Previous Next
Bağla

Dövlət Dəniz və Liman Agentliyinin əməkdaşları üçün ABŞ-ın təsnifat cəmiyyəti təlim keçirir

05-04-2022 16:20
Dövlət Dəniz və Liman Agentliyinin əməkdaşları üçün ABŞ-ın təsnifat cəmiyyəti təlim keçirir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyində işçi heyətinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində atılan addımlar çərçivəsində “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə” (ISM Code) mövzusunda təlimə start verilib. Təlimi dünyanın ikinci ən böyük dənizçilik təsnifat cəmiyyəti olan Amerika Dəniz Gəmiçilik Bürosu (ABS) keçirir.

Xeberler.az bildirir ki, açılış tədbirində çıxış edən Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov qurumda ilk dəfə təşkil olunan bu təlimə görə Amerika Dəniz Gəmiçilik Bürosuna təşəkkür edib və belə silsilə tədbirlərin agentliyin işçi heyətinin peşəkarlıq səviyyəsinin artırılması siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. Sədr bildirib ki, bu təlim ABŞ təsnifat cəmiyyəti ilə uğurlu əməkdaşlığın bariz nümunəsidir və sonda agentlik əməkdaşlarının təltif ediləcəyi ABS sertifikatları onların müvafiq sahədə biliklərinə dəlalət etməklə gələcək peşəkar fəaliyyətinə dəstək olacaq.

Amerika Dəniz Gəmiçilik Bürosunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Ryan Salamati isə təlimçiləri salamlayaraq tədbirin təşkili üçün agentliyə təşəkkür edib və kursun gələcəkdə qurumun işçi heyəti üçün faydalı olacağına əminliyini ifadə edib.

Təlim zamanı iştirakçılara “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tarixçəsi, məqsədi, başlıca müddəaları və tələbləri barədə məlumat verilib. Bununla yanaşı, daxili audit proqramı, auditin aparılması, audit cədvəlinin, müvafiq hesabatların tərtib olunması, korreksiyaedici tədbirlər və onların monitorinqi mövzusunda tematik seminarlar keçirilib.

Üç gün davam edəcək təlimin sonunda Amerika Dəniz Gəmiçilik Bürosunun nümayəndəsi daxili auditorları maraqlandıran sualları cavablandıracaq və onlara sertifikatlar təqdim edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri ikitərəfli görüşlər keçirib

17-06-2022

Dövlət Dəniz və Liman Agentliyinin sədri Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin icraçı direktoru ilə görüşüb

20-06-2022

Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Gürcüstanda səfərdədir

15-04-2022

Beynəlxalq Dəniz Təşkilatı Azərbaycanda dənizçilərin hazırlığı sistemini yüksək dəyərləndirib

29-04-2022

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının sessiyasında təmsil olunub

30-05-2025

Dənizçi sənədlərinin rəqəmsal formada verilməsinə başlanılıb

18-11-2025

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının tədbirində təmsil olunub

26-10-2022

Səngəçal Limanı üzrə məcburi Qaydalar təsdiqlənib

13-11-2018

NRYTN-ə yeni səlahiyyətlər verilib

09-08-2021

Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib

07-11-2024

“My Cabinet” adlı vahid rəqəmsal platforma istifadəyə verilib

06-01-2026

Bakinskaya–3 gəmisi təhlükə ilə üzləşən balıqçıların axtarışına çıxıb

08-11-2018

Baş nazir iki yeni qurumun nizamnamə və strukturunu təsdiqləyib

23-11-2018

Yeni nazirlik: "Rəqəmsal transformasiyanın sürətləndirilməsi zəruridir"

12-10-2021

RYTN-in qurumlarına dövlət nəzarəti artırılıb

09-01-2017

Bakıda XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi keçirilir

11-06-2018

Gəmilərin uzaq məsafədən tanınma və izlənmə sistemi təkmilləşdirilib

04-03-2026

Baykalın seks görüntüləri “YouTube”dən yığışdırıldı

12-11-2010

Azərbaycanda iki yeni dövlət agentliyi yaradılıb

12-01-2018

Hakerlər İran Milli Tanker və Gəmiçilik şirkətlərinə hücum ediblər

22-08-2025

Regionlarda informasiya texnologiyaları sahəsində təlimçilərin hazırlanmasına başlanılıb

14-10-2021

RİNN-də Beynəlxalq Əmək Təşkilatı ilə görüş keçirilib

26-11-2025

Nazirliyin sturukturuna daxil olmayan qurumların siyahısı təsdiqləndi

13-07-2018

Elektron bilet sifarişi xidmətinə maraq artır

06-08-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə