Previous Next
Bağla

«Google» istifadəçilərin şəxsi məlumatlarını ələ keçirib

28-10-2010 09:28
«Google» istifadəçilərin şəxsi məlumatlarını ələ keçirib

«Google» şirkətinin vitse-prezidenti Alan Yustas etiraf edib ki, şirkət bilmədən bəzi istifadəçilərin şəxsi məlumatlarını ələ keçirib. Buraya onların elektron poçt və URL ünvanları və həmçinin, parolları daxildir.

Bu barədə Yustas şirkətin rəsmi bloqunda yazıb. Onun sözlərinə görə, «Google»nin avtomobilləri dünyanın bir çox şəhərlərində «Street View» xidməti üçün küçələrin şəkillərini çəkərkən, avtomatik olaraq, yaxınlıqda qorunmayan internet şəbəkələrə daxil olublar və bu şəbəkələrdən məlumatlar toplayıblar. Bu barədə şirkət hələ bu ilin mayında məlumat yaymışdı. Həmin rəhbərlik bildirmişdi ki, toplanan məlumatlar fraqment səciyyə daşıyıb və insanların şəxsi məlumatlarına toxunulmayıb. Amma sonradan ekspertlərin apardığı təhlillər zamanı müəyyən edilib ki, bu məlumatlar arasında bəzi şəxslər arasında tam informasiyalar mövcuddur. Yustas bloqda qeyd edir ki, şirkət bu məlumatları ən qısa zamanda məhv edəcək. O, həmçinin, insanların şəxsi məlumatlarının oğurlanmasına görə üzrxahlıq edib. Buna baxmayaraq, dünyanın bir sıra ölkələrində hüquq müdafiəçiləri şirkətin qeyri-qanuni yolla şəxsi informasiyaları ələ keçirməsi faktını araşdırmağa başlayıb.

Əgər müəyyən edilsə ki, bununla qanun pozuntusu qeydə alınıb, şirkəti böyük məbləğdə cərimələr gözləyir. «Google Street View» texnologiyası 2007-ci ildə işə salınıb. Bu xidmət internet istifadəçilərinə dünyanın müxtəlif şəhərlərindən görüntülər təqdim edir. İnformasiyanı isə xüsusi avadanlıqlar və kameralarla təchiz edilmiş avtomobillər toplayır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Polis "Google"da yoxlamalar aparacaq

Polis "Google"da yoxlamalar aparacaq

07-06-2010
Google skanerləşdirilmiş kağız sənədləri də tanımağa başlayıb

Google skanerləşdirilmiş kağız sənədləri də tanımağa başlayıb

03-11-2008
Yunanıstan Google Street View-nu istəmir

Yunanıstan Google Street View-nu istəmir

15-05-2009
Google-nin Apple-dan “ideya oğurluğu” məsələsi yenidən gündəmdə

Google-nin Apple-dan “ideya oğurluğu” məsələsi yenidən gündəmdə

16-07-2009
Microsoftun yeni brauzeri Google -un reklam strategiyasına zərbə vura bilər

Microsoftun yeni brauzeri Google -un reklam strategiyasına zərbə vura bilər

29-08-2008
Google Earth və Street View yeni xidmətlər təklif edir

Google Earth və Street View yeni xidmətlər təklif edir

03-03-2009
“Google”-un növbəti yeniliyi etirazlara səbəb olub

“Google”-un növbəti yeniliyi etirazlara səbəb olub

01-11-2011
Google bu il 6 min 200 adamı işə götürəcək

Google bu il 6 min 200 adamı işə götürəcək

27-01-2011
Java dilinin yaradıcısı Google şirkətinə işə düzəlib

Java dilinin yaradıcısı Google şirkətinə işə düzəlib

30-03-2011
Hakerlər Pentaqonun kredit şəbəkəsinə daxil olublar

Hakerlər Pentaqonun kredit şəbəkəsinə daxil olublar

15-01-2011
“Google” elektron kitab mağazası açdı

“Google” elektron kitab mağazası açdı

07-12-2010
“Google”un yeni layihəsi

“Google”un yeni layihəsi

07-02-2011
Google-a CV yağışı yağdı!

Google-a CV yağışı yağdı!

05-02-2011
"Facebook" "Google" ilə əməkdaşlıqdan imtina etdi

"Facebook" "Google" ilə əməkdaşlıqdan imtina etdi

01-06-2011
«Facebook» «Google»ni geridə qoydu

«Facebook» «Google»ni geridə qoydu

19-09-2010
Google-da oyun da oynamaq olacaq

Google-da oyun da oynamaq olacaq

25-06-2011
Google “Google saytları” xidməti təqdim etdi

Google “Google saytları” xidməti təqdim etdi

24-10-2008
Google, Yahoo! və Microsoft internet istifadəçilərinin hüquqlarını qoruyacaqlar!

Google, Yahoo! və Microsoft internet istifadəçilərinin hüquqlarını qoruyacaqlar!

30-10-2008
“Google”ni məhkəməyə verdilər

“Google”ni məhkəməyə verdilər

23-12-2010
Dünyanın məşhur muzeylərinə virtual səyahət imkanı yaradıldı

Dünyanın məşhur muzeylərinə virtual səyahət imkanı yaradıldı

15-02-2011
“Nokia”nın rəhbəri dəyişdi

“Nokia”nın rəhbəri dəyişdi

13-09-2010
Google şirkəti Explorer-in qatilini yaratdı

Google şirkəti Explorer-in qatilini yaratdı

03-09-2008
 Google da hakerlərin hücumuna məruz qaldı

Google da hakerlərin hücumuna məruz qaldı

12-05-2009
Gmail öz istifadəçisini holland məhkəməsinə təslim edib

Gmail öz istifadəçisini holland məhkəməsinə təslim edib

21-10-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə