Previous Next
Bağla

Dənizçi sənədlərinin rəqəmsal formada verilməsinə başlanılıb

18-11-2025 13:57
Dənizçi sənədlərinin rəqəmsal formada verilməsinə başlanılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi (DDLA) dənizçi sənədlərinin rəqəmsallaşdırılmasında mühüm addım atıb.

Xeberler.az məlumat verir ki, artıq dənizçilərə sertifikatlar (diplomlar), xüsusi hazırlıq şəhadətnamələri, tanınma sertifikatları və güzəştli icazələrin QR kodla təmin olunmuş yeni formatda verilməsinə başlanılıb.

Sistemə inteqrasiya olunmuş verilənlər bazası vasitəsilə dənizçilərin təhsil sənədlərinin həqiqiliyi, fotoşəkilləri, Dövlət Sərhəd Xidmətinin giriş-çıxış məlumatları, habelə digər identifikasiyaedici və funksional məlumatlar avtomatik olaraq verifikasiya edilir. Nəticədə aidiyyəti qurumların əlavə sənəd təqdim etməsinə ehtiyac qalmır. Bu isə həm müraciətlərin emal vaxtını qısaldır, həm də məlumat mübadiləsinin dəqiqliyini və təhlükəsizliyini artırır.

Yeni tətbiq olunan rəqəmsal sistem dənizçi sənədlərinin etibarlılığının operativ, şəffaf və real vaxt rejimində yoxlanılmasını təmin edir. Bu yanaşma saxtakarlıq risklərini minimuma endirməklə yanaşı, inzibati prosedurların yükünü də əhəmiyyətli dərəcədə azaldır.

Beynəlxalq Dəniz Təşkilatı (BDT) rəqəmsallaşma istiqamətində mühüm təşəbbüslərlə çıxış edərək dənizçilər və gəmiçilik şirkətləri üçün inzibati yükün azaldılması, eləcə də elektron sertifikatların tətbiqi və tanınması mexanizmlərinin təkmilləşdirilməsini təşviq edir.

Qeyd olunan istiqamətlə bağlı müddəalar "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" Beynəlxalq Konvensiyasında (DHDNÇ) və digər beynəlxalq hüquqi sənədlərdə edilmiş müvafiq əlavələrdə əksini tapıb. Bu dəyişikliklər dənizçilərə verilən sertifikatların elektronlaşdırılması, beynəlxalq səviyyədə tanınması mexanizmlərinin təkmilləşdirilməsini dəstəkləyərək qlobal rəqəmsallaşma tendensiyalarına uyğun modern yanaşmanın tətbiqini təmin edir.

DDLA da bu beynəlxalq çağırışa qoşularaq dənizçi sənədlərinin elektronlaşdırılması və rəqəmsal identifikasiyası sahəsində məqsədyönlü tədbirlər həyata keçirir. Hazırda dənizçi sənədlərinin tam elektronlaşdırılması istiqamətində təşkilati və hüquqi hazırlıq işləri davam etdirilir.

Yeni sistemin tətbiqi Azərbaycan dənizçilik sektorunda beynəlxalq tələblərə uyğun, etibarlı və müasir idarəetmə modelinin formalaşmasına xidmət edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq Dəniz Təşkilatı Azərbaycanda dənizçilərin hazırlığı sistemini yüksək dəyərləndirib

29-04-2022

“My Cabinet” adlı vahid rəqəmsal platforma istifadəyə verilib

06-01-2026

Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri ikitərəfli görüşlər keçirib

17-06-2022

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının sessiyasında təmsil olunub

30-05-2025

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının tədbirində təmsil olunub

26-10-2022

Dövlət Dəniz və Liman Agentliyinin əməkdaşları üçün ABŞ-ın təsnifat cəmiyyəti təlim keçirir

05-04-2022

Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Gürcüstanda səfərdədir

15-04-2022

Dövlət Dəniz və Liman Agentliyinin sədri Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin icraçı direktoru ilə görüşüb

20-06-2022

Gəmilərin uzaq məsafədən tanınma və izlənmə sistemi təkmilləşdirilib

04-03-2026

Baş nazir iki yeni qurumun nizamnamə və strukturunu təsdiqləyib

23-11-2018

Baykalın seks görüntüləri “YouTube”dən yığışdırıldı

12-11-2010

Azərbaycanda iki yeni dövlət agentliyi yaradılıb

12-01-2018

Səngəçal Limanı üzrə məcburi Qaydalar təsdiqlənib

13-11-2018

Bakı Dəniz Limanının İT infrastrukturu qurulur

20-04-2018

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclası keçirilib

11-10-2021

Bakinskaya–3 gəmisi təhlükə ilə üzləşən balıqçıların axtarışına çıxıb

08-11-2018

Yeni nazirlik: "Rəqəmsal transformasiyanın sürətləndirilməsi zəruridir"

12-10-2021

NRYTN-ə yeni səlahiyyətlər verilib

09-08-2021

RİNN-də Beynəlxalq Əmək Təşkilatı ilə görüş keçirilib

26-11-2025

Təhsil sənədlərinin “mygov” üzərindən təqdim olunması artıq tam hüquqidir

10-01-2026

Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək

08-01-2026

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib

24-10-2018

Azərbaycanda dənizçilər də elektron arayış ala biləcək

27-04-2017

RYTN-in qurumlarına dövlət nəzarəti artırılıb

09-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə