Previous Next
Bağla

Dövlət qurumunun saytında problemlər yaranıb

16-09-2015 16:56
Dövlət qurumunun saytında problemlər yaranıb

Bu gün Azərpoçt MMC-nin rəsmi  Azerpost.az saytında problemlər yaranıb.

Xeberler.az-ın  məlumatına görə,  saytın proqram təminatında  yaranan probemlər sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub.

Xeberler.az dövlət qurumunun saytında belə halların yaranmasıın nədən qaynaqlandığı ilə maraqlanıb.

Tanınmış İT mütəxəssis Ramin Orucov bildirib ki,  Azərpoçt-un saytında yaranan problemdən xəbəri var:

“ Sosial şəbəkədə bununla bağlı müzakirələrlə qarşılaşdım. Sayta daxil olanda  yuxarı hissəsində xəta mesajları gördüm.  Bu problemin əsas səbəbi odur ki, sayta nəzarət edilmir. Xəta mesajlarından aydın olur ki, Microsoft SQL Server bazası üçün ayrılmış disk sahəsi, yer saytın proqram təminatı xəta verir”. 

İT mütəxəssis sistemə nəzarətin  passiv şəkildə  yox, daha da ciddi və operativ olmasını  tövsiyyə edib:

“Əslində, vacib informasiya sistemlərində monitorinq sistemi olmalıdır. Texniki problem yarananda, dərhal sistemə cavabdeh olan şəxslərə email və ya SMS ilə xəbərdarlıq getməlidir ki, problemlər var. Görünür , bu cür monitorinq və xəbərdarlıq sistemi Azərpoçt-un sistemində  olmadığı üçün  lazımi İT mütəxəssisin  saytda olan problemdən xəbəri olmayıb”.

Ramin Orucov  qeyd edib ki, Azərpoçt-un saytında texniki problemlə bağlı məlumatlar proqram  açıq şəkildə  ictimaiyyətə göstərilir və bu,  təhlükəsizlik baxımından yaxşı hal hesab olunmur.

“Saytın daxilində olan bəzi məlumatlar var ki, onu ictimaiyyətə açıq şəkildə göstərmək olmaz. Az öncə yaranan problemdə  saytın  fayllarının  harada saxlanıldığı və server haqda bəzi texniki məlumatları açıq şəkildə görmək mümkün idi. Saytın proqram təminatında dəyişiklik edilməlidir, istifadəçilərə ancaq ümumi xəta mesajı göstərilməlidir, arxa planda isə sistemə nəzarət edən şəxslərə yaranmış problemlə bağlı ətraflı texniki məlumatlar göndərilməlidir.”

Məsələ ilə bağlı Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi  (CERT) də əlaqə saxladıq. CERT-in rəhbəri Tural Məmmədov  bildirib ki, Mərkəz bütün “.gov” domeni  ilə olan dövlət qurumlarının saytına mütəmadi nəzarət edir.

Mərkəzin rəhbəri deyib ki, Azərpoçt-un saytı “.gov” ilə fəaliyyət göstərmədiyi üçün problemdən məlumatları yoxdur.

Maraqlıdır ki, dövlət qurumu olaraq fəaliyyət göstərən Azərpoçt MMC hansı səbəbdən  “.gov” domeni ilə qeydiyyatdan keçməyib.

Bu mövzuya qayıdacağıq.

Azərbaycanın Milli Operatoru Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxlərə poçt  və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir.
Uzun müddətdir ki , Dünya Bankı bu qurumun modernləşdirilməsi üçün RYTN ilə birgə “Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi” həyata keçirir.

Bir müddət öncə RYTN- məlumat vermişdi ki, bu qurumda Dünya Bankı ilə birgə Azərpoçt MMC-nin  inkişafı ilə bağlı 32 milyon dollarlıq və 20 illik də daha bir layihə də hazırlanır.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Milli Məclisin rəsmi saytının təhlükəsizliyinə kim  cavabdehdir ?

Milli Məclisin rəsmi saytının təhlükəsizliyinə kim cavabdehdir ?

27-12-2015
Azərpoçt MMC Dünya Bankı ilə birgə yeni layihə hazırlayır

Azərpoçt MMC Dünya Bankı ilə birgə yeni layihə hazırlayır

10-07-2015
Poçt şöbələrinin kompüterləşdirilməsi davam etdirilir

Poçt şöbələrinin kompüterləşdirilməsi davam etdirilir

04-05-2015
Azərpoçt  kreditləşmə mexanizmi hazırlayır

Azərpoçt kreditləşmə mexanizmi hazırlayır

19-08-2015
CERT-in rəsmi saytı yeniləndi

CERT-in rəsmi saytı yeniləndi

16-06-2017
"Azərpoçt" MMC adından göndərilən saxta mesajların sayı artıb

"Azərpoçt" MMC adından göndərilən saxta mesajların sayı artıb

25-01-2024
Ekspert Azərpoçta qarşı ittihamla bağlı  açıqlama verdi

Ekspert Azərpoçta qarşı ittihamla bağlı açıqlama verdi

28-09-2018
“Azərpoçt”la “Naxçıvanpoçt” yeni əməkdaşlığa başlayır

“Azərpoçt”la “Naxçıvanpoçt” yeni əməkdaşlığa başlayır

20-11-2024
Skype-a məhdudiyyətlər qoyulması xəbərləri özünü doğrultmadı

Skype-a məhdudiyyətlər qoyulması xəbərləri özünü doğrultmadı

07-07-2015
“Agent bankçılıq” Masallı və Tovuzda!

“Agent bankçılıq” Masallı və Tovuzda!

22-06-2022
“Azərpoçt” yeni xidmət portfoliosunu açıq elan edir

“Azərpoçt” yeni xidmət portfoliosunu açıq elan edir

26-01-2022
Azərpoçt-un “sms xəbərdarlıq” xidməti pulsuz olub

Azərpoçt-un “sms xəbərdarlıq” xidməti pulsuz olub

22-05-2018
Delta Telekom ria.az saytında yaranmış problemə görə məsuliyyət daşımır

Delta Telekom ria.az saytında yaranmış problemə görə məsuliyyət daşımır

05-08-2009
“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021
Ekspert : Feysbukda nöqtə qoyun istəyi işə yarayırmı?

Ekspert : Feysbukda nöqtə qoyun istəyi işə yarayırmı?

15-03-2019
"Baktelekom"un elektron ödəniş sistemlərində yaranan problem nədən qaynaqlanır?

"Baktelekom"un elektron ödəniş sistemlərində yaranan problem nədən qaynaqlanır?

08-04-2025
Türkiyənin ən sərfəli pul köçürmələri “Azərpoçt”da

Türkiyənin ən sərfəli pul köçürmələri “Azərpoçt”da

21-04-2021
CERT-in saytı yeni dizaynda təqdim ediləcək

CERT-in saytı yeni dizaynda təqdim ediləcək

14-06-2017
“Azadlıq”ın saytına nə olmuşdu?

“Azadlıq”ın saytına nə olmuşdu?

16-10-2010
AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

17-11-2015
Saytların təhlükəsizliyini necə qorumalı?

Saytların təhlükəsizliyini necə qorumalı?

13-12-2017
“Azərpoçt” yeni veb-saytını istifadəyə verib

“Azərpoçt” yeni veb-saytını istifadəyə verib

17-12-2024
“Azərpoçt” MMC-nin Baş direktoru Latviya poçtunun rəhbəri ilə görüş  keçirib

“Azərpoçt” MMC-nin Baş direktoru Latviya poçtunun rəhbəri ilə görüş keçirib

19-08-2021
“Azərpoçt” vətəndaşlara müraciət edib

“Azərpoçt” vətəndaşlara müraciət edib

17-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə