Previous Next
Bağla

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

01-10-2026 17:41
Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Dominikan Respublikasının paytaxtı Santo Dominqo şəhərində “İdarəetmədə innovasiya forumu: Dayanıqlı və gələcəyə hazır Karib hövzəsi üçün insanların iştirakına əsaslanan və inklüziv dövlət idarəçiliyi” adlı beynəlxalq tədbir keçirilib.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, forum Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Məsələlər Departamentinin təşkilatçılığı, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Latın Amerikası və Karib Hövzəsi üzrə İqtisadi Komissiyanın, Karib Hövzəsi Dövlət İdarəçiliyinin İnkişafı Mərkəzinin və Latın Amerikası Dövlət İdarəçiliyinin İnkişafı Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunub.

Tədbir 2024-cü il noyabrın 11-də Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində baş tutub.

Forumda Karib hövzəsi ölkələrinin dövlət idarəçiliyi və dövlət xidmətlərinin göstərilməsi sahəsində məsul nazirləri, dövlət qurumlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri, eləcə də BMT-nin və digər beynəlxalq təşkilatların rəsmiləri daxil olmaqla, ümumilikdə 100-ə yaxın nümayəndə iştirak edib.

Açılış mərasimində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlət xidmətlərinin vətəndaşların ehtiyacları əsasında təşkil edilməsinin əhəmiyyətini vurğulayıb. O, innovasiyanın yalnız yeni texnologiyalar və rəqəmsal platformalarla məhdudlaşmadığını, eyni zamanda, daha güclü institutların, çevik idarəetmənin və insanyönümlü dövlət xidmətlərinin formalaşdırılmasının zəruriliyini qeyd edib. Həmçinin çoxşaxəli xidmət göstərilməsi prosesinin inkişafının əhəmiyyəti vurğulanıb, Azərbaycanın “ASAN xidmət” təcrübəsini Karib hövzəsi ölkələri ilə əməkdaşlıq çərçivəsində paylaşmasına hazır olduğu diqqətə çatdırılıb.

Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev “ASAN xidmət” təcrübəsi, dövlət xidmətlərinin göstərilməsi sahəsində tətbiq olunan innovativ yanaşmalar və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə geniş təqdimat edib.

Forum çərçivəsində Barbadosun dövlət xidmətləri naziri və Yamaykanın Maliyyə və Dövlət Xidmətləri Nazirliyinin dövlət naziri ilə keçirilən görüşlərdə “ASAN xidmət” təcrübəsinin müvafiq ölkələrlə paylaşılması istiqamətində fikir mübadiləsi aparılıb.

Növbəti günlərdə qlobal və regional təcrübələrin təqdimatı, dövlət xidmətlərinin göstərilməsində mövcud boşluqların qiymətləndirilməsi və milli fəaliyyət planlarının hazırlanması ilə bağlı müzakirələr nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dövlət Agentliyinin nümayəndə heyəti Barbados Respublikasında səfərdə olub

Dövlət Agentliyinin nümayəndə heyəti Barbados Respublikasında səfərdə olub

02-06-2025
"ASAN xidmət" modeli Dominikanda tətbiq olunacaq

"ASAN xidmət" modeli Dominikanda tətbiq olunacaq

30-09-2026
“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil edib

“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil edib

24-06-2025
"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026
Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019
“ASAN xidmət”in DİM 16 üzrə əhəmiyyəti BMT-də müzakirə edilib

“ASAN xidmət”in DİM 16 üzrə əhəmiyyəti BMT-də müzakirə edilib

19-06-2026
BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

20-06-2019
BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

27-06-2019
ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018
BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

01-06-2023
“ASAN xidmət” İkinci Ərəb İdarəetmə Forumunda təqdim olunub

“ASAN xidmət” İkinci Ərəb İdarəetmə Forumunda təqdim olunub

03-11-2025
BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

10-04-2025
“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026
“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində olub

“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində olub

22-04-2026
“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025
ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

25-06-2019
“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub

“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub

25-07-2025
 "ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

"ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

03-06-2025
“ASAN xidmət” dövlət xidmətləri sahəsində beynəlxalq Forum keçirir

“ASAN xidmət” dövlət xidmətləri sahəsində beynəlxalq Forum keçirir

15-12-2022
“ASAN xidmət” BƏƏ ilə əməkdaşlığı genişləndirir

“ASAN xidmət” BƏƏ ilə əməkdaşlığı genişləndirir

05-02-2026
ASAN xidmət BMT-də təltif olunacaq

ASAN xidmət BMT-də təltif olunacaq

24-06-2015
“ASAN xidmət” BMT-nin mükafatına layiq görüldü

“ASAN xidmət” BMT-nin mükafatına layiq görüldü

12-05-2015
“ASAN xidmət” və Afrika tərəfdaşlığı beynəlxalq konfransda təqdim olunub

“ASAN xidmət” və Afrika tərəfdaşlığı beynəlxalq konfransda təqdim olunub

26-05-2026
UNITAR "ASAN xidmət"lə əməkdaşlığı genişləndirir

UNITAR "ASAN xidmət"lə əməkdaşlığı genişləndirir

21-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə