Previous Next
Bağla

İş yerinə dair 670 min e- arayış alınıb

26-09-2017 10:46
İş yerinə dair 670 min e- arayış alınıb

Ötən ay “İş yerinə dair arayış” e-xidmətinə 30752 müraciət qeydə alınıb ki, bu da cari ilin iyun ayı ilə müqayisədə 32 faiz, əvvəlki  iyul ayına nisbətən 16,3 faiz çoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Xeberler.az-a verilən məlumata görə, bu ilin 8 ayında isə həmin e-xidmətə ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,7 faiz çox olmaqla, 192 022 dəfə müraciət olunub.

Qeyd olunan e-xidmətdən istifadə təlimatı da sadədir. İş yerinə dair arayış əldə etmək üçün istifadəçi “Elektron hökumət” portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan xidmətlər siyahısından “İş yerinə dair arayış” xidmətini seçir. Bu e-xidmətə daxil olduqda müvafiq menyular ekranda əks olunur. “Yeni arayış” menyusu seçilir. Bu zaman istifadəçinin qüvvədə olan əmək müqaviləsi bildirişləri ekranda əks olunur. İstifadəçi arayış hazırlamaq istədiyi əmək müqaviləsi bildirişini seçir və “Davam et” əmrini seçir.

Növbəti mərhələdə arayışın hazırlanması ilə bağlı tələb olunan məlumatlar daxil edilir. Arayışın növü seçilir. Burada “İş yerindən arayış” və ya “Əmək haqqı göstərilməklə iş yerindən arayış” seçimlərindən biri seçilə bilər. Son etibarlılıq tarixi daxil edilir. Arayışın təyinatı istifadə məqsədinə uyğun olaraq təqdim edilən siyahıdan seçilir. Bu arayış konkret quruma təqdim edilmək üçün və ya ümumi təyinatlı ola bilər. İstifadəçi onun üçün formalaşdırılmış arayışı çap edərək kağız formasında və ya hər hansı quruma elektron qaydada təqdim edə bilər.

2014-cü ilin iyul ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin tətbiq olunması həmin ilin dekabr ayından “İş yerinə dair arayış” e-xidmətinin də istifadəyə verilməsinə imkan verib. Bu isə ölkəmizdə kağız arayışların e-arayışlarla əvəz olunması prosesini əhəmiyyətli şəkildə sürətləndirməklə, bu növ arayışların alınması və təqdim olunması prosedurunun müasir qaydada, həm vətəndaşlar, həm də arayışı qəbul edən qurumlar üçün rahat və sadə şəkildə təşkilinə, həmçinin bu sahədə şəffaflığın yaranmasına səbəb olub.

“E-hökumət” portalındakı “Arayışlar” bölməsində 17 növdə e-arayış xidməti fəaliyyət göstərir ki, ötən dövrdə bu bölmə üzrə ümumi müraciətlərin  49,3 faizi (670  minə yaxın müraciət) “İş yerinə dair arayış” elektron xidmətinə aid müraciətlərdən ibarət olub.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu e-xidmətə 1 ayda 59 mindən çox müraciət olunub

13-06-2018

İş yerinə dair arayış e-xidmətindən istifadə sayı açıqlandı

09-08-2017

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

06-05-2017

İş yerinə dair elektron arayış alanların sayı artıb

17-04-2017

“İş yerinə dair arayış” e-xidmətindən 240 min dəfə istifadə edilib

18-02-2016

Ən çox hansı sahə üzrə elektron arayış alınır?

19-02-2018

107 minə yaxın şəxsə iş yerinə dair e-arayış verilib

12-08-2015

İş yerinə dair e-arayış alanların sayı açıqlanıb

19-10-2017

“İş yerinə dair arayış” e-xidmətinə müraciətlər 17,4 faiz artıb

06-09-2016

“İş yerinə dair arayış” e-xidmətindən istifadə 30 faizdən çox artıb

09-06-2016

İş yerinə dair 270 minə yaxın elektron arayış verilib

06-04-2016

İş yerinə dair 111 mindən çox e-arayış alınıb

12-06-2017

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 36 faiz artıb

08-08-2016

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı artıb

12-12-2016

11 mindən çox istifadəçi elektron arayış əldə edib

17-02-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə 10 faiz artıb

30-01-2017

İş yeri üçün elektron arayış alanların sayı artıb

14-09-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015

Elektron arayışları necə əldə etmək olar?

06-10-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə edirsiniz? -Sorğu

28-03-2017

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

14-12-2015

Nazirlikdən 47 min 546 nəfər elektron arayış alıb

27-04-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə edənlərin sayı artıb

11-11-2015

İş yeri üçün elektron arayış alanların sayı artıb

10-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə