaməsi təsdiqlənib

23-02-2019
INNOLAND Akselerasiya Proqramına başlayır

INNOLAND Akselerasiya Proqramına başlayır

14-08-2019
AZCLOUD Hackathon 2019-un mətbuat konfransı keçirilib

AZCLOUD Hackathon 2019-un mətbuat konfransı keçirilib

28-08-2019
Süni intellekt – innovasiyalar və sahibkarlıq üçün imkanlar mövzusunda seminar keçirilib

Süni intellekt – innovasiyalar və sahibkarlıq üçün imkanlar mövzusunda seminar keçirilib

21-12-2018
Azərbaycan Hindistanla texnoloji transferləri müzakirə edib

Azərbaycan Hindistanla texnoloji transferləri müzakirə edib

25-07-2019
Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

09-04-2025
Naxçıvanda “İnnovasiya üzrə Alt İşçi Qrupu"nun iclası keçirilib

Naxçıvanda “İnnovasiya üzrə Alt İşçi Qrupu"nun iclası keçirilib

23-10-2025
İT üzrə müsabiqə-5 min manat qazanmaq imkanı

İT üzrə müsabiqə-5 min manat qazanmaq imkanı

18-05-2018
AMEA-da Elm və Texnologiya Parkı yaradılır

AMEA-da Elm və Texnologiya Parkı yaradılır

27-01-2016
Yeni nazirlik: "Rəqəmsal transformasiyanın sürətləndirilməsi zəruridir"

Yeni nazirlik: "Rəqəmsal transformasiyanın sürətləndirilməsi zəruridir"

12-10-2021
“AzerGold” İT sistemlərini “Hökumət buludu”na köçürüb

“AzerGold” İT sistemlərini “Hökumət buludu”na köçürüb

30-05-2025
Azercell-dən sosial layihə müsabiqəsi

Azercell-dən sosial layihə müsabiqəsi

11-05-2022
ETX “AzerGold” QSC-də maarifləndirmə tədbiri təşkil edib

ETX “AzerGold” QSC-də maarifləndirmə tədbiri təşkil edib

17-01-2025
“Milli Nüvə Tədqiqatları Mərkəzi”nə yeni ləğvedici təyin olunub

“Milli Nüvə Tədqiqatları Mərkəzi”nə yeni ləğvedici təyin olunub

28-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə