Previous Next
Bağla

NRYTN-ə yeni səlahiyyətlər verilib

09-08-2021 16:21
NRYTN-ə yeni səlahiyyətlər verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni səlahiyyətlər verilib.

Xeberler.az bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 541 nömrəli Fərmanında edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan fərmana əsasən, indiyə qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərinə gəmiyə çağırış siqnalının, gəmi peyk rabitə stansiyasının identifikasiya nömrəsinin və gəmi radiostansiyasının fərdi çağırış nömrəsinin verilmə qaydasını müəyyən etmək və gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə vermək daxil olub.

Dəyişikliyə əsasən, bu səlahiyyətlər sırasına ticarət gəmiçiliyi sahəsində dövlət idarəetməsini həyata keçirmək, ticarət gəmiçiliyindən yaranan münasibətləri tənzimləyən normativ hüquqi aktlar qəbul etmək, xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış, berbout-çarterə (heyətsiz gəminin fraxtedilmə müqaviləsinə) əsasən Azərbaycan fraxtedəninin istifadəsinə və sahibliyinə verilmiş gəmilərə Azərbaycan Respublikasının Dövlət bayrağı altında müvəqqəti üzmək hüququ vermək daxil edilib. Gəminin adı da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müəyyən etdiyi qaydada gəmi mülkiyyətçisi tərəfindən veriləcək. Gəmiyə çağırış siqnalının, gəmi peyk rabitə stansiyasının identifikasiya nömrəsinin və gəmi radiostansiyasının fərdi çağırış nömrəsinin verilmə qaydasınıNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müəyyən edəcək., təsnifat cəmiyyətlərinin fəaliyyətinə razılıq verəcək. Gəmi heyəti üzvlərinin siyahısı, sərnişinlərin siyahısı, gəmi, radio və maşın jurnalları da nazirliyin müəyyən etdiyi qaydada aparılacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə verəcək.

Gəminin qeydiyyata alınması berbout-çarter üzrə fraxtedənin ərizəsi əsasında və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müəyyənləşdirilən və qeydiyyata alınmaq üçün zəruri olan sənədlər əlavə olunmaqla həyata keçiriləcək. Sertifikatlarına (diplomlarına) uyğun olaraq əmək funksiyasını yerinə yetirərkən gəmi heyəti üzvlərinin hərəkətləri, hərəkətsizliyi və ya səriştəsizlikləri nəticəsində birbaşa insanların həyatına, dənizdə əmlakın saxlanılmasına və ya dəniz mühitinə zərərin vurulması təhlükəsi yarandıqda, habelə aldatmanın qarşısını almaq məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sertifikatları (diplomları) geri götürə, ləğv edə və ya onların qüvvədə olmasını dayandıra bilər. Nazirlik dəniz üzgüçülüyü təhlükəsizliyinin və dəniz limanında nizam-intizamın təmin edilməsi sahəsində funksiyaları həyata keçirəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətləri sırasına gəmi sənədlərinin mövcudluğunu, gəminin əsas göstəricilərinin gəmi sənədlərinə uyğunluğunu, gəmi heyətinin müvafiq qaydada komplektləşdirilməsini və ticarət gəmiçiliyi sahəsində beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsini yoxlamaq məqsədi ilə dənizə çıxan gəmilərə nəzarəti həyata keçirmək,
gəmi sənədləri olmadıqda və ya gəminin dəniz üzgüçülüyü təhlükəsizliyinin tələblərinə cavab vermədiyini güman etməyə kifayət qədər əsas olduqda, habelə gəminin istismarı insan həyatına və ya ətraf mühitə real təhlükə yaratdığı təqdirdə, yoxlamaq, gəminin dəniz limanından çıxması üçün icazənin verilməsinə maneə törədən çatışmazlıqların aradan qaldırılmasını yoxlamaq məqsədi ilə gəminin nəzarət yoxlanmasını həyata keçirmək, xidmətlərin göstərilməsi üçün limanın müvəqqəti bağlanması təmin etmək, bu sahədə şəhadətnamələrin şərtləri, verilmə və yoxlanılması qaydaları təsdiqləmək də əlavə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının sessiyasında təmsil olunub

30-05-2025

RYTN-in qurumlarına dövlət nəzarəti artırılıb

09-01-2017

Daha bir kosmik gəmi orbitə çıxarılıb

19-08-2015

Türkiyə Aya iki kosmik gəmi göndərəcək

09-02-2025

ABŞ kosmosa məxfi kosmik gəmi göndərir

20-05-2015

Bakinskaya–3 gəmisi təhlükə ilə üzləşən balıqçıların axtarışına çıxıb

08-11-2018

Gəmilərin uzaq məsafədən tanınma və izlənmə sistemi təkmilləşdirilib

04-03-2026

Elektron bilet sifarişi xidmətinə maraq artır

06-08-2018

Dövlət Dəniz və Liman Agentliyinin əməkdaşları üçün ABŞ-ın təsnifat cəmiyyəti təlim keçirir

05-04-2022

Mina əleyhinə robotlarla təchiz edilən katerlər hazırlanıb

12-10-2018

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib

15-10-2018

“Nəqliyyat haqqında” Qanuna yeni güzəştlər nəzərdə tutulur

03-03-2025

Gəmiçilikdə elektron bilet sifarişi xidmətinə maraq artır

03-09-2019

Azərbaycanda iki yeni dövlət agentliyi yaradılıb

12-01-2018

“Starliner” kosmik gəmisi Yerə astronavtlarsız qayıdır

07-09-2024

Bakıda XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi keçirilir

11-06-2018

Çin orbitə kosmik gəmi çıxaracaq

23-04-2025

İlon Maskın “Starship”i sınaq uçuşları zamanı partlayıb

03-02-2021

Astronavtların Beynəlxalq Kosmik Stansiyadan qayıdış vaxtı müəyyənləşib

17-03-2025

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının tədbirində təmsil olunub

26-10-2022

AZCON-un Kommunikasiya şöbəsinə rəhbər təyin edilib

29-04-2025

“Çin – Avropa birbaşa sürətli keçid – Transxəzər sınaq daşımaları” pilot layihəsi çərçivəsində ilk sınaq daşımalarına başlandı

25-05-2024

Batan gəmiləri robot axtaracaq

24-04-2015

Dənizçi sənədlərinin rəqəmsal formada verilməsinə başlanılıb

18-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə