Previous Next
Bağla

Digital Startup Awards proqramının qrand-finalı keçirilib

17-12-2025 09:37
Digital Startup Awards proqramının qrand-finalı keçirilib

12–13 dekabr tarixlərində Daşkənddə Özbəkistanın Rəqəmsal Texnologiyalar Nazirliyi, IT Park Uzbekistan və IT Park Ventures tərəfindən təşkil olunan beynəlxalq Digital Startup Awards proqramının qrand-finalı keçirilib.

Xeberler.az bildirir ki, Mərkəzi Avrasiya regionunda ən iri təşəbbüslərdən biri olan proqram Mərkəzi Asiya, Qafqaz və Monqolustan ölkələrinin startap ekosistemlərini bir araya gətirib və ümumi 1 milyon ABŞ dolları məbləğində mükafat fondu nəzərdə tutulub.

Proqramın keçirilməsində məqsəd yüksək böyümə potensialına malik texnoloji layihələri müəyyənləşdirmək, sahibkarlığı inkişaf etdirmək və regionda innovativ fəallığı stimullaşdırmaq olub. 

Müsabiqəyə 1025 müraciət qəbul edilib. Onlardan 397-si Best Startup Project, 268-i Incubation və 360-ı Acceleration trekləri üzrə təqdim edilib. Müsabiqəyə Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Monqolustandan startaplar dəvət olunub; Özbəkistandan olan layihələr isə Best Startup Project kateqoriyasında iştirak ediblər.

Proqram 1 iyul tarixində elan edilib, müraciətlərin qəbulu isə 10 sentyabrda başa çatıb. İnkubasiya və akselerasiya trekləri çərçivəsində komandalar skrininq və müsahibələr daxil olmaqla çoxmərhələli seçimdən keçib, bundan sonra beynəlxalq ekspertlərə, mentorlara, tədris sessiyalarına, intensiv workshoplara və korporasiyalarla, vençur fondları ilə netvörkinq imkanlarına çıxış əldə ediblər. Best Startup Project istiqamətində seçim ölkələr üzrə təşkil olunan oflayn yarımfinallar vasitəsilə aparılıb.

Proqramın finalına 51 startap çıxıb: 29 layihə Incubation və Acceleration treklərini uğurla tamamlayıb, daha 22 startap isə Best Startup Project istiqamətində təqdim olunub. İnkubasiya proqramı 10 həftə davam edib və Daşkənddə keçirilən Demo Day tədbirində 15 komandanın iştirakı ilə yekunlaşıb. Bu startaplar süni intellekt, HR Tech, EdTech, MedTech, LogTech və GreenTech sahələrinin kəsişməsində həllər inkişaf etdirir — AI-rekruterlər, təhsil platformaları, sağlamlığın özünənəzarət servisleri, dayanıqlı istehlak, logistika və kiçik biznes üçün həllər daxil olmaqla. Proqramın nəticələrinə görə, 15 komandanın hər biri IT Park Ventures tərəfindən SAFE formatında 10 min ABŞ dolları investisiya alıb.

Akselerasiya trekində AI, GovTech, B2B SaaS, EdTech, HR Tech və biznes proseslərinin avtomatlaşdırılması sahələrində daha yetkin layihələr iştirak edib. Startaplar ticarətin rəqəmsallaşdırılması, satışların optimallaşdırılması, müştəri dəstəyi, sənəd dövriyyəsi, logistika və məlumatların analizi üzrə həllər təqdim ediblər. Proqramın nəticələrinə əsasən, 14 komanda əldə edilən irəliləyişdən asılı olaraq SAFE formatında 50 min ABŞ dollarınadək investisiya qazanıb.

Best Startup Project finalında isə 22 startap iştirak edib: onlardan 18-i Mərkəzi Avrasiya ölkələrini, 4-ü isə Özbəkistanı təmsil edib. Layihələr EdTech, FinTech, e-commerce, GovTech, AI, SaaS, dayanıqlı inkişaf və kreativ sənayelər istiqamətlərini əhatə edib. Finalçıların işlərini Misir, Koreya Respublikası, Oman, ABŞ və Çexiyadan olan vençur fondları və akseleratorların nümayəndələrindən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirib.

Qeyd edək ki, birinci yerin qalibi Qazaxıstana məxsus Multicode startapı olub. Bu startap yük vaqonları operatorları üçün süni intellekt əsaslı B2B SaaS platforma hazırlayıb. Qalib komanda 40 min ABŞ dolları mükafat qazanıb. 

İkinci yerə Özbəkistandan olan HGT layihəsi layiq görülüb. Kommunal sektorun rəqəmsallaşdırılması və xidmətlərin onlayn ödənişi üzrə GovTech həlli üçün 25 min ABŞ dolları qazanıb. 

Üçüncü yeri Gürcüstandan olan Telagri startapı tutub. Layihə FinTech və aqro-maliyyələşdirmə sahəsində fəaliyyət göstərir. Layihə 15 min ABŞ dolları qazanıb

“Ən yaxşı qadın startapı” adlı xüsusi mükafat isə Qırğızıstandan olan MamaSpace layihəsinə (anaların sağlamlığı sahəsində AI platforması) təqdim edilib. Startup 10 min ABŞ dolları qazanıb.

Əlavə olaraq, proqram çərçivəsində mükafat qazanan startapların olduğu ölkələrdən Digital Startup Awards səfirləri üçün 10 min ABŞ dolları məbləğində mükafat fondu ayrılıb.

Təşkilatçılar qeyd ediblər ki, proqram regional birliyin simvoluna çevrilib və startapların miqyaslanması üçün mühüm platforma rolunu oynayıb, Mərkəzi Avrasiyada yeni nəsil texnoloji liderlərin formalaşmasında birgə səylərin potensialını nümayiş etdirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startaplar üçün 50 min dollaradək investisiya şansı

24-06-2023

“Startup School 3” finalının münsiflər heyəti elan olundu

17-11-2025

Azərbaycan AgroX innovasiya proqramına start verir

15-05-2019

İİTKM “Startup School 3” layihəsinə start verir

16-04-2025

"Demo Day" başladı- Finala çıxan 30 layihə sərgidə nümayiş olunur

21-11-2025

Azərbaycanlı təsisçinin startapı beynəlxalq yarışmanın qalibi olub

29-08-2025

“Startup World Cup” tədbiri Azercell-in tərəfdaşlığı ilə baş tutacaq

17-09-2024

Azərbaycanlı startapçılar Startap Çili proqramına qoşulub

17-08-2019

“Take Off Baku” beynəlxalq startap sammiti keçiriləcək

02-03-2022

“Startup School 3” layihəsinə 125 layihə seçilib

01-08-2025

"Startup School 3" layihəsinin açılış mərasimi keçirilib

08-08-2025

İnnovasiyalar Agentliyində "DEMO DAY" keçirilib

21-05-2020

Startup Azərbaycan Yarımfinalçıları seçilib.

10-06-2014

İnnovasiyalar Agentliyində “Demo Day” keçirilib

21-07-2020

“Azərkosmos”un ixrac gəlirləri 17 faiz azalıb

03-04-2024

“Startup School 3” layihəsində fərdi mentorluq mərhələsi başlayıb

19-09-2025

“Startap Azərbaycan 2015“ müsabiqəsinə 22 startap buraxıldı

06-04-2015

Clopos startapı INMerge Ventures-dən yeni investisiya alıb

24-04-2026

Qazaxıstan startapı Pavel Durovdən dəstək alıb

14-10-2025

Elm və Texnologiya Sahibkarlığı Proqramına start verildi

17-05-2012

AzTU komandasının startapı Xankəndidə keçirilən festivalda I yeri qazanıb

05-05-2026

Sabah Bakıda Startap Günləri başlayacaq

13-11-2014

“Demo Day – Barama” çərçivəsində 5 uğurlu startapın təqdimatı keçiriləcək

31-05-2021

"Azərkosmos”un ixrac gəlirləri 28 faiz azalıb

27-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə