Previous Next
Bağla

Qazaxıstan startapı Pavel Durovdən dəstək alıb

14-10-2025 11:52
Qazaxıstan startapı Pavel Durovdən dəstək alıb

Qazaxıstanın CYBERPACK.AI startapı Telegram-ın təsisçisi Pavel Durov tərəfindən 25 min dollar məbləğində dəstək qazanıb. Fond Digital Bridge 2025 beynəlxalq forumunda Astana Hub Battle finalında startapın təqdimatı zamanı təsisçinin diqqətini çəkib.

Xeberler.az bildirir ki, alınan vəsait istehsalın miqyasını genişləndirmək, mobil tətbiq və süni intellekt modulunu inkişaf etdirmək, komandanı – proqramçılar, mühəndislər və metodistləri – artırmaq, həmçinin regionlarda təhsili inkişaf etdirmək və beynəlxalq bazara çıxmaq üçün istifadə olunacaq.

Qeyd edək ki, CYBERPACK.AI STEAM (elm, texnologiya, mühəndislik, sənət və riyaziyyat) sahəsində uşaqlar üçün mobil tətbiq, veb-platforma və təhsil konstruktları təqdim edir. Layihəyə həmçinin müəllimlər üçün veb-platforma, metodik proqram, pedaqoji təlimlər və yarış sistemləri daxildir. Bu yanaşma 7–18 yaş arası şagirdlərə elmi layihələr yaratmaq, olimpiadalara hazırlaşmaq və texniki universitetlər üçün elmi portfoliolar hazırlamaq imkanı verir.

Startap bir il ərzində məhsulunu Qazaxıstan və Azərbaycan üzrə 70 məktəbə tətbiq edib və ICRC beynəlxalq yarışlarını təşkil edib. Komanda Astana Hub-un Startup Garage inkubasiya proqramından keçərək məktəblərin sayını 10 dəfə artırıb, beynəlxalq bazara çıxıb və miqyaslandırma üçün sistemli prosesləri qurub.

Qeyd edək ki, Pavel Durov Digital Bridge 2025 forumunda Qazaxıstanda süni intellekt laboratoriyasının açılacağını elan edib və bu texnologiyanın milli və qlobal istifadəçilər üçün təhlükəsiz, şəffaf və effektiv AI imkanları təmin edəcəyini bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Pavel Durov Astanada süni intellekt laboratoriyasının açılışını elan edib

02-10-2025

Pavel Durov Paris məhkəməsinə gətirilib

28-08-2024

Telegram Astana Hub ilə əməkdaşlığa başlayıb

01-07-2025

Pavel Durovun Fransadan çıxışına qoyulan məhdudiyyətlər götürülüb

13-11-2025

Azərbaycanlı təsisçinin startapı beynəlxalq yarışmanın qalibi olub

29-08-2025

Pavel Durov “Cocoon” Sİ şəbəkəsini təqdim edib

29-10-2025

Pavel Durov azadlığa buraxılıb

28-08-2024

Pavel Durov Paris məhkəməsində dindirilib

07-12-2024

Durov: Fransa kəşfiyyatı rumınlara senzura tətbiq edilməsini istəyib

19-05-2025

Pavel Durov fransızlara xəbərdarlıq edib

15-10-2025

Astana Hub və INNOLAND arasında əməkdaşlıq memorandumu imzalanıb

29-10-2019

Pavel Durov Teleqramda qaydaları pozanların İP ünvanlarını və telefon nömrələrini açıqlayacaq

23-09-2024

Pavel Durov Paris məhkəməsində növbəti dəfə dindirilib

28-07-2025

Durov messencerin moderasiyasını yaxşılaşdıracağına söz verib

18-01-2025

KİV: Durov istintaqla əməkdaşlıqdan imtina etməkdə ittiham olunur

26-08-2024

İlon Mask Pavel Durovun azad edilməsi üçün onlayn çağırışlara qoşulub

25-08-2024

"Telegram"ın təsisçisi Fransada saxlanılıb

25-08-2024

KİV: Makron Pavel Durova "Telegram"ın ofisini Parisə köçürməyi təklif edibmiş

28-08-2024

Durov "WhatsApp"ın təhlükəsiz olmadığını deyib

27-01-2026

Digital Startup Awards proqramının qrand-finalı keçirilib

17-12-2025

Durov: Əks-mərkəzləşdirilmiş hesablama şəbəkəsi istifadəyə verilib

01-12-2025

Qazaxıstan ilə Groq Inc. şirkəti arasında memorandum imzalanıb

14-11-2025

Fransa məhkəməsi Durovun həbs müddətini uzadıb

26-08-2024

Xamenei Pavel Durovun saxlanılmasına münasibət bildirib

27-08-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə