Previous Next
Bağla

Biznesin və elmi tədqiqat sektorunun dövlətə məxsus dataya əlçatanlığı yoxdur - Osman Gündüz

03-11-2025 19:13
Biznesin və elmi tədqiqat sektorunun dövlətə məxsus dataya əlçatanlığı yoxdur - Osman Gündüz
"Süni intellekt üçün əsas yanacaq datadır. Biznesin və elmi tədqiqat sektorunun isə dövlətə məxsus dataya əlçatanlığı yoxdur".
 
Xeberler.az bildirir ki, Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz, bu gün Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı ölkəmizdə süni intellekt məsələsinə toxunmasına münasibət bildirib.
 
Elspertin sözlərinə görə, bu istiqamətdə müəyyən addımlar atılsa da, proseslər ləng gedir: "“2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda qeyd olunan prioritetlər – əlaqələndirmə, təbii dilin emalı modellərinin hazırlanması, hesablama infrastrukturunun qurulması və dataya əlçatanlıq kimi istiqamətlərdə real irəliləyişlər hələ görünmür. Azərbaycan dilinin Milli Korpusu hələ hazırlanmayıb. Bu sektorda pərakəndəlik hökm sürür".
 
Osman Gündüz bildirib ki, xüsusilə diqqət çəkən məsələ dataların idarə edilməsi ilə bağlıdır: "Uzun illərdir bu mövzu öz həllini tapmır. Dövlətə məxsus məlumatlar biznes və startaplar üçün əlçatan deyil. Əksinə, bəzi dövlət qurumları özlərinə məxsus datalar üzərində kommersiya fəaliyyəti qurub, digərlərinə bu məlumatlardan istifadə imkanı vermirlər.
 
Bir neçə ildir ki, “məlumatların idarə edilməsi strategiyası”nın hazırlanması istiqamətində işlər aparıldığı bildirilirdi. Xatırlayıram ki, 3–4 il öncə RİNN Dünya Bankı ilə birlikdə belə bir sənəd üzərində işlədiklərini qeyd etmişdi.
 
İndi isə, bildiyimə görə, RİNN və İRİA “Dövlətə məxsus məlumatların idarə edilməsi strategiyası” layihəsini hazırlayıb. Bu, çox vacib və strateji sənəddir. Çünki dövlətin topladığı nəhəng həcmli sosial, iqtisadi, coğrafi, ekoloji və səhiyyə dataları süni intellektin inkişafı üçün əsas xammaldır. Yaxşı olardı ki, maraqlı tərəflərin iştirakı ilə bu layihənin müzakirəsi keçirilsin. Eyni zamanda Açıq məlumat bazaları haqqında qanun layihəsinin də hazırlanması vacibdir".
 
"Prezident İlham Əliyev bu günkü çıxışında alimlərin də süni intellekt sahəsində daha fəal iştirak etməli olduqlarını qeyd edib.
 
Ümid edirəm, bu mesaj həm elm, həm də rəqəmsal sektorun rəhbərləri üçün ciddi siqnal olacaq və tezliklə dövlətə məxsus datalardan bütün maraqlı tərəflərin istifadə etməsi üçün bərabər və şəffaf imkanlar yaradılacaq" - deyə ekspert vurğulayıb.
 
Osman Gündüz qeyd edib ki, hazırda ölkəmizdə İqtisadiyyat Nazirliyi və AzİnTelecom-a məxsus iki nəhəng hesablayıcı infrastruktur, superkompüter mərkəzləri qurulur: "Bu mərkəzdə yerləşdirilməli olan yerli süni intellekt layihələrin hazırlanması üçün də münbit şəraitin yaradılması çox vacibdir.
 
Əgər doğrudan da süni intellekt sahəsində ciddi irəliləmək istəyiriksə, bu strategiya açıq data siyasəti, məlumatların təhlükəsiz paylaşım mexanizmləri, dövlət qurumları arasında inteqrasiya və innovasiyalar üçün bərabər imkanlar prinsipləri üzərində qurulmalıdır".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dövlətə məxsus datalar nə zaman biznes üçün, universitetlər və tədqiqatlar üçün əlçatan olacaq?

Dövlətə məxsus datalar nə zaman biznes üçün, universitetlər və tədqiqatlar üçün əlçatan olacaq?

17-01-2024
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

15-12-2025
Osman Gündüz: Az-LLM-in yaradılması strateji əhəmiyyət daşıyır

Osman Gündüz: Az-LLM-in yaradılması strateji əhəmiyyət daşıyır

11-02-2025
ASAN Xidmətin "Publik Data Portalı" və Dövlət İdarəçiliyində Süni İntellektin Rolu

ASAN Xidmətin "Publik Data Portalı" və Dövlət İdarəçiliyində Süni İntellektin Rolu

04-04-2025
Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

02-05-2025
Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

19-03-2025
Süni intellektin inkişafı üçün əlverişli biznes mühiti yaradılacaq

Süni intellektin inkişafı üçün əlverişli biznes mühiti yaradılacaq

19-03-2025
Osman Gündüz: Süni intellekt Strategiyası bizə nə verəcək?

Osman Gündüz: Süni intellekt Strategiyası bizə nə verəcək?

19-03-2025
Nazirliyin dəstəyilə yaradılan Azərbaycan dilinin milli korpusu haradadır ?

Nazirliyin dəstəyilə yaradılan Azərbaycan dilinin milli korpusu haradadır ?

27-03-2024
Osman Gündüz: Ölkədə süni intellekt sahəsində vəziyyət necədir?

Osman Gündüz: Ölkədə süni intellekt sahəsində vəziyyət necədir?

17-01-2025
Dövlət qurumlarında toplanan datalardan kimlər istifadə edir?

Dövlət qurumlarında toplanan datalardan kimlər istifadə edir?

19-11-2021
Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

23-04-2024
Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

26-05-2025
“AI Strategiyasındakı lənglik rəqabət qabiliyyətimizi zəiflədir” - Ekspert

“AI Strategiyasındakı lənglik rəqabət qabiliyyətimizi zəiflədir” - Ekspert

20-11-2025
Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

19-03-2025
Prezident: Rəqəmsal suverenliyin möhkəmləndirilməsi əsas vəzifələrimizdəndir

Prezident: Rəqəmsal suverenliyin möhkəmləndirilməsi əsas vəzifələrimizdəndir

15-05-2026
Osman Gündüz: Milli Korpus və Az-LLM nə zaman yaradılacaq?

Osman Gündüz: Milli Korpus və Az-LLM nə zaman yaradılacaq?

10-04-2025
DİN süni intellektin tətbiqi sahəsində yeni mərhələyə keçir - Ekspert

DİN süni intellektin tətbiqi sahəsində yeni mərhələyə keçir - Ekspert

18-08-2025
Süni intellekt Strategiyasının məqsədləri məlum olub

Süni intellekt Strategiyasının məqsədləri məlum olub

19-03-2025
Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

12-05-2026
"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

24-10-2025
Hansı dövlət və özəl qurumlarımız süni intellektdən istifadə edir ?

Hansı dövlət və özəl qurumlarımız süni intellektdən istifadə edir ?

13-02-2024
Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

19-12-2025
Texnologiya parklarında süni intellekt texnologiyaları istehsal olunacaq

Texnologiya parklarında süni intellekt texnologiyaları istehsal olunacaq

19-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə