20 milyon dollarlıq virus

17-11-2010 / 13:47

Xeberler.az portalı «PC World»a istinadən bildirir ki, dünyanın ən varlı pianoçularından biri ağlagəlməz fırıldaqçılıq qurbanı olub.

Zəngin pianoçu Rocer Devidsonun kompüterinin virusdan qorunması ona 20 milyon dollara başa gəlib. Lakin pulları pianoçudan sızdıran yalnız virus olmayıb. Tam əksinə, Devidsonun belə böyük məbləğdə pul itirməsinin yeganə səbəbi kompüterini viruslardan «qoruyan» mütəxəssis olub. 2004-cü ilin yayında kompüterini viruslardan təmizləmək üçün Vikram Vedi və Helqa İnvarsdottirin dükanına verən pianoçu necə bir fırıldaq qurbanı olacağını ağlına da gətirməzdi.

Polisin verdiyi məlumata görə, Vikram və Helqa pianoçunu aldadaraq bildirib ki, kompüterindəki virus hökumət strukturları tərəfindən məxfi şəkildə məşhur insanların kompüterlərinə yeridilir. Guya həmin virusun arxasında xarici dövlətlər və hətta Roma Katolik Kilsəsi də dururmuş. Daha sonra pianoçunun kompüterini sutkada 24 saat qorumaq vədi ilə fırıldaqçılar Devidsondan ayda «əməkhaqqı» qismində 160 min dollar alıblar. Olay isə 6 il sonra ortaya çıxıb. Fırıldaqçıları 8 ildən 25 ilədək həbs cəzası gözləyir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə