Previous Next
Bağla

COP29 Azərbaycan Əməliyyat Şirkəti “Daily Show” verilişini təqdim edir

21-08-2024 09:36
COP29 Azərbaycan Əməliyyat Şirkəti “Daily Show” verilişini təqdim edir

COP29 Azərbaycan Əməliyyat Şirkəti Bakıda keçiriləcək COP29 iqlim konfransı zamanı qlobal müstəvidə yayımlanacaq gündəlik televiziya proqramını təqdim edir. Verilişdə qlobal auditoriya üçün gündəlik COP hadisələrinin xülasəsi təqdim olunacaq. Məqsəd konfransla bağlı məlumatların əlçatanlığını təmin etməkdir.

Xeberler.az bildirir ki, veriliş COP29 konfransı boyu tədbirin məkanı olan Bakı Stadionundakı studiyadan yayımlanacaq. Verilişin yayımı televiziya şirkətləri, onlayn videoyayım platformaları və COP29-un rəsmi kanalları vasitəsilə həyata keçiriləcək. “Daily Show” müsahibələr, ekspert təhlilləri və konfransa dair digər məlumatları əhatə edəcək. Veriliş tamaşaçılara COP konfransına fərqli baxış bucağını təmin edəcək.

COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev verilişin mahiyyəti ilə bağlı bunları qeyd edib: “Dünyada iqlim dəyişmələrinin təsirləri daha çox hiss olunduqca, informasiyaya tələbat da artır. Biz havanın artan temperaturu və bu problemin həlli ilə bağlı artan narahatlıq fonunda iqlim fəaliyyətlərini qlobal auditoriyaya daha aydın və anlaşılan formatda çatdırmaq istəyirik. Gündəlik veriliş bu məqsədimizə çatmağa xidmət edən addımlardandır”.

“Daily Show” verilişi yüksəkkeyfiyyətli yayımların təşkilində zəngin təcrübəyə malik Böyük Britaniyanın “Hi Impact” media şirkəti tərəfindən hazırlanacaq. Verilişin daha geniş auditoriyanı əhatə etməsi üçün COP29 Əməliyyat Şirkəti layihə üzrə tərəfdaşlıq imkanları da qiymətləndirib. “Daily Show” layihəsində tərəfdaşların müəyyən edilməsi üçün seçim prosesi sentyabrın sonunadək davam edəcək. Seçim nəticələrinə dair qərar COP29 Sədrliyi və UNFCCC tərəfindən veriləcək. Layihəyə tərəfdaş qismində müraciət forması və ətraflı məlumat COP29-un rəsmi veb-saytında əks olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

COP29 “Daily Show” televiziya proqramına start verir

10-11-2024

Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkətidir

07-11-2024

COP29-da iştirak üçün akkreditasiya portalı istifadəyə verilib

02-07-2024

COP29-un media tərəfdaşları açıqlanıb

09-11-2024

COP29-un yenilənmiş rəqəmsal məlumat platforması istifadəyə verilib

04-11-2024

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib

24-08-2024

COP29 konfransının proqramı açıqlanıb

09-11-2024

COP29-da iştirak edəcək yerli media qurumlarının radioelektron vasitələrinin testinə başlanıb

07-11-2024

COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

11-11-2024

COP29.az vebsaytı istifadəyə verilib

03-05-2024

COP29 ilə əlaqədar elektron viza portalı istifadəyə verilib

05-09-2024

COP29-un prezidenti: Rəqəmsal texnologiyalardan istifadə emissiyaların təsirlərini azaldır

16-11-2024

Azərbaycan COP29 iştirakçıları üçün xüsusi vizanı tətbiq edib

04-11-2024

ABB COP29-un əsas bank tərəfdaşıdır!

29-10-2024

"COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarı keçirilib

24-08-2024

COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində yeni menyu yaradılıb

06-11-2024

COP29-dan sonra ölkələr və təşkilatlar “yaşıl rəqəmsal aktivliyə” geniş yer ayırır

27-11-2024

Bu gün Bakıda COP29 işə başlayır

11-11-2024

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masa keçiriləcək

06-11-2024

COP29 Məlumat mərkəzləri fəaliyyətə başlayıb

08-11-2024

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024

Yelena Myakotnikova: Bakı COP29-da innovativ rəqəmsal platforma təqdim edib

23-11-2024

ASAN: “COP29 Xüsusi Viza”sını elektron formada almaq olar

31-10-2024

COP29 çərçivəsində Davamlı İnnovasiya Forumu keçiriləcək

03-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə