Previous Next
Bağla

Diplomların vahid elektron məlumat bazası yekunlaşır

19-08-2015 12:50
Diplomların vahid elektron məlumat bazası yekunlaşır

Məlumat verdiyimiz kimi, Təhsil Nazirliyi diplomların elektron məlumat bazasını  yaradır. 

Xeberler.az-ın məlumatına görə, hazırda əvvəlki illərin diplomlar da daxil olmaqla bütün diplomların vahid elektron bazası hazırlanır. Yaxın vaxtlarda bütün diplomlar haqqında məlumatlar elektron formada olacaq.

Belə ki, yeni sistem hər bir universitetdə tətbiq olunacaq. Bundan sonra diplomların verilməsini  təhsil müəssisələri təşkil edəcək. Bununla bağlı Təhsil Nazirliyinə  universitetin məzun bazasını yazılı göndərməyə ehtiyac qalmayacaq. Universitetlər özləri məzunların məlumatlarını bazaya daxil edəcəklər. Sistemdə diplomların elektron formasına baxmaq üçün axtarış bölməsinə  şəxsin müxtəlif məlumatlarını, adının, soyadının və ata adının baş hərfini, həmçinin diplomun nömrəsini qeyd etməklə şəxslərə məxsus diplomaları tapmaq mümkün olacaq.

Xeberler.az  bu istiqamətdə universitetlərdə görülən işlərlə maraqlanıb.

Azərbaycan Texniki Universitetindən  Xeberler.az-a verilən məlumata görə, hazırda  diplomlarla bağlı məlumatların sistemə toplanması davam edir. Qeyd edilib ki, bu proses sentyabrın sonuna qədər davam edəcək.

Azərbaycan  İqtisad Universitetindən məsələ ilə bağlı bildirilib ki, hazırda diplomların məlumat bazası tam hazırdır və  2015-cü ilin məzunlarına diplomlar yeni sistemlə veriləcək:

“Təhsil Nazirliyi tərəfindən diplomlar haqqında məlumatları vahid elektron bazaya daxil etmək üçün imkan yaradılır. Tələbələrin bütün məlumatları bazaya toplanır. Təhsil Nazirliyi sistem üzərindən diplomlara nəzarət edəcək. Diplomda digəri işləri isə Universitet həyata keçirəcək.”

Digər Universitetlərdən Xeberler.az -a bildirilib ki, məzunlarla bağlı məlumatları tam olaraq bazaya daxil edilərək Universitetlərin diplomlarının vaxtında hazırlanmasında heç bir problem yoxdur. Bütün məlumatları vaxtında vahid bazaya daxil edən Universitetlər diplom blanklarını dərhal əldə edə bilirlər.

Təhsil Nazirliyi diplomların elektron məlumat bazasının və diplomların mərkəzləşdirilmiş yoxlama portalının hazırlanması üzrə işləri davam etdirir. Hazırda hər bir universitet məlumat bazasını sistemə yükləyir.
Məlumat verdiyimiz kimi  Təhsil Nazirliyi diplomların vahid məlumat bazasının yaradılmasının  saxta diplomların aşkara çıxarılması və verilməsi prosesinin qarşısını almağa imkan verəcəyini bildirmişdi.

Məltəm Talıbzadə

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Bütün diplomlar elektron formada olacaq” – Nazirlikdən açıqlama

“Bütün diplomlar elektron formada olacaq” – Nazirlikdən açıqlama

29-01-2015
Rəqəmsal diplomlar nə zaman veriləcək?

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023
Azərbaycanda kağız diplom dövrü başa çatır - Osman Gündüz

Azərbaycanda kağız diplom dövrü başa çatır - Osman Gündüz

09-01-2026
Təhsil nazirliyi diplom bazasını 5 ildir niyə yeniləmir?

Təhsil nazirliyi diplom bazasını 5 ildir niyə yeniləmir?

12-03-2021
Tanınan diplomlarla bağlı yeni məlumat bazası yaradılıb

Tanınan diplomlarla bağlı yeni məlumat bazası yaradılıb

11-10-2016
Ali təhsil haqqında arayışları da online ala biləcəyik

Ali təhsil haqqında arayışları da online ala biləcəyik

11-04-2015
Koronavirusa görə Azərbaycanda vahid elektron baza yaradılır

Koronavirusa görə Azərbaycanda vahid elektron baza yaradılır

14-04-2020
Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

17-02-2023
Nazirlik elektron xidmətlərlə bağlı qalmaqallı ittihamlara cavab verdi

Nazirlik elektron xidmətlərlə bağlı qalmaqallı ittihamlara cavab verdi

29-03-2021
Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

02-01-2021
Dövlət qurumları niyə açıq məlumatlarını portala yerləşdirmir?

Dövlət qurumları niyə açıq məlumatlarını portala yerləşdirmir?

27-11-2015
Xidmətlərin Elektron Reyestrinin təqdimatı keçiriləcək

Xidmətlərin Elektron Reyestrinin təqdimatı keçiriləcək

15-01-2016
Diplom arayışları ilə bağlı e-xidmət yeniləndi

Diplom arayışları ilə bağlı e-xidmət yeniləndi

24-05-2017
Ötən həftə İT sahəsində nə baş verdi?

Ötən həftə İT sahəsində nə baş verdi?

24-08-2015
Azərbaycanda ali məktəb məzunlarının elektron bazası yaradılıb

Azərbaycanda ali məktəb məzunlarının elektron bazası yaradılıb

08-05-2012
Hansı universitet məzun günündə diplom verə bilir ?

Hansı universitet məzun günündə diplom verə bilir ?

20-06-2024
“Nazirlik korrupsiyaya qarşı mübarizədə elektron sistemlərdən istifadə edir”

“Nazirlik korrupsiyaya qarşı mübarizədə elektron sistemlərdən istifadə edir”

13-10-2015
Diplomların tanınması ilə bağlı qurumlar müəyyənləşib

Diplomların tanınması ilə bağlı qurumlar müəyyənləşib

27-03-2019
Təhsil Nazirliyinə daxil olan müraciətlərlə bağlı statistika açıqlanıb

Təhsil Nazirliyinə daxil olan müraciətlərlə bağlı statistika açıqlanıb

02-07-2015
Mədəniyyət sahəsində elektron məlumat sistemi yaradılır

Mədəniyyət sahəsində elektron məlumat sistemi yaradılır

25-04-2015
Nazirliyə 14 mindən çox e-müraciət olub

Nazirliyə 14 mindən çox e-müraciət olub

10-01-2018
Dissertasiya və avtoreferatların elektron məlumat bazası təqdim olundu

Dissertasiya və avtoreferatların elektron məlumat bazası təqdim olundu

06-04-2010
Vahid Elektron Reyestrin yaradılması başa çatır

Vahid Elektron Reyestrin yaradılması başa çatır

30-06-2015
Daha bir Universitetdə təhsil prosesi elektronlaşdırılır

Daha bir Universitetdə təhsil prosesi elektronlaşdırılır

16-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə