Previous Next
Bağla

Azərbaycan Beynəlxalq Valyuta Fondunun standartını tətbiq etdi

25-02-2019 10:30
Azərbaycan Beynəlxalq Valyuta Fondunun standartını tətbiq etdi

Azərbaycan Beynəlxalq Valyuta Fondunun (BMF) “Ümumi Məlumatların Yayılması Sisteminin (Enhanced Data Dissemination Systemi E-GDDS)” tövsiyələrini həyata keçirib. 

Xeberler.az  bildirir ki, bu barədə rəsmi məlumat yayan BVF-in internet səhifəsində “Ölkə üzrə Məlumatlar Məcmusunda” (National Summary Data Page-NSDP) Azərbaycan üzrə mühüm statistik məlumatlar dərc edilib.

Qeyd edək ki, E-GDDS Beynəlxalq Valyuta Fondu tərəfindən 2015-ci ildə təsis edilib və statistik məlumatların şəffaflığının təkmilləşdirilməsi, statistikanın inkişafının təşviq edilməsi və yayılan məlumatların istifadəyə yararlılığının təmin edilməsi məqsədini daşıyır. İİTKM-in analitiki Vüsalə Cəfərova bildirib ki, “Ölkə üzrə Məlumatlar Məcmusunda”, milli hesablar, monetar və fiskal sektor, tədiyyə balansı və digər sahələr üzrə əsas makroiqtisadi məlumatların birbaşa olaraq bir mənbədən əldə edilməsini təmin etməklə “bir pəncərə məlumat portalı” funksiyasını yerinə yetirir: “NSDP Azərbaycan Dövlət Statistika Komitəsinin internet səhifəsində nəşr olunmaqla BVF-nin “Statistik Məlumatların Yayımlanması Standartları Bülleteni” arasında birbaşa əlaqəni təmin edir. NSDP Statistik Məlumatlar Bazası və Metadata Mübadiləsindən istifadə etməklə Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və Azərbaycan Mərkəzi Bankı tərəfindən dərc olunan statistikalara dair istinadları təmin edir. NSDP vasitəsilə zəruri makroiqtisadi məlumatların dərc edilməsi investorlar
və reytinq agentlikləri də daxil olmaqla yerli və xarici istifadəçilərin maraqlarına uyğundur. Bu sistem iqtisadi vəziyyət və iqtisadi siyasəti izləmək üçün əhəmiyyətli məlumatlara asanlıqla daxil olmağa imkan verəcəkdir. Bu məlumatlar həm insan, həm də xüsusi maşınlar tərəfindən oxunula bilən formatlarda asanlıqla əldə edilir, istifadəçilərə vaxtında məlumatların əldə edilməsinə və məlumatların şəffaflığının artırılmasına imkan verir.”

BVF-nin Statistika Departamentinin Direktoru Luis Mark Duşarme Azərbaycanda statistikanın inkişafında bu addımın mühüm əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, "Əminəm ki, Azərbaycan statistika sisteminin daha da inkişaf etdirilməsi üçün e-GDDS-dən bir çərçivə kimi istifadə edəcəkdir" Vüsalə Cəfərova əlavə edib ki, bu islahat Prezident Ilham Əliyevin 13 iyul 2016-ci il tarixli “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası istiqamətində atılmış əhəmiyyətli addımdır. Ətraflı məlumatla təqdim edilən link vasitəsi ilə tanış olmaq mümkündür: https://bit.ly/2EuRkNJ 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Statistikada peyk məlumatlarından istifadə genişləndiriləcək

24-09-2025

Statistik hesabatların təqdim edilməsində "Elektron imza" tətbiq ediləcək

26-02-2025

Denis Trefilov: Yeni rəqəmsal dünyada statistikanın rolu böyükdür

24-09-2025

AMB “İnteraktiv statistik məlumat bazası”nı istifadəyə verib

19-05-2025

DSK dayanıqlı inkişafla bağlı informasiya portalını təqdim edib

02-07-2019

Rəsmi statistik məlumatların istehsalında İKT mövzusunda konfrans keçirilib

11-12-2019

Statistik məlumatlar sisteminin təqdimatı olub

28-06-2019

Ekspert: Azərbaycan bir pillə geriləyib

22-02-2023

Azərbaycanın Doing Business hesabatında yenidən irəliləməsi gözlənilir

20-02-2019

Rəqəmsal iqtisadiyyata dair statistik göstəricilər sistemi hazırlanacaq

25-12-2025

İİTKM əməkdaşları Almaniyada statistika və rəqəmsal transformasiya sahələrində təcrübə keçiblər

01-10-2024

Dövlət idarəetməsində islahatlar davam edir

07-01-2016

Biznesə başlama üzrə İcra və Kommunikasiya Planı müzakirə olunub

23-08-2019

Saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb müəyyənləşir

02-07-2025

İİKTM Biznesə başlama mövzusunda təlim keçirib

20-09-2019

“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edilir

03-03-2025

Dövlət informasiya ehtiyatları və fərdi məlumatlarla bağlı yeni statistika açıqlanıb

17-05-2014

Media Consulting Services qrupu yekun hesabatı təqdim edib

03-10-2018

İri dövlət şirkətlərinin vahid məlumat bazası yaradılacaq

00-00-0000

Elektron məhkəmə informasiya sistemində son dəyişikliklər təqdim olunub

17-04-2019

İş yerləri barədə məlumatlar elektron informasiya sisteminə daxil ediləcək

18-09-2019

KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq

14-05-2024

Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib

27-02-2026

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə