Previous Next
Bağla

İİTKM əməkdaşları Almaniyada statistika və rəqəmsal transformasiya sahələrində təcrübə keçiblər

01-10-2024 12:46
İİTKM əməkdaşları Almaniyada statistika və rəqəmsal transformasiya sahələrində  təcrübə keçiblər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri Almaniya Federativ Respublikasına səfər ediblər. Mərkəzin icraçı direktorunun müşaviri Təranə Salıfova və İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva Almaniya Federal Statistika İdarəsində (Statistisches Bundesamt) olublar. Səfərin məqsədi rəsmi statistikanın aparılması sahəsində beynəlxalq təcrübəni və müasir metodologiyaları öyrənmək olub. Görüşlər zamanı rəsmi statistik məlumatların keyfiyyəti və tədqiqat strategiyalarına dair geniş təqdimatlar dinlənilib. Özəl sahibkarlarla bağlı məlumatların mənbələri, bu məlumatların əlçatanlığı və müqayisəsi haqqında müzakirələr aparılıb.

Eyni zamanda, elmi tədqiqatlar üçün kiçikhəcmli məlumatların istifadəsini təmin edən tədqiqat mərkəzinin fəaliyyəti ilə tanışlıq baş tutub. Burada mikroməlumatların toplanması, emalı və tədqiqatçılar üçün əlçatanlığının təmin edilməsi kimi mövzulara toxunulub. İştirakçılar sorğu alətlərinin test edilməsi prosesini izləyərək rəsmi statistikada keyfiyyətin artırılması yolları ilə bağlı fikir mübadiləsi aparıblar. Burada yeni rəqəmsal məlumatların rəsmi statistikada tətbiqi, eləcə də kiçik və orta müəssisələr üçün statistik məlumatların toplanması və təhlili kimi müasir məsələlər də müzakirə mövzusu olub.

İİTKM-in nümayəndə heyəti Manheym Universitetində “DT4SME” (Rəqəmsal Transformasiya Kiçik və Orta Müəssisələr üçün) layihəsi çərçivəsində keçirilən görüşdə də iştirak ediblər. Təqdimatlar zamanı rəqəmsal transformasiyanın kiçik və orta müəssisələrin inkişafına təsiri və innovasiya strategiyaları müzakirə edilib.

Manheym Universiteti və “İnstitut für Mittelstandsforschung” təşkilatçılığı ilə keçirilən görüşdə İİTKM nümayəndələri də təqdimatlarla çıxış edərək rəqəmsal transformasiyanın ölkəmizdə kiçik və orta müəssisələrə inteqrasiyası ilə bağlı yerli təcrübəni bölüşüblər.

Bundan əlavə, iştirakçılar “Experience Lab” və “MAFINEX” kimi qabaqcıl texnologiyalara əsaslanan iş mühitləri ilə tanış olublar və elmi tədqiqatların biznes modellərinə tətbiqi üzrə təcrübə mübadiləsi aparıblar. Tədbirdə kiçik və orta müəssisələr üçün siyasət planları və rəqəmsal innovasiyaların tətbiqi üzrə yeni strategiyalar müzakirə edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Vüsal Qasımlı OECD nümayəndələrini qəbul edib

30-10-2025

İİTKM Asiya İnkişaf Bankı İnstitutu ilə əməkdaşlığı genişləndirir

21-01-2025

“Azexport”un nümayəndə heyəti Türkiyədə bir sıra görüşlər keçirib

06-10-2025

Statistikada peyk məlumatlarından istifadə genişləndiriləcək

24-09-2025

İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

17-11-2025

“Rəhbərlər üçün Rəqəmsal Akademiya”nın növbəti sessiyası Almaniyada keçirilib

31-01-2025

Rəqəmsal inkişaf planı üzrə görüş keçirilib

19-05-2026

ETN-nin nümayəndə heyəti “Huawei”nin texnoloji yenilikləri ilə tanış olub

13-02-2026

KOICA nümayəndələri İnnovasiya Agentliyində olublar

24-10-2019

İİTKM-in əməkdaşı Çində beynəlxalq seminarda iştirak edib

05-09-2025

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026

İİTKM-də Asiya İnkişaf Bankı nümayəndələri ilə görüş keçirilib

03-09-2025

İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

24-06-2025

Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

11-04-2022

İİTKM-in əməkdaşı Çində beyin mərkəzləri forumunda iştirak edib

16-08-2023

İİTKM-də süni intellekt strategiyası ilə bağlı indikativ planlaşma aparılıb

14-05-2025

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026

Azərbaycan Estoniya ilə kibertəhlükəsizliyi müzakirə edib

15-11-2022

İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

30-10-2025

Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib

21-06-2023

Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

07-07-2025

“Sənaye 4.0: imkanlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

29-05-2025

İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə görüşüb

15-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə