Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 188-ə çatıb.
Xeberler.az məlumat verir ki, “Startap” şəhadətnamələri “Sampler” MMC-nin onlayn marketinq platforması, “Professor Rahimov Academic Medical Center” MMC-nin proqram təminatı, fərdi sahibkar Aytac Mütəllimovanın özünəxidmət köşkləri, “Vita Travel” MMC-nin onlayn platforma, “Suber” MMC-nin mobil tətbiq, “Buylink” MMC-nin rəqəmsal tövsiyə proqramları üçün marketinq tətbiqi layihələrinə təqdim edilib.
KOB subyektləri şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar:
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri