Previous Next
Bağla

"MilliNet2025"-ə start verildi

24-09-2025 14:53
"MilliNet2025"-ə start verildi

Milli İnternet Mükafatı - MilliNet 2025 müsabiqəsinə 24 sentyabr 2025-ci il tarixdən start verilib və layihələrin qəbuluna başlanıb.

MilliNet 2025 müsabiqəsi 14 Nominasiya üzrə keçiriləcək.
Nominasiyalar aşağıdakı kimi təyin edilib:

  1. İlin rəqəmsal hökumət həlli
  2. İlin rəqəmsal təhsil resursu
  3. İlin rəqəmsal maliyyə həlli
  4. İlin e-ticarət həlli
  5. İlin rəqəmsal sosial resursu
  6. İlin rəqəmsal səhiyyə və sağlamlıq resursu
  7. İlin innovativ həlli
  8. İlin rəqəmsal oyunu
  9. İlin informasiya resursu
  10. İlin süni intellekt həlli
  11. İlin rəqəmsal mədəniyyət və turizm həlli
  12. İlin rəqəmsal biznes həlli
  13. Ilin rəqəmsal marketinq həlli

Xüsusi nominasiya

  1. İlin rəqəmsal siması

İddiaçılar www.millinet.az saytında qeydiyyatdan keçərək öz layihələrini (saytlarını, mobil tətbiqlərini, sosial media resurslarını və s.) təqdim edə bilərlər. 

Qeyd edək ki, MilliNet saytında ötən il qeydiyyatdan keçənlər yeni hesab yaratmadan sistemə daxil olub layihələrini təqdim edə bilərlər.

Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 15 noyabr tarixdə başa çatacaq. Qiymətləndirmə prosesi 15 dekabradək davam eddəcək. Bu il də müsabiqəyə təqdim edilən layihələr faydalılığı, əhəmiyyəti və əhatə dairəsi nəzərə alınmaqla, xüsusi meyarlar əsasında qiymətləndiriləcək.

13 Nominasiya üzrə Layihələrin qiymətləndirilməsi münsiflər tərəfindən 2 mərhələdə həyata keçiriləcək.

Xüsusi nominasiyanın qiymətləndirilməsi MilliNet TK tərəfindən müəyyən olunacaq.

Yekun Təqdimat mərasiminin dekabr ayının 20-dək keçirilməsi nəzərdə tutulur.

Müsabiqədə qalib gələnlərə ənənəvi Milli İnternet Mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Milli İnternet Mükafatına  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.

Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.


MilliNet-in Baş sponsoru CityNet şirkətidir.

Gold sponsorlar AzİnTelecom, Lenovo,  və Caspel şirkətləridir.

Sponsorlar KATV1, Alas Academy , ULTRA Technologies və Azərbaycan Texniki Universitetidir.

YODA, Mediatrends və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.

MilliNet-in media tərəfdaşları  Technote Media və Xəbərlər.az media resurslarıdır.

Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsinin keçirilməsində məqsəd ən yaxşı rəqəmsal resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqəmsal sektorda rəqabətli mühit formalaşdırmaq, Azərbaycanda internetin, informasiya texnologiyalarının və innovasiyaların, bütövlükdə rəqəmsal sektorun  inkişafına kömək etmək, rəqəmsal transformasiyanın daha da sürətlənməsinə dəstək verməkdən ibarətdir.

Ətrafl məlumat üçün:  www.millinet.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MilliNet 2025 müsabiqəsində 1-ci səsvermə mərhələsi başlayıb

07-11-2025

MilliNet2025 müsabiqəsinə layihələrin qəbulu davam edir

05-11-2025

MilliNet Müsabiqəsinə start verilir

06-10-2023

MilliNet2025 müsabiqəsinin nominantları seçilib

26-11-2025

“MilliNet 2025”də rəqəmsal resursların qeydiyyatı başa çatıb

17-11-2025

MilliNet 2023-də yekun səsvermə başa çatıb

11-12-2023

MilliNet 2023-də rəqəmsal resursların qeydiyyatı başa çatıb

21-11-2023

Milli İnternet Mükafatının Nominantları seçilib

01-12-2023

MilliNet 2023 müsabiqəsində resursların qeydiyyat müddəti uzadılıb

17-11-2023

"MilliNet2025"ə hazırlıqlar başa çatmaq üzrədir

05-09-2025

“Smart customs” “ilin rəqəmsal hökumət həlli” nominasiyasinin qalibi olub

18-12-2023

2025-ci ilin Milli İnternet Mükafatının qalibləri elan olunacaq

13-12-2025

MilliNet münsiflərinin yeni tərkibi təsdiqlənib

01-11-2023

Dövlət Agentliyinin platformaları “MilliNet2025” çərçivəsində mükafatlandırılıb

16-12-2025

MilliNet müsabiqəsində resursların qiymətləndirilməsi mexanizmləri müzakirə edilib

18-11-2023

MilliNet 2018 başladı

05-10-2018

Milli Net 2015 müsabiqəsinə qeydiyyat başladı

02-10-2015

MilliNet 2017 başladı

16-10-2017

Milli İnternet Mükafatı müsabiqəsinə qeydiyyat davam edir

23-10-2023

2025-ci ilin Milli İnternet Mükafatının qalibləri açıqlanıb

16-12-2025

MilliNet 2023 qaliblərinin təqdimat mərasimi keçirilib

16-12-2023

Milli Net 2018 başlayır

29-09-2018

Milli Net 2015 müsabiqəsinə qeydiyyat davam edir

29-10-2015

Milli İnternet Mükafatı – Milli Net 2014 başlayır

23-09-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə