Bu gün Akademik Zərifə Əliyeva adına məktəbdə Multimedia Mərkəzi tərəfindən “Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə kitabın müəllifləri – fizika-riyaziyyat elmləri namizədi Nazim Rüstəmov və proqramçı Ramin Fərəcov, kitabın elmi redaktoru, BDU-nun dosenti Ramin Mahmudzadə, Miltimedia Mərkəzinin direktoru Osman Gündüz çıxış ediblər.
Çıxışlarda “Delphi 7” paskal proqramlaşdırma dilinin bu sahədə ilk addımlar atan məktəblilərin prosesi daha tez və asan qavraması üçün ən uyğun proqram olduğu bildirilib.
O.Gündüz Multimedia Mərkəzi tərəfindən informasiya texnologiyalarına aid 6 kitabın nəşr edildiyini bildirib və hazırda yeni kitablar üzərində işlərin aparıldığını qeyd edib.
Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi tövsiyə olunan kitabda proqramlaşdırma sahəsində ilkin bilik və bacarıqların mənimsənilməsi yolları haqda bilgilər verilib. Kitab Azərbaycan dilində kifayət qədər sadə və anlaşıqlı formada yazılıb, “Delphi mühitində proqramlaşdırma”, “Proqramlaşdırmanın əsas elementləri”, “Prosedur və funksiyalar”, “Fayllar üzərində əməllər”, “Sinif yaradılması” və “Verilənlər bazası” kimi bölmələrdən ibarətdir. Məktəb müəllimləri tərəfindən bu və digər kitabların elektron versiyalarının da hazırlanması təklif edilib ki, məktəblilər onlardan sərbəst istifadə edə bilsinlər.
Tədbirdə təhsil və elmi ictimaiyyətin, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri