Previous Next
Bağla

DİN süni intellektin tətbiqi sahəsində yeni mərhələyə keçir - Ekspert

18-08-2025 14:05
DİN süni intellektin tətbiqi sahəsində yeni mərhələyə keçir - Ekspert
"Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsinin süni intellektin tətbiqi ilə bağlı elan etdiyi genişmiqyaslı tender sabah başa çatır.
 
Layihənin məqsədi yalnız polis sistemində süni intellektin tətbiqi üçün konseptual sənəd hazırlamaq deyil, həm də real həllərin hazırlanması və sınaqdan keçirilməsidir".
 
Xeberler.az bildirir ki, bunları Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, diqqət cəlb edən məqam həm də yerli mütəxəssislər və milli ekspertlərə üstünlük verilməsidir.
 
"Baş idarə aşağıdakı işləri görməyi nəzərdə tutub:
 
• Polis sistemində süni intellektin tətbiqi üzrə strateji yol xəritəsinin hazırlanması
Bu məqsədlə mövcud rəqəmsal infrastrukturun və informasiya sistemlərinin təhlili, monitorinq və qiymətləndirmə mexanizmlərinin hazırlanması, beynəlxalq təcrübənin öyrənilməsi;
 
• Elmi tədqiqatların aparılması, beynəlxalq konsaltinq qurumunun və 3 yerli universitetin milli ekspertlərinin iştirakı ilə texniki və hüquqi əsaslandırmaların hazırlanması;
 
• Süni intellekt həllərinin effektivliyini həmin etmək və real ssenarilər üzrə öyrədilməsi məqsədilə müxtəlif açıq mənbələrdən (rəsmi məlumat bazaları, vizual arxivlər, ictimai müşahidə görüntüləri və s.) məlumatların toplanması, ilkin emalı və təmizlənməsi;
 
• Toplanmış təmiz datanın süni intellekt modellərinin öyrədilməsi, test edilməsi və performansının qiymətləndirilməsi üçün istifadəsi və s.
Görünən odur ki, Baş idarə texnoloji infrastrukturu süni intellekt əsasında tam modernləşdirmək niyyətindədir".
 
Osman Gündüzün sözlərinə görə, tenderin məzmunundan görsənir ki, DİN daxili işlər orqanlarında süni intellekt texnologiyalarının tətbiqi üçün strateji baxışla yanaşı, həm də real ssenarilər üzrə sınaqdan keçirilmiş, yerli mütəxəssislər tərəfindən yerli şəraitə uyğunlaşdırılmış praktik həllərin hazırlanmasını nəzərdə tutub:
 
"Burada diqqət çəkən məqam həm də odur ki, DİN bu məsələdə elmi tədqiqatlara da üstünlük verib.
 
DİN universitetlərlə əməkdaşlıq və beynəlxalq ekspertlərin iştirakı ilə layihəyə həm elmi güc qatmaq, həm də gələcəkdə düzgün qərarların qəbulu üçün elmi əsasları təmin etmək niyyətindədir.
 
Xatırladıram ki DİN-in bu Baş idarəsi Azərbaycanda İT sahəsində ən böyük strukturlardan biridir".
 
Ekspert bildirib ki, Baş İnformasiya Kommunikasiya İdarəsinin polis sistemində süni intellektin tətbiqi istiqamətindəki səyləri təqdirə layiqdir.
 
Tenderin ehtimal olunan qiyməti təxminən 6.6 milyon manatdır.
 
Ümid edirəm peşəkar bir komanda, sektorda öz sözünü deyən bir şirkət bu tenderin qalibi olacaq və keyfiyyətli bir iş ortaya çıxaracaq.
 
Düşünürəm ki, süni intellekt texnologiyalarının tətbiqi ictimai təhlükəsizliyin gücləndirilməsi üçün yetərincə faydalı bir addımdır. Bununla da DİN sistemində çevik qərarvermə və daha doğru qərarların qəbulu üçün, məlumatların səmərəli idarəsi və xidmətlərin müasir standartlara uyğunlaşdırılması üçün yeni imkanlar yaranacaq".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Süni intellekt Strategiyasının məqsədləri məlum olub

Süni intellekt Strategiyasının məqsədləri məlum olub

19-03-2025
Rusiyada süni intellektin tətbiqi üzrə qərargah yaradılacaq

Rusiyada süni intellektin tətbiqi üzrə qərargah yaradılacaq

20-11-2025
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verib

DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verib

07-07-2025
Əlilliyin qiymətləndirilməsində süni intellektin tətbiqi genişlənir

Əlilliyin qiymətləndirilməsində süni intellektin tətbiqi genişlənir

17-02-2026
DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

03-03-2020
Ekspert: Polisin fəaliyyətində süni intellektin və texnologiyaların rolu xeyli artıb

Ekspert: Polisin fəaliyyətində süni intellektin və texnologiyaların rolu xeyli artıb

19-12-2024
4SİM: Bir çox sahələrdə süni intellektin istifadəsi sınaqdan keçirilir

4SİM: Bir çox sahələrdə süni intellektin istifadəsi sınaqdan keçirilir

11-04-2025
Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

11-04-2025
Süni intellektin inkişafı üçün əlverişli biznes mühiti yaradılacaq

Süni intellektin inkişafı üçün əlverişli biznes mühiti yaradılacaq

19-03-2025
“Müasir incəsənət məkanında süni intellekt” mövzusunda konfrans keçirilir

“Müasir incəsənət məkanında süni intellekt” mövzusunda konfrans keçirilir

11-04-2025
Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

19-03-2025
“İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” elmi-praktik konfrans keçirilib

“İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” elmi-praktik konfrans keçirilib

08-12-2025
DİN-in elan etdiyi təqaüd proqramının qalibləri müəyyənləşib

DİN-in elan etdiyi təqaüd proqramının qalibləri müəyyənləşib

24-10-2025
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək

İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək

04-02-2026
Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb

20-02-2026
Prezident: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır

Prezident: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır

18-06-2026
Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026
Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

28-03-2026
Biznesin və elmi tədqiqat sektorunun dövlətə məxsus dataya əlçatanlığı yoxdur - Osman Gündüz

Biznesin və elmi tədqiqat sektorunun dövlətə məxsus dataya əlçatanlığı yoxdur - Osman Gündüz

03-11-2025
AzMİU-da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir

AzMİU-da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir

19-09-2025
Prezident Kitabxanası süni intellektin tətbiqinə başlayır

Prezident Kitabxanası süni intellektin tətbiqinə başlayır

18-02-2026
BDU-da süni intellekt mövzusunda elmi sessiya keçirilib

BDU-da süni intellekt mövzusunda elmi sessiya keçirilib

12-03-2025
Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

19-12-2025
Hansı dövlət və özəl qurumlarımız süni intellektdən istifadə edir ?

Hansı dövlət və özəl qurumlarımız süni intellektdən istifadə edir ?

13-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə