Previous Next
Bağla

Rəşad Nəbiyev SPECA ilə bağlı konfransda iştirak edib

31-10-2022 21:32
Rəşad Nəbiyev SPECA ilə bağlı  konfransda iştirak edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün Xüsusi Proqramı (SPECA) ilə bağlı konfransda iştirak edib.

Bu barədə Xeberler.az-a nazirlikdən məlumat verilib.

Qeyd edilib ki, konfrans “Birləşmiş Millətlər Təşkilatının standartlarından istifadə etməklə təchizat zəncirlərində məlumat mübadiləsinin rəqəmsal transformasiyası” mövzusunda keçirilib. Tədbir ölkəmizin Cenevrə şəhərindəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin və BMT-nin Avropa İqtisadi Komissiyası ilə birgə təşkil olunub.

Tədbirdə SPECA ölkələrinin müvafiq qurumlarının, BMT-nin və digər beynəlxalq təsisatların, habelə özəl sektor nümayəndələri iştirak ediblər. Konfransın məqsədi SPECA ölkələri arasında rəqəmsal nəqliyyat bağlantılarının inkişaf etdirilməsində beynəlxalq standartların tətbiq edilməsi və bu sahədə mövcud təcrübə mübadiləsinin aparılmasıdır.

R.Nəbiyev bildirib ki, SPECA üzv ölkələr arasında regional və qlobal iqtisadi inteqrasiyanın təşviqi, milli prioritetlərin maliyyə edilməsi üçün maliyyə resurslarının cəlbi, eləcə də UNECE və UNESCAP standartlarının tətbiqinin stimullaşdırılmasında müsbət rol oynayır. O, Azərbaycanın SPECA-ya 2002-ci ildə qoşulduğunu və fəal üzv olduğunu diqqətə çatdırıb.

Nazir son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müasir nəqliyyat və logistika infrastrukturunun qurulduğu barədə məlumat verib: “Müxtəlif avtomobil və dəmir yollarının salınması, yeni beynəlxalq hava limanlarının istifadəyə verilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi və Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanı beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevirib”.

“Bu gün ölkəmiz nəqliyyat infrastrukturuna, xüsusən də Qarabağın avtomobil və dəmir yollarına investisiya yatırmaqda davam edir və şimal nəqliyyat şəbəkələrini cənub və şərq şəbəkələri ilə birləşdirərək regionun tarixi əlaqəsini bərpa edir”, – deyə R.Nəbiyev vurğulayıb.

Tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın müvafiq sahəvi qurumlarının rəhbərləri, BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı direktoru Olqa Alqayerova və digər beynəlxalq təsisatların rəhbərləri və nümayəndələri çıxış ediblər. Çıxışlarda konfransın əhəmiyyəti qeyd edilib və birgə həyata keçiriləcək layihələr barədə danışılıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

22-01-2026

SPECA-nın Zirvə görüşünün Bakı Bəyannaməsi qəbul edildi

25-11-2023

Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib

27-11-2025

Bakıda innovasiya və texnologiya üzrə regional seminar keçirilir

05-07-2018

Ekspertlər dəmir yolunun rəqəmsallaşdırılmasını müzakirə edib

02-11-2022

“TASİM region ölkələrinin iqtisadi inkişafına töhfə verəcək”

16-09-2015

Azərbaycan UNESCAP-ın Nəqliyyat üzrə IV Nazirlər Konfransında təmsil edilib

17-12-2021

Rəqəmsal inkişaf sahəsində həyata keçirilən layihələr müzakirə edilib

26-07-2023

Nazir "Əhatəli Əlaqələndirmə Gündəliyi" panelində iştirak edib

27-11-2025

Nazir avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb

04-08-2022

Rəşad Nəbiyev: "Orta Dəhlizin uğurları nəqliyyat-logistika sahəsində dəyişikliklərə səbəb olacaq"

16-11-2023

Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nəqliyyat nazirlərinin konfransı keçirilib

17-08-2022

“ASAN xidmət”in nümayəndə heyəti Qazaxıstanda

25-07-2022

Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri ilə videokonfrans formatında görüşüb

19-01-2022

Azərbaycan TASİM üzrə üçtərəfli əməkdaşlıq təklif edib

11-05-2015

Bakıda üçtərəfli görüş keçirilib

09-09-2022

Rəşad Nəbiyev Aİ-nin Genişlənmə üzrə komissarı ilə görüşüb

10-10-2025

Rəşad Nəbiyev Strateji Tərəfdaşlıq Panelində çıxış edib

10-10-2025

NRYTN-in nümayəndə heyəti 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edir

07-10-2021

Nazirlik sammitdə iştirak etdi

29-05-2018

Nazir Rəşad Nəbiyev Belarusun nəqliyyat və kommunikasiya naziri ilə görüşüb

16-05-2024

Rəşad Nəbiyev 5-ci Tbilisi İpək Yolu Forumunda iştirak edib

22-10-2025

Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

05-06-2018

Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

15-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə