Previous Next
Bağla

Daha bir informasiya ehtiyatı qeydiyyata alınıb

22-04-2015 22:52
Daha bir informasiya ehtiyatı qeydiyyata alınıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) daha bir informasiya ehtiyatı Dövlət İnformasiya Ehtiyatlarının Reyestrində qeydiyyata alınıb.

"Elektron hökumət” portalının operatoru tərəfindən "Mənim məktəbim" informasiya ehtiyatı Dövlət İnformasiya Ehtiyatlarının Reyestrində dövlət qeydiyyatına alınıb.

"Mənim məktəbim" informasiya ehtiyatının tərkibində 1995-ci ildən 2014-cü ilədək olan dövr üzrə respublikanın bütün məktəbləri məzunlarının göstəricilərinin dinamikası təhlil şəklində yerləşdirilib. Bu məlumatlar fənlər üzrə düzgün cavabların faizlərini, orta imtahan ballarının və ali məktəblərə qəbul olma göstəricilərinin dinamikasını tam şəkildə əhatə edir.

"Mənim məktəbim" informasiya ehtiyatı göstəricilərin dinamikası, qəbul proseslərinin nəticələri və ən qabaqcıl məzunlar kimi bölmələrdən ibarətdir. Qeyd edilən informasiya ehtiyatında təfərrüatı ilə bütün məktəblər üzrə qəbul imtahanlarında iştirak edən məzunların sayı, onlardan qız və oğlanların statistik göstəriciləri ayrı-ayrılıqda verilməklə, toplanılan orta ballar, ödənişli və ödənişsiz əsaslarla universitetə qəbul olanların sayı və s. kimi əhəmiyyətli statistik məlumatlar əksini tapıb.

“Mənim məktəbim" informasiya ehtiyatı beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, “Mənim məktəbim" informasiya ehtiyatı Avstraliyada 2014-cü ildən istifadəyə verilmiş “My School” informasiya portalı ilə birlikdə Amerika Birləşmiş Ştatlarının Kolumbiya Universitetindən olan ekspertlər qrupu tərəfindən araşdırılmaqdadır. Araşdırmanın məqsədi bu kimi layihələrin təhsilin keyfiyyətinə təsiri, həmçinin təhsil xidmətinin ictimaiyyət tərəfindən qiymətləndirilməsi yollarının digər ölkələrdə də tədqiqinə nail olmaqdır.

Hazırda "Mənim məktəbim" informasiya ehtiyatı www.mekteb.edu.az saytında istifadəçilərə təqdim edilir.(AZƏRTAC)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət İnformasiya Ehtiyatlarının Reyestrində yeni informasiya ehtiyatı qeydiyyata alınıb

13-04-2015

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin yenilənmiş elekton informasiya ehtiyatı istifadəyə verilib

04-11-2023

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025

Azərbaycanda informasiya sistemlərinin texniki tələblərə uyğunluğu yoxlanılır

21-02-2015

11548 ədəd mobil nömrə daşınıb

24-10-2015

3786 ədəd mobil nömrə daşınıb

21-04-2015

MHM monitorinqdən əvvəl sorğu aparır

11-06-2015

Yenilənmiş WWW.GOV.AZ elektron informasiya ehtiyatı istifadəyə verildi

12-01-2021

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı dəyişdi

20-04-2024

Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

24-02-2026

“Elektron hökumət” portalı ilə bağlı yenilik-Nazir təsdiqlədi

07-02-2023

"Biznes demoqrafiyası"na dair informasiya ehtiyatı yaradılacaq

25-12-2025

“Qaz abunəçiləri üzrə informasiya ehtiyatı”nın inteqrasiyası müzakirə olunub

29-04-2015

Dövlət qurumlarında informasiya ehtiyatlarının və sistemlərinin monitorinqi keçiriləcək

25-05-2015

Dövlət Agentliyi kibertəhlükəsizlik üzrə yeni resursunu istifadəyə verib

06-03-2020

Baş Nazir Novruz Məmmədov qərar imzalayıb

20-09-2019

MHM dövlət reyestrləri ilə bağlı planlarını açıqlayıb

29-07-2015

Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

18-03-2025

İnternetdə informasiya yayımına dair tələbi pozan cəzalanacaq

01-12-2017

COP29 trafikinin kiberhücumlara qarşı mütəmadi monitorinqi təşkil edilib

02-11-2024

Azəriqaz-ın xidmətləri portala inteqrasiya olunur

13-08-2015

Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

04-02-2025

Yeni layihə: “Mənim 100-lüyüm”

16-01-2015

Ağdərə haqqında yeni sayt / bloq istifadəyə verildi

09-07-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə