Previous Next
Bağla

DİN-dən yenilik: “E-polis” vətəndaşlara bildiriş göndərir

25-09-2025 17:13
DİN-dən yenilik: “E-polis” vətəndaşlara bildiriş göndərir

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vətəndaş məmnunluğunu rəqəmsal həllər və innovativ yeniliklər vasitəsilə daha da artırmaq məqsədilə “E-polis” mobil tətbiqi davamlı olaraq təkmilləşdirilir. Yeni tətbiq edilən “push” bildirişləri sayəsində “E-polis” istifadəçiləri artıq proqrama daxil olmadıqda belə sənədlərinin etibarlılıq müddəti başa çatmazdan əvvəl vaxtında xəbərdar ediləcəklər.

Xeberler.az məlumat verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu bildirişlər şəxsiyyət və sürücülük vəsiqələri, ümumvətəndaş pasportu və nəqliyyat vasitəsinin texniki baxış müddətinin son bitmə tarixi barədə sənədlərə şamil olunur.

Sistem vətəndaşa sənədinin etibarlılıq müddətinin başa çatmasına uyğun olaraq 30, 15 və 3 gün qalmış xəbərdarlıq göndərir. Bu isə hər kəsə sənədləri vaxtında yeniləməyə, əlavə vaxt itkisi ilə üzləşməməyə və inzibati məsuliyyət riskindən yayınmaq imkanı yaradır.

Bir sözlə, əgər vətəndaş əvvəllər sənədinin etibarlılıq müddətini özü izləməli idisə, indi bu işi sistem avtomatik olaraq görür və tətbiq istifadəçisini vaxtında xəbərdar edir. ““E-polis” tətbiqinin daima yenilənən funksiyaları və rəqəmsallaşan üsdünlüklərindən faydalanmağa tələsin”, - deyə məlumatda vurğulanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər

01-08-2025

Onlayn qəbula yazılaraq ərazi polis rəislərinə birbaşa müraciət etmək olar

29-04-2025

DİN: "Whatsapp"da nazirlik adından yayılan xəbərdarlıq məzmunlu mətnlər feykdir

15-01-2025

DİN vətəndaşlara müraciət edib

06-01-2025

DİN: Ötən gün bank kartlarından pul oğurlanmayıb

10-06-2025

Polis Ordu ilə bağlı sosial şəbəkələrdə yalan məlumatlar yayan şəxsi saxlayıb

12-09-2023

“mygov”da məlumat sorğuları barədə bildirişlər göndərilməyə başlanılıb

18-11-2025

Daxili İşlər Nazirliyində yeni sayt istifadəyə verilib

30-03-2016

DİN: Bank kartlarının CVV və OTP kodunu heç kimə deməyin

07-06-2025

Azərbaycanda kiberdələduzluqla bağlı müraciətlərin sayında azalma müşahidə edilir

16-09-2024

“E-polis” ilə dövlət rüsumlarını daha rahat şəkildə ödəmək mümkündür

01-04-2025

DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı çağırış edir

25-06-2025

DİN öz rəsmi saytında OnLine sorğu keçirməyə başlayıb

05-09-2008

DİN: Ötən gün bank kartlarından 9600 manata yaxın pul oğurlanıb

05-06-2025

DİN Valideynlərə xəbərdarlıq edib

07-02-2025

DİN: Ötən gün bank kartlarından 10 min 300 manata yaxın pul oğurlanıb

04-06-2025

DİN: Kiberdələduzluq ilə üzləşməmək üçün ehtiyatlı olmaq lazımdır

11-06-2025

“Tik-Tok”da özünü usta kimi təqdim edərək insanları aldadan şəxs saxlanılıb

21-08-2023

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib

27-04-2022

DİN vətəndaşlara xəbərdarlıq edib

27-08-2019

Bakıda enerji bloklarını oğurlayaraq provayderlərə ziyan vuran şəxslər saxlanıldı

01-04-2024

“Elektron hökumət” portalındakı “Şəxsi kabinet”in funksionallığı artırılır

16-06-2015

Avtomobilləri müəyyən edəcək sistem yaradılır

21-09-2015

e-Polis tətbiqi istifadəyə verilib

29-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə