Previous Next
Bağla

Milli İnternet Mükafatının Nominantları seçilib

01-12-2023 14:03
Milli İnternet Mükafatının Nominantları seçilib

Milli İnternet Mükafatı - Milli Net 2023 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa  çatıb.  Bu il Müsabiqəyə 14 Nominasiya üzrə 222 internet resurs təqdim edilmişdi.

Onlardan  yalnız Qaydalara uyğun olan 187 resurs Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. 
8 nəfər isə “İlin rəqəmsal siması” nominasiyasına qəbul edilib.
Bir Nominasiya üzrə rəqabətli mühit formalaşmadığından ləğv edilərək resurslar digər nominasiyalara keçirilib.

Bu il ilk dəfə olaraq resurslar yeni meyarlar əsasında qiymətləndirilib.
Beləliklə, müsabiqəyə qəbul olunan 187 resursun 1-ci mərhələ qiymətləndiriıməsində 14 münsif iştirak edib.
Səsvermənin 1-ci mərhələsinin yekun nəticələrinə və MilliNet Qaydalarına əsasən 12 Nominasiya üzrə 187 resurs arasından 71 resurs  Nominant statusu alıb.

Bu resurslar  2-ci qiymətləndirmə mərhələsində mübarizəni davam etdirəcəklər. Nominantların tam siyahısı www.millinet.az da yerləşdirilib.

Səsvermənin 2-ci mərhələsi 01 dekabr tarixdə başlayacaq və  10 dekabr tarixdə başa çatacaq.  Bu mərhələdə münsiflər resursları  mövcud Meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri qiymətləri əsaslandıracaqlar. Bu qiymətlər yekun təqdimatdan sonra resurs sahibləri üçün açıqlanacaq.
2-ci səsvermənin nəticəsindən asılı olaraq hər Nominasiya üzrə qaliblər seçiləcək.

Milli İnternet Mükafatının ənənəvi yekun  Təqdimat mərasiminin  15 dekabr tarixdə keçirilməsi nəzərdə tutulub.
Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.

Müsabiqədə 13 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli İnternet Mükafatı, qiymətli hədiyyələr və diplomlar təqdim olunacaq.

Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.

Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiXüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.

MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
Gold sponsorlar ALVENTURESAzİnTelecom,  LenovoKATV1 və Caspel şirkətləridir.
Sponsorlar SABAH.HUBAlas Academy , ULTRA Technologies və Azərbaycan Texniki Universitetidir.
YODAYeniMedia və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
MilliNet-in media tərəfdaşları TRİLOGYTechnote Media və Xəbərlər.az media resurslarıdır.
  

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
MilliNet2025 müsabiqəsinin nominantları seçilib

MilliNet2025 müsabiqəsinin nominantları seçilib

26-11-2025
MilliNet 2023-də yekun səsvermə başa çatıb

MilliNet 2023-də yekun səsvermə başa çatıb

11-12-2023
 Milli İnternet Mükafatının Nominantları seçilib

Milli İnternet Mükafatının Nominantları seçilib

03-12-2017
MilliNet 2018-in Nominantları seçilib

MilliNet 2018-in Nominantları seçilib

05-12-2018
MilliNet 2023-də rəqəmsal resursların qeydiyyatı başa çatıb

MilliNet 2023-də rəqəmsal resursların qeydiyyatı başa çatıb

21-11-2023
“Milli Net 2013” Nominantları seçilib

“Milli Net 2013” Nominantları seçilib

04-12-2013
Milli İnternet Mükafatının Nominantları seçilib

Milli İnternet Mükafatının Nominantları seçilib

02-12-2015
Milli İnternet Mükafatının Nominantları seçilib

Milli İnternet Mükafatının Nominantları seçilib

08-12-2016
MilliNet 2023 müsabiqəsində resursların qeydiyyat müddəti uzadılıb

MilliNet 2023 müsabiqəsində resursların qeydiyyat müddəti uzadılıb

17-11-2023
MilliNet münsiflərinin yeni tərkibi təsdiqlənib

MilliNet münsiflərinin yeni tərkibi təsdiqlənib

01-11-2023
MilliNet2018-də yekun səsvermə başa çatıb

MilliNet2018-də yekun səsvermə başa çatıb

17-12-2018
“MilliNet 2025”də rəqəmsal resursların qeydiyyatı başa çatıb

“MilliNet 2025”də rəqəmsal resursların qeydiyyatı başa çatıb

17-11-2025
Milli İnternet Mükafatının nominantları seçilib

Milli İnternet Mükafatının nominantları seçilib

10-12-2014
MilliNet müsabiqəsində resursların qiymətləndirilməsi mexanizmləri müzakirə edilib

MilliNet müsabiqəsində resursların qiymətləndirilməsi mexanizmləri müzakirə edilib

18-11-2023
MilliNet 2025 müsabiqəsində 1-ci səsvermə mərhələsi başlayıb

MilliNet 2025 müsabiqəsində 1-ci səsvermə mərhələsi başlayıb

07-11-2025
Milli İnternet Mükafatının  Nominantları seçilib

Milli İnternet Mükafatının Nominantları seçilib

01-12-2012
"MilliNet2025"-ə start verildi

"MilliNet2025"-ə start verildi

24-09-2025
MilliNet-in yekun təqdimat mərasiminə hazırlıqlar davam edir

MilliNet-in yekun təqdimat mərasiminə hazırlıqlar davam edir

16-12-2016
Milli Net 2011 müsabiqəsinin nominantları seçilib

Milli Net 2011 müsabiqəsinin nominantları seçilib

04-12-2011
MilliNet 2018-də internet resursların qeydiyyatı başa çatıb

MilliNet 2018-də internet resursların qeydiyyatı başa çatıb

22-11-2018
2025-ci ilin Milli İnternet Mükafatının qalibləri elan olunacaq

2025-ci ilin Milli İnternet Mükafatının qalibləri elan olunacaq

13-12-2025
Milli Net 2012-də saytların qeydiyyatı başa çatıb

Milli Net 2012-də saytların qeydiyyatı başa çatıb

26-11-2012
Milli İnternet Mükafatının qalibləri elan olunacaq

Milli İnternet Mükafatının qalibləri elan olunacaq

18-12-2017
Sabah MilliNet 2016-nın qalibləri müəyyənləşəcək

Sabah MilliNet 2016-nın qalibləri müəyyənləşəcək

21-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə