Xeberler.az bildirir ki, DİN-də struktur dəyişikləri, islahatlar davam edir. Bu gün Bakı Baş Polis idarəsinin daha bir qurumu-Narkotiklərlə mübarizə İdarəsi ləğv edilib.
Bəs indiki zamanda daha çox hansı qurumlara ehtiyac var?
Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz bir sıra təkliflər irəli sürüb:
"Düşünürəm ki, kibercinatətkarlıqla bağlı DİN sistemində ixtisaslaşmış bir strukturun yaradılamsı çox faydalı olar.
Hazırda bizdə kibercinayətkarlıqla mübarizədə səlahiyyətli qurumlar hansılardır ?
Bu sualın cavabı indiki şəraitdə birmənalı deyil.
Uzun illər bu səlahiyyət yalnız keçmiş MTN-də olub. Təxminən 10 il bundan öncə DİN yanında Kibercinayətkarlığa Qarşı Mübarizə Baş idarəsi yaranmışdı. Hansı ki o zaman bəlkə də elə bir ciddi ehtiyac, zərurət yox idi.
Lakin DİN-nin bununla bağlı açıqlaması çıxar-çıxmaz ona qarşı təpkilər oldu.
Aydın məsələydi ki, narazılıq hansı qurumda baş qaldırmışdı.
Hətta mənim özümə də belə bir qurumun olmadığı - anlaşılmazlıq üzündən yaradıldığı bildirilmiş, bununla bağlı açıqlamalarda ehtiyatlı olmaq tövsiyyə edilmişdi.
Beləliklədə o zaman DİN-də yaradılmış həmin vacib qurum, fəaliyyətə başlamamış dərhal da ləğv edilmişdi.
Hazırda DİN-nin bütün qurumlarında bu istiqamətdə fəaliyyət göstərəcək bölmələrin yaradılmasına çox ehtiyac var.
Son zamanlar kibercinayətkarlıqla bağlı sahəyə hökumət diqqət artırıb.
Ötən il Prezident fərmanı ilə İnformasiya təhlükəsizliyi sahəsində işləri kordinasiya etmək üçün Dövlət Komissisyası, kordinasiya edici strukturlar yaradılıb. Burada Kibercinayətkarlıqla bağlı da məqamlar yer alıb. XDMX tərəfiindən kibercinayətkarlıqla mübarizə sahəsində konseptual sənəd layihəsi hazırlanıb və hökumətə təqdim edilib.
Osman Gündüz belə hesab edir ki, bu sahədə xeyli problemlər yığılıb qalıb:
"Ən ciddi problem, hesab edirəm ki, səlahiyyətlərin bölgüsü ilə bağlıdır.
Hazırda bizdə KİBERCİNAYƏTKARLIQ sahəsində 2 dövlət qurumu səlahiyyətlidir : Daxili İşlər Nazirliyi və Dövlət Təhlekəsizlik Xidməti.
Lakin səlahiyyətlərin konkretliyi indiyədək də problemlidir.
Milli internet resurslara hücumlar, telekommunikasiya və enerji şəbəkələrinə qarşı hücumlar, profil və ya şifrə oğurluğu, bank kartları ilə olan cinayətlər, fərdi məlumatların oğurluğu, dövlət resurslarına hücumlar, dövlət resurslarından məlumat oğurluğu, sosial media hesablarının və səhifələrin oğurluğu və s. bütün bu kimi cinayətlərlə bağlı vətəndaşın və ya qurumun müraciət edəcəyi yer bilinməlidir.
Fikrimcə DTX və DİN arasında kibercinatətkarlıqıa bağlı səlahiyyətlər konkretləşməlidir.
Yalnız milli təhlükəsizlik mahiyyəti daşıyan kibercinayətlər DTX-ya verilməlidir.
Qalan bütün kiber sahələrdə olan cinayətkarlıqla mübarizə DİN-ə tapşırılmalıdır. Bütün bölgələrdə, bütün rayon-şəhər polis şöbələrində kibercinayətkarlıqla mübarizə strukturu formalaşdırılmalıdır. Kadrlar hazırlanmalıdır. Bununla bağlı qanunvericiliyə təkliflər hazırlanmalıdır.
İlkin olaraq tezliklə DİN nəzdində Kibercinayətkarlığa qarşı mübarizə üzrə struktur yaradılması doğru addım olardı".
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri