“Wikileaks” saytının rəhbəri Culian Assanj “Google”
şirkətini ABŞ hökumətinə agentlik etməkdə ittiham edib. O, şirkətin Ağ Evlə
yaxın əlaqələrinin olduğunu deyib.
Assanj
bu fikrə 2011-ci ilin iyulunda şirkət rəsmiləri Erik Smit və Kared Kohenin
fəaliyyətləri haqqında məlumatlar əldə etdikdən sonra gəldiyini bildirib.
”Google” ABŞ Mərkəzi Kəşfiyyat
İdarəsi və Federal Təhlükəsizlik Bürosuna abunəçilərin elektron poçt
yazışmalarına və axtarış motorlarına müdaxilə etməyə icazə verib. Agentlər şəxsi
məlumatları məhkəmə, yaxud prokurorluğun qərarı olmadan əldə edirlər” – deyə
Assanc vurğulayıb.
Erik Smitin Dövlət Departamentinə
çalışdığını deyən Assanj,
onun internet dahisi olmaqla yanaşı, Vaşinqtonun superagenti olduğunu da
bildirib. O, eyni zamanda Kared Kohenin isə ABŞ-ın siyasi və hərbi maraqları
üçün bütün dünyanı gəzərək əhəmiyyətli məlumatlar toplayan vəzifəli olduğunu
iddia edir.
Mənbə: olaylar.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri