Previous Next
Bağla

Denis Trefilov: Yeni rəqəmsal dünyada statistikanın rolu böyükdür

24-09-2025 12:39
Denis Trefilov: Yeni rəqəmsal dünyada statistikanın rolu böyükdür

Azərbaycan gözəl ölkə, Bakı gözəl şəhərdir. Forumun burada keçirilməsi sevindiricidir.

Xeberler.az məlumat verir ki, bu sözləri “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunda çıxış edən MDB İcraiyyə Komitəsi sədrinin müavini Denis Trefilov deyib.

O bildirib ki, Azərbaycan statistikası MDB dövlətləri arasında inkişaf edərək müasirləşib.

“Azərbaycanda statistik hesablamalar zamanı İT vasitələri tətbiq edilir ki, bu da məlumatların dəqiqliyini təmin edir. Statistik təhlillər zamanı məlumatların dəqiqliyi olduqca zəruridir. Dəqiq məlumatlar əsasında dövlətlər arasındakı iqtisadi münasibətlər də tənzimlənir. MDB daxilində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da artması qurum üzvlərinin iqtisadi inkişafına da müsbət təsir göstərir. Yeni rəqəmsal dünyada statistika aparıcı rola malikdir. Bu gün rəqəmsal transformasiya həyatın demək olar ki, bütün sahələrini əhatə edir. Buna görə də perspektivlərimiz bu yeni şəraitə uyğunlaşmaqda, innovasiyaları tətbiq etməkdə, iqtisadiyyatın yeni sahələri və sosial hadisələr üçün metodologiya inkişaf etdirməkdə, təbii ki, rəqəmsal texnologiyaların bütün imkanlarından və ən yaxşı təcrübələrindən istifadə edərək yeni göstəricilər işləyib hazırlamaqda görünür”, - deyə D.Trefiov nəzərə çatdırıb.

O bildirib ki, MDB ölkələri üçün valyutaların alıcılıq qabiliyyəti pariteti əsasında beynəlxalq müqayisələrin qlobal proqramı, beynəlxalq statistik layihələrdə fəal iştirak qarşılıqlı inteqrasiyanı dərinləşdirmək və iqtisadi əlaqələri gücləndirmək üçün güclü vasitədir: “Bu layihələrdə nəzərdə tutulan məlumatların toplanması və emalına vahid yanaşmalar ölkələrimizi müqayisəli təhlil etməyə, sosial-iqtisadi inkişafda oxşar və fərqli tendensiyaları müəyyən etməyə, milli və beynəlxalq səviyyədə həyata keçirilən siyasi tədbirlərin və proqramların effektivliyini qiymətləndirməyə imkan verir. Beləliklə, biz etibarlı, təsdiqlənmiş və ən əsası, obyektiv məlumatlar əsasında qərarlar qəbul etmək imkanı əldə edirik”.

D.Trefilov MDB-nin platformasında statistika forumunun təkcə birlik ölkələrinin deyil, həm də digər dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrini birləşdirən xoş ənənəyə çevrildiyini diqqətə çatdırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Statistikada peyk məlumatlarından istifadə genişləndiriləcək

Statistikada peyk məlumatlarından istifadə genişləndiriləcək

24-09-2025
Rəqəmsal iqtisadiyyata dair statistik göstəricilər sistemi hazırlanacaq

Rəqəmsal iqtisadiyyata dair statistik göstəricilər sistemi hazırlanacaq

25-12-2025
Rəsmi statistik məlumatların istehsalında İKT mövzusunda konfrans keçirilib

Rəsmi statistik məlumatların istehsalında İKT mövzusunda konfrans keçirilib

11-12-2019
Azərbaycan Beynəlxalq Valyuta Fondunun standartını tətbiq etdi

Azərbaycan Beynəlxalq Valyuta Fondunun standartını tətbiq etdi

25-02-2019
İİTKM əməkdaşları Almaniyada statistika və rəqəmsal transformasiya sahələrində  təcrübə keçiblər

İİTKM əməkdaşları Almaniyada statistika və rəqəmsal transformasiya sahələrində təcrübə keçiblər

01-10-2024
“Azərbaycanda Rəqəmsal İnkişaf. Faktlar. Təhlillər. Rəqəmlər” adlı statistik göstəricilər toplusu hazırlanıb

“Azərbaycanda Rəqəmsal İnkişaf. Faktlar. Təhlillər. Rəqəmlər” adlı statistik göstəricilər toplusu hazırlanıb

04-11-2023
“Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı keçirilir

“Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı keçirilir

11-06-2026
“İnformasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda beynəlxalq forum  keçirilib

“İnformasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda beynəlxalq forum keçirilib

29-06-2021
İKTA rəsmisi Beynəlxalq Forumda iştirak edib

İKTA rəsmisi Beynəlxalq Forumda iştirak edib

30-04-2025
Azərbaycan 12-ci Nəqliyyat Statistikası Görüşündə təmsil olunub

Azərbaycan 12-ci Nəqliyyat Statistikası Görüşündə təmsil olunub

01-04-2026
MDB qanunsuz fəaliyyətə qarşı mübarizəni gücləndirir

MDB qanunsuz fəaliyyətə qarşı mübarizəni gücləndirir

17-12-2025
İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

17-04-2019
Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

22-01-2026
“Ortaq gələcək: sosial-iqtisadi innovasiyalar” konfransı işə başlayıb

“Ortaq gələcək: sosial-iqtisadi innovasiyalar” konfransı işə başlayıb

16-05-2025
Toshiba: Azərbaycanlılar rəqəmsal texnologiyalara yetərincə bələddir

Toshiba: Azərbaycanlılar rəqəmsal texnologiyalara yetərincə bələddir

14-05-2025
Prezident D-8 Media Forumu iştirakçılarına müraciət ünvanlayıb

Prezident D-8 Media Forumu iştirakçılarına müraciət ünvanlayıb

21-11-2025
DSK dayanıqlı inkişafla bağlı informasiya portalını təqdim edib

DSK dayanıqlı inkişafla bağlı informasiya portalını təqdim edib

02-07-2019
 HP şirkətinin MDB ölkələri üzrə baş direktoru Azərbaycana gəlib

HP şirkətinin MDB ölkələri üzrə baş direktoru Azərbaycana gəlib

12-03-2009
Rəqəmsal iqtisadiyyata həsr olunan III Beynəlxalq elmi konfrans keçiriləcək

Rəqəmsal iqtisadiyyata həsr olunan III Beynəlxalq elmi konfrans keçiriləcək

19-07-2023
Azərbaycan NGN-la bağlı keçirilən beynəlxalq forumda iştirak edir

Azərbaycan NGN-la bağlı keçirilən beynəlxalq forumda iştirak edir

24-08-2009
Texnoloji transformasiya Azərbaycanın iqtisadi inkişaf prioritetidir

Texnoloji transformasiya Azərbaycanın iqtisadi inkişaf prioritetidir

24-06-2026
Azərbaycan kibertəhlükəsizlik indeksinə görə MDB ölkələri arasında 3-cü yerdədir

Azərbaycan kibertəhlükəsizlik indeksinə görə MDB ölkələri arasında 3-cü yerdədir

01-07-2021
Rəşad Nəbiyev SPECA ilə bağlı  konfransda iştirak edib

Rəşad Nəbiyev SPECA ilə bağlı konfransda iştirak edib

31-10-2022
İKT üzrə statistikanın beynəlxalq statistikaya uyğunlaşdırılması məqsədilə hazırlanan müvafiq göstəricilər üzrə müzakirələr aparılır

İKT üzrə statistikanın beynəlxalq statistikaya uyğunlaşdırılması məqsədilə hazırlanan müvafiq göstəricilər üzrə müzakirələr aparılır

30-08-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə