Previous Next
Bağla

Ekspert : Feysbukda nöqtə qoyun istəyi işə yarayırmı?

15-03-2019 17:18
Ekspert : Feysbukda nöqtə qoyun istəyi işə yarayırmı?

Ötən iki gün ərzində Feysbuk, Votsap və İnstaqram sosial şəbəkələrində məlum olmayan səbəblərdən problem yaranmışdı. Belə ki, paylaşım etmək, şərh yazmaq, Messencerə məlumat yükləmək, səsli mesaj göndərmək, şəkil paylaşmaq mümkün olmurdu. Bunun nədən qaynaqlandığı bəlli olmasa da, istifadəçilər problemdən çıxış yolu kimi bir-birindən yazdıqları statusa “nöqtə”, “vergül” qoymalarını xahiş edirdi. Bu da iki gün ərzində yüzlərlə istifadəçi tərəfindən “nöqtə”, “vergül” tələbi ilə yazılan statusların artmasına səbəb oldu.

Maraqlıdır, bəs bu problem “nöqtə”, “vergül”lə aradan qaldırıla bilərmi? Bu durğu işarələrinin istifadəçilərə hansı köməyi var?

Xeberler.az məlumat verir ki, mövzunu şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, istifadəçilərin bu problemi aşmaq üçün şəbəkə dostlarından nöqtə, vergül istəməsini yersizdir:

“Son iki gündə bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda qlobal sosial media resursları (Feysbuk, Votsap, İnstaqram - hansı ki, bunlar hamısı Feysbukun məhsuludur, yəni bir serverdir) ilə bağlı problem var idi. İlkin məlumatlar bundan ibarət idi ki, bura müəyyən hücumlar olub, serverlərdə texniki xətalar, yüklənmələr baş verib. Bu səbəbdən həmin şəbəkələrdə paylaşım etməkdə, Messencerə nə isə yükləməkdə, Votsapda səsli mesajlar göndərməkdə problemlər yaranmışdı.

Bu problemlər dünəndən etibarən qismən həll olunub. Ancaq istifadəçilərin bu problemi aşmaq üçün şəbəkə dostlarından nöqtə, vergül istəməsinin bu məsələlərə dəxli yoxdur. Feysbukun alqoritmlərinə görə istifadəçi öz paylaşımının daha çox adam tərəfindən görüldüyünü istədiyi təqdirdə nöqtə, vergülə ehtiyac duya bilər. Bu da o zaman olur ki, istifadəçinin yazdığı statusa şərhlər az gəlir, reaksiya az olur.

Yəni əgər istifadəçi rahat şəkildə, heç bir problemsiz status yazıb “nöqtə, vergül qoyun” deyirsə, demək ki, onun hər hansısa problemi yoxdur. Çünki problem olsaydı o, “nöqtə, vergül qoyun” statusunu da yazıb paylaşa bilməzdi”.

O.Gündüz bildirib ki, istifadəçilər belə tələblər etməkdənsə, elementar informasiya təhlükəsizlik qaydalarına riayət etsələr, daha yaxşı olar:

“İstifadəçilərin “nöqtə, vergül qoyun” xahişinin yaranmış problemin aradan qaldırılması baxımından heç bir əhəmiyyəti yoxdur. İstifadəçilərə tövsiyəm odur ki, belə texniki problemlər olanda daha ehtiyatlı olsunlar, naməlum, arzuolunmayan mesajları açmasınlar, şəxsi hesabları açıq ola-ola, şəxsi kompüterlərinə naməlum yükləmələr etməsinlər, elementar informasiya təhlükəsizlik qaydalarına riayət etsinlər”.

O.Gündüz bildirib ki, sosial şəbəkələrdə yaranmış problem istifadəçilərin səbəb olduğu problem olmadığına görə onun aradan qaldırılmasında da istifadəçilər heç bir şey edə bilməz:

“Belə problemlərə nəzarət üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Elektron Təhlükəsizlik Mərkəzi var. O qurumun bu dəqiqə yeganə funksiyası insanları məlumatlandırmaqdan ibarət olmalıdır. İki gündür əsas sosial şəbəkələrdən biri hesab edilən Feysbukda böyük problem var, ancaq bu haqda nazirliyin rəsmi saytında heç bir məlumat yoxdur. Sonuncu məlumat 5 mart tarixində yerləşdirilib. Əslində isə problemin nədən ibarət olduğunu, bunun üçün nə etmək lazım gəldiyini nazirliyin rəsmi saytından öyrənməli idik. Nazirlik məlumat yaymalı idi ki, sosial şəbəkələrdə qeydə alınan bu problem nə ilə bağlıdır və aradan qaldırılması üçün nə edilməlidir, nə edilməməlidir. Belə olsaydı, heç kəs “nöqtə, vergül qoyun” xahişi etməzdi”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkələrdəki problemlər nədən qaynaqlanır?

Sosial şəbəkələrdəki problemlər nədən qaynaqlanır?

04-05-2019
Nazirlik: Vatsap, instaqram kimi beynəlxalq platformalara daxil olmada yaranmış problem aradan qalxıb

Nazirlik: Vatsap, instaqram kimi beynəlxalq platformalara daxil olmada yaranmış problem aradan qalxıb

19-06-2021
Twitter-də problem yaranıb

Twitter-də problem yaranıb

12-07-2019
Facebookda qoyun böhranı

Facebookda qoyun böhranı

20-10-2010
Skype-da yaranan problem aradan qaldırılıb

Skype-da yaranan problem aradan qaldırılıb

22-09-2015
İnstaqram və feysbukun işində növbəti dəfə nasazlıqlar yaranıb

İnstaqram və feysbukun işində növbəti dəfə nasazlıqlar yaranıb

05-10-2021
NRYTN: Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir

NRYTN: Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir

10-11-2020
"Twitter"ə girişdə problem yaranıb

"Twitter"ə girişdə problem yaranıb

17-03-2011
Data Plus istifadəçilərə kompensasiya verəcək

Data Plus istifadəçilərə kompensasiya verəcək

01-11-2017
“Instagram”da problem yaranıb

“Instagram”da problem yaranıb

13-07-2021
“Instagram”da problem yaranıb

“Instagram”da problem yaranıb

03-08-2021
Ekspert: Microsoftun son qərarı istifadəçilərdə anlaşılmazlıq yarada bilər

Ekspert: Microsoftun son qərarı istifadəçilərdə anlaşılmazlıq yarada bilər

15-01-2020
Skype-da problemlər yaranıb

Skype-da problemlər yaranıb

21-09-2015
Dövlət məmurlarını şəbəkə saxtakarlığından necə qorumalı?

Dövlət məmurlarını şəbəkə saxtakarlığından necə qorumalı?

01-04-2013
“Facebook” və “Twitter” azərbaycandilli istifadəçiləri niyə bloklayır?

“Facebook” və “Twitter” azərbaycandilli istifadəçiləri niyə bloklayır?

12-10-2020
VPN nədir və necə işləyir? - ekspert təhlükələrdən danışdı

VPN nədir və necə işləyir? - ekspert təhlükələrdən danışdı

28-09-2020
VPN nədir və necə işləyir? - ekspert təhlükələrdən danışdı

VPN nədir və necə işləyir? - ekspert təhlükələrdən danışdı

28-09-2020
Azərbaycanda bütün rəsmi saytlar dayandı

Azərbaycanda bütün rəsmi saytlar dayandı

25-09-2018
Facebook-a girişdə problemlər yarandı (Yenilənib)

Facebook-a girişdə problemlər yarandı (Yenilənib)

27-03-2015
“Sosial şəbəkələrdə paylaşımlarda diqqətli olmaq lazımdır”

“Sosial şəbəkələrdə paylaşımlarda diqqətli olmaq lazımdır”

10-08-2015
İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

13-04-2021
Dövlət qurumunun saytında problemlər yaranıb

Dövlət qurumunun saytında problemlər yaranıb

16-09-2015
Azərbaycanda "Whatsapp"ın işində problem qismən aradan qalxıb

Azərbaycanda "Whatsapp"ın işində problem qismən aradan qalxıb

20-07-2023
Elektron Təhlükəsizlik Mərkəzi Facebook-da yayılan virusun “dərman”ını  axtarır

Elektron Təhlükəsizlik Mərkəzi Facebook-da yayılan virusun “dərman”ını axtarır

20-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə