Previous Next
Bağla

“Take Off Baku” beynəlxalq startap sammiti keçiriləcək

02-03-2022 09:38
“Take Off Baku” beynəlxalq startap  sammiti keçiriləcək

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində 26 – 28 mayda “Take Off Baku” beynəlxalq startap sammiti təşkil olunacaq.

Xeberler.az bildirir ki, Azərbaycan startapları da daxil olmaqla xarici yenilikçilərin təqdim olunacağı sammitin keçirilməsində əsas məqsəd regionda effektiv sahibkarlıq mühiti yaratmaq, yerli startapların inkişafını dəstəkləmək və ekosistemin əsas oyunçuları arasında davamlı əməkdaşlığı təmin etməkdir.

Yerli və beynəlxalq startapların qatılacağı sammitdə investorlar və Vençur fondların nümayəndələri ən yaxşı innovativ layihələri də dəyərləndirəcək.

Qeyd edək ki, “Take Off Baku” Azərbaycan startaplarının qlobal inteqrasiyasına dəstək istiqamətində beynəlxalq ekspertlər, mentorlar, investorlar və Vençur fondlarla birgə əməkdaşlıq üçün əlverişli mühit formalaşdıracaq. Həmçinin sözügedən sammit Azərbaycanı regionun yeni və cəlbedici innovativ məkanı olaraq beynəlxalq ictimaiyyətə daha yaxından tanıtmış olacaq.

Eyni zamanda bildiririk ki, onlayn qeydiyyatdan keçən startaplar “5 matrix” prinsipinə əsasən təsnifatlaşdırılaraq tədbirdə iştirak etmək hüququ qazanmış olacaqlar. Sammitin şərtlərinə əsasən, ən azı 35 yerli startap olmaqla tədbir iştirakçılarının sayı 50 komanda ilə məhdudlaşdırılacaq.

İlkin təsnifatlaşdırmadan uğurla keçən startaplar tədbirin rəsmi açılış mərasiminə kimi 1 aylıq peşəkar mentorluq dəstəyi ilə təmin olunacaqlar. Sammit çərçivəsində yerli və beynəlxalq tərəfdaşlardan ibarət münsiflər heyəti 50 startap arasından yarım final və final mərhələsinin qaliblərini seçəcəklər.

Qeyd edək ki, sammitdə startapçılara təqdimatla çıxış etmək, B2B formatda görüşlər keçirmək və panel müzakirələrdə iştirak etmək imkanları yaradılacaq.

Sammitin ən həyəcanlı mərhələsi yeni innovativ layihə və həll yolları təklif edən startapların mükafatlandırılması mərasimi olacaq. Mükafat Fondu I yer 15.000 ABŞ dolları, II yer 10.000 ABŞ dolları və III yer üçün isə 5000 ABŞ dolları təşkil edir.

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 31 mart 2022-ci ildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Take Off Baku” beynəlxalq startap sammitinə qeydiyyat başa çatıb

04-04-2022

 “Take Off Baku” beynəlxalq startap sammiti öz işinə başladı

26-05-2022

50 startap “Take Off Baku”da iştirak hüququ qazanıb

19-04-2022

"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

02-03-2022

“Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

15-03-2022

"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində iştirak edib

15-12-2025

Kiber idman üzrə Avropa çempionatı keçiriləcək

03-03-2022

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022

“Azercell Telekom” MMC festivalın baş sponsoru oldu

12-04-2022

“Pilotsuz Uçuş Aparatları’’ müsabiqəsinə qeydiyyat davam edir

10-02-2022

“TEKNOFEST Azərbaycan”ın ilk mərhələsinin nəticələri açıqlanıb

25-03-2022

"İnnovasiyalar Mərkəzi" “Take Off İstanbul” sammitində iştirak edib

13-12-2024

"Aqrar texnologiyalar" müsabiqəsinə qeydiyyat aparılır

11-02-2022

İrem Bayraktar: “TEKNOFEST-in Azərbaycanda daimi keçirilməsini dəyərləndiririk”

06-09-2023

“Tekken7” yarışına start verildi  

27-05-2022

“Rocket League” üzrə Avropa çempionatına start verildi  

25-05-2022

Dünyanın tanınmış mələk investorları Bakıya gəlir

05-11-2015

Startap Günlərinə qeydiyyat başlayıb

19-10-2015

“Boğaziçi Ventures” vençur fondu İnnovasiyalar Agentliyində nümayəndəliyini açıb

15-09-2020

ABB-nin dəstəyi ilə “Baku ID” innovasiya festivalı başlanıb

27-06-2024

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti

01-10-2021

“Smart Qarabağ” Hakatonuna qeydiyyat başa çatdı

11-04-2022

Bakıda keçiriləcək "Teknofest" festivalının tarixi açıqlanıb

11-01-2022

“TEKNOFEST” çərçivəsində “Smart Qarabağ” Hakatonu keçiriləcək

01-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə