Previous Next
Bağla

Ekspert: Polisin fəaliyyətində süni intellektin və texnologiyaların rolu xeyli artıb

19-12-2024 18:24
Ekspert: Polisin fəaliyyətində süni intellektin və texnologiyaların rolu xeyli artıb
"Yəqin hamımız polisin gündəlik açıqlamalarında, xüsusən də DİN Mətbuat xidmətinin rəisi Elşad Hacıyevin statuslarında rast gəlirik ki, hər gün filan sayda itkin düşənlər, axtarışda olanlar, borcu olanlar və s. tapılıb və aidiyyatı üzrə təhvil verilib".
 
Xeberler.az məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, bəzilərinə elə gələ bilər ki, bu rəqəmlər reallığı əks etdirmir, hər gün bu qədər insanın tapılması real deyil, sadəcə statistika üçün paylaşılır:
 
"Əslində isə düşünürəm ki, bu tip 2-3 cümləlik məlumatın arxasında bizim görmədiyimiz xeyli məqamlar var. Diqqət cəlb edən budur ki, polis bütün bunları yalnız təbii intellektin gücü ilə edə bilməzdi. Görünür ki, son zamanlar süni intellektdən istifadə, texnologiyaların tətbiqi, “Təhlükəsiz Şəhər Sistemi" çərçivəsində aparılan işlər, xüsusilə də COP29-dan öncə şəhərdə video-müşahidə sisteminin gücləndirilməsi işləri uğurlu olub".
 
Osman Gündüz qeyd edib ki, müşahidələr göstər ki, polisin rəqəmsal transformasiyası xeyli güclənib:
 
"Biometriyaya əsaslanan yeni rəqəmsal həllər istifadəyə veriblər. Artıq şəhərdə əvvəlki ənənəvi kameralarla yanaşı, adam boyu hündürlükdə olan, çox güman ki biometrik identifikasiya məqsədilə quraşdırılan kameralara da tez-tez rast gəlmək olur.
 
Eyni zamanda ötən ildən kiber polis də fəaliyyətə başlayıb. Kiber polis banklarla birləşərək kibercinayətkarlığa və kiber talamalara qarşı bir mərkəz də formalaşdırıblar. Düşünmək olar ki, mobil operatorlarla da birgə fəaliyyət göstərirlər".
 
Ekspert bildirib ki, son zamanlar bu sahədə kibercinayətlərin bir qədər səngidiyi də müşahidə olunur:
 
"Hər gün açıqlanan statistikalara əsasən düşünmək olar ki, DİN video-müşahidədən, toplanan böyük datalardan və süni intellektdən, həmçinin kiber texnologiyalardan effektiv istiafdə edir. Məhz süni intellekt müxtəlif mənbələrdən gələn böyük həcmli məlumatları real vaxtda analiz edərək axtarışda olanların hərəkət trayektoriyalarını müəyyən etməyə, ictimai təhlükəsizlik kameralarının görüntülərini real vaxtda təhlil edərək və üz tanıma texnologiyası vasitəsilə axtarışda olan şəxslərin tapılmasına kömək edir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Bravo"da inkassatora silahlı hücum edən cinayətkarlar necə yaxalanıb?

14-03-2023

Generalların görüşündə hansı məsələlər müzakirə edilib ?

17-02-2024

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023

Ekspert: Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi kibertalamaların qarşısnı ala biləcəkmi?

21-08-2024

Eskpert: DİN bank kartları ilə bağlı kibercinayət statistikasını nə üçün dayandırıb?

11-09-2025

Kibercinayətkarlığa kim cavabdehdir?

21-06-2019

DİN süni intellektin tətbiqi sahəsində yeni mərhələyə keçir - Ekspert

18-08-2025

Ekspert: Nə üçün "102" xidməti rəqəmsallaşa bilmir?

31-03-2021

Bank Kartları niyə hədəfə çevrilir? -Gizli siyahılarla aparılan kiber “ov”

11-04-2025

e-Polis tətbiqi istifadəyə verilib

29-01-2024

"Təhlükəsiz Şəhər" sistemi cinayətkarlıqla mübarizə apara bilirmi?

29-03-2023

DİN-in tabeliyində yeni şöbə yaradıldı

18-06-2022

DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

03-03-2020

Ekspert: Kiberdələduzlar cinayəti bilərəkdən həftəsonuna salırlar

18-01-2025

DİN öz rəsmi saytında OnLine sorğu keçirməyə başlayıb

05-09-2008

Hər ay kartlardan 2 milyon manat talanır – Qanunvericilik dəyişməlidir

22-05-2025

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023

Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

23-04-2022

Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

14-04-2025

Ötən il bank kartlarından 22 milyon manat kiber üsulla oğurlanıb

21-05-2025

DGK və DSX generallarının görüşü nəticə veribmi?

03-07-2019

"Cop29 nümayəndələrinə birdəfəlik cihazların verilməsi yalnız Azərbaycanla bağlı deyil"

06-11-2024

Milli informasiya resursları ələ keçirilib

03-03-2023

Ekspert : Kaspersky məhsullarından istifadə qadağan edilib

28-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə